“Alışanovla atam yaxın dost olub” — Təqsirləndirilən Ş.Əkbərovun qızının ifadəsi
Sosial
Oxunub: 543
1 in 2018 | 15:17
“Alışanovla atam yaxın dost olub” — Təqsirləndirilən Ş.Əkbərovun qızının ifadəsi














Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Ş. Əkbərovun vəkili Ruslan Həsənov vəsatətlə çıxış edərək, məhkəmə tərkibinə etiraz edib. O, vəsatətini məhkəmə kollegiyasının işə qərəzli yanaşması ilə əsaslandırıb.

Məhkəmə vəsatəti baxılmamış saxlanılıb.

Sonra Ş. Əkbərovun digər vəkili İmanqulu Həsənov vəsatət verib və məhkəmədən Şamaxıda yenidən hadisə yerinə və torpaq sahələrinə baxış keçirilməsini istəyib.

Məhkəmə verilən vəsatəti təmin etməyib.

Sonra təqsirləndirilən Aqşin Hüseynov ifadə verib. O deyib ki, Ş. Əkbərovun əvvəllər torpaq sahələri olmayıb və hamısı zərərçəkmiş Arif Alışanova məxsus olub:

"Məni verdiyim ifadəyə görə şantaj edir”.

Bu zaman Ş. Əkbərov A. Hüseynovun danışığına etiraz edib. Onlar arasında mübahisə düşüb.

Sonra A. Hüseynov vəkili Nüşabə Ağayevə hüquqlarını müdafiə etdiyi şəxsin Ş. Əkbərov və digərləri tərəfindən özü və ailəsi ilə təhdid olunduğunu bildirib.
Ş. Əkbərovun vəkili bildirib ki, təqsirləndirilən şəxs Aqşin Hüseynovun ifadəsi qərəzli olduğundan sübutlar siyahısından çıxarılmalıdır.

Hakim isə deyib ki, bu məsələyə müşavirə otağında qiymət veriləcək.

Təqsirləndirilən Aqşin Hüseynov isə heç kim tərəfindən öyrədilmədiyini, sərbəst ifadə verdiyini qeyd edib.

Sonra təqsirləndirilən Ş. Əkbərovun qızı Cəmilə Ağayeva ifadəsində deyib ki, A. Alışanovla atası dost olub:

"Neçə illərdir, ailəvi, yaxın dost olublar. Bu iş lap başından saxtadır. Atam 22 il Şamaxıda işləyib. Deyirlər, atamın heç nəyi yoxdur. Bunlar yalandır. İstintaqda yazılıb ki, guya mən atamın adam öldürməyə cəhd etməsini bilmişəm. Halbuki, belə bir şey olmayıb. Mənə Xırdalanda evi və avtomobili atam almayıb. Bunların hamısını həyat yoldaşımla birlikdə işləyib qazanmışam".

Zərərçəkmiş Dəyanət Cəfərov şahid Cəmilə Ağayevaya sual verib. O deyib ki, Ş. Əkbərov həbs olunanda C. Ağayeva AZTV-yə məktub yazaraq atasının bağışlanmasını istəyib. O, şahiddən atasının nə üçün bağışlanmağını istəməsinin səbəbini soruşub.

C. Ağayeva isə atası həbs olunan vaxt hadisədən xəbərsiz olduğunu, nə baş verdiyini anlamadığı üçün atasının bağışlanmasını istədiyini vurğulayıb.
Proses iyunun 8-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində