Rektordan Ramiz Mehdiyevə şikayət ediblər - Müraciət
Sosial
Oxunub: 535
5 in 2018 | 17:16
Rektordan Ramiz Mehdiyevə şikayət ediblər - Müraciət
















Akif Süleymanov təhsilin keyfiyyətinə laqeyd yanaşmaqda və büdcə vəsaitlərini talamaqda ittiham olunur

“Azərbaycan Texnologiya Universiteti 2013-cü ildən bu günə kimi özünün durğunluq dövrünü yaşayır. Akif Süleymanov bu təhsil ocağına rektor təyin olunandan problemlər bir-birini əvəz edir. Tələbələrin tədris prosesinə marağı aşağı düşüb, universitet əvvəlki nüfuzunu itirir”.

Reyting.az saytı xəbər verir ki, bunu Azərbaycan Texnologiya Universitetinin (ATU) əməkdaşı Azər Allahverdiyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə müraciətində yazıb.

Müraciətinin bir nüsxəsini də redaksiyamıza göndərən A. Allahverdiyev yazır ki, A. Süleymanov rektor təyin olunandan sonra universitetdə təhsilin keyfiyyəti daha aşağı düşüb:

“Cənab R.Mehdiyev!

Akif Süleymanov rektor təyin olunandan sonra universitetdə öz komandasını formalaşdırmağa başladı və buna nail oldu. Elmi dərəcəsi olmayanlar universitetdə prorektor, dekan, şöbə müdiri vəzifələrinə təyin olundular.

Akif Süleymanovun elmlər doktorlarını, professorları, dosent və baş müəllimləri universitetdən didərgin salmaqda məqsədi özünə yaxın şəxsləri bura toplamaq və təhsil ocağını istədiyi qaydada idarə etmək idi. O, bu istəyinə nail olub”.

Universitet əməkdaşı qeyd edir ki, rektora yaxın şəxslərin sırasında prorektorlar - Vüqar İsmayılov, Səbuhi Yusifov, dekan Azər Hüseyn, kadrlar şöbəsinin sabiq müdiri Nofəl Salmanov, tədris şöbəsinin müdiri Piri Axundov, Sadiq Əfəndi, Zaur Əliyev, Asiman İlyasov, Tacəddin Bayramov, Fədai Əfəndiyev, Rauf Əmənov, mətbuat xidmətinin müdiri Rasim Əliyev və digərləri var: “Bu şəxslərin əksəriyyəti Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən fəaliyyəti dayandırılan “Qafqaz” Universitetinin , “Zaman” qəzetinin əməkdaşlarıdır. Bu qədər təsadüf ola bilməz ki, qardaş Türk xalqına ağır zərbə vuran Fətoçu Gülənlə bağlı olan “Qafqaz” Universitetində, “Zaman” qəzetində və Türk liseylərində formalaşmış bu insanlar bir araya gəlsinlər. Rektorun komandasında yuxarıda adlarını qeyd etdiyim şəxslərdən başqa müəllim və texniki işcilər də çoxluq təşkil edir”.

Müraciətdə qeyd olunur ki, mütəmadi olaraq A. Süleymanovun iş otağına yığılan bu şəxslər rektorun yaxınlığına heç bir əməkdaşı buraxmırlar: “Hətta, şikayətə gedən əməkdaşlara da rektorun əvəzinə özləri cavab verib, şikayətlərinə kölgə salırlar.

Rektor Akif Süleymanovun tətbiq etdiyi “qaydalar” müəllimləri, tələbələri problemlə üzləşdirir”.

Administrasiya rəhbərinə müraciətdə yazılır ki, A. Süleymanovun rektor təyinatının 10 -cu günü (2013-cü ilin mart ayı) atdığı bir addım sonradan məhkəmə predmetinə çevrilib: “2016-cı ilin fevral ayının ortalarında Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işindən məlum olub ki, “Abşeron Holdinq-2013” MMC-nin direktoru, təqsirləndirilən şəxs Tərxan Ceyhun oğlu Şirinov ilə Akif Süleymanov arasında Texnologiya Universitetində işlərin görülməsinə dair 4 müqavilə bağlanıb. Ümumilikdə 100 min manatdan çox pul MMC-nin hesabına köçürülüb və dərhal da hesabdan çıxarılıb. Maraqlısı odur ki, sözügedən MMC-nin obyekti, nəqliyyat vasitələri, o cümlədən işçi qüvvəsi olmayıb və universitetdə də heç bir iş görülməyib”.

Şikayətçi bildirir ki, 30 yanvar 2018-ci ildə Təhsil Nazirliyinin üç əməkdaşı Texnologiya Universitetinə ezam olunublar: “Onlar dosent Həsən Musayevin, dosent Məsim Abadovun, baş müəllim Alim Əliyevin, mənim və digər əməkdaşların şikayətlərini araşdırmaq üçün gəlsələr də, bu səfərləri nəticəsiz oldu. Yəni, Təhsil Nazirliyi də Akif Süleymanovun qarşısında aciz qalıb”.

Bu səbəbdən də Azər Allahverdiyev problemin ədalətli araşdırılması üçün Ramiz Mehdiyev və təhsil naziri Ceyhun Bayramovdan kömək istəyir.

P.S. Redaksiya, Texnologiya Universitetinin rektoru A. Süleymanovun məsələyə münasibətini öyrənə bilməyib. Onun da fikirlərinə hörmətlə yanaşırıq və mövqeyinə yer ayırmağa hazırıq.
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş