1 saylı Kliniki Tibbi Mərkəzdə nələr baş verir? - İTTİHAM
Sosial
Oxunub: 1 662
13 in 2018 | 22:16
1 saylı Kliniki Tibbi Mərkəzdə nələr baş verir? - İTTİHAM
















Hal-hazırda “Semaşko”da qol qoyulan çoxsaylı qanunsuzluqlar peşəkar mütəxəssislərin narazılığına səbəb olmaqdadır

Bu günlərdə redaksiyamıza “Semaşko” adı ilə tanınan və respublikamızda ən böyük səhiyyə müəssisələrindən biri hesab olunan 1 saylı Kliniki Tibbi Mərkəzlə bağlı ilginc məlumatlar daxil olub. Həmin məlumatlarda sözügedən səhiyyə ocağında davam edən qanunsuzluqların “pik nöqtə”yə çatdığı qeyd olunur. Bu da uzun müddətdən bəri adı çəkilən tibb ocağında çalışan peşəkar mütəxəssislərin haqlı narazılıqlarına səbəb olmaqdadır.

Adı çəkilən bu səhiyyə müəssisəsində yaşananlarla bağlı redaksiyamıza daxil olan məlumatlarda iddia olunur ki, kliniki mərkəzin baş həkimi Ədalət Dadaşov daşıdığı vəzifəyə təyin olunduqdan sonra o, əsas fəaliyyətini xalqın sağlamlıq durumunu daha da yaxşılaşdırmağa deyil, sanki şəxsi maraqlarının təmin olunması yöndə müəyyən addımlarını atmağa başladı. Baxmayaraq ki, dövlətimizin dövlət səhiyyə müəssisələrinə göstərdiyi diqqət və qayğı hər il artmaqda davam edir. Amma, bəzi şəxslərin söylədiklərinə görə Ədalət Dadaşov bir baş həkim olaraq, göstərilən diqqət və qayğılara kölgə saldığından, bu gün də həkim adı ilə uzlaşmayan addımlarını atmaqdadır.
Ədalət Dadaşov Klinik Tibbi Mərkəzə baş həkimi təyin olunduqdan sonra, təqribən 25-30 illik iş təcrübəsi olan peşəkar həkimləri təcrübə adıyla 6 aylıq rotatsiyaya göndərdiyi də söylənilir. 30 illik iş təcrübəsi olan peşəkar həkimlərin adı çəkilən səhiyyə müəssisəsində 2-3 illik iş təcrübəsi olan gənc həkimlərdən rotatsiya adıyla təcrübə öyrənmələri, görəsən hansı məntiqə uyğun gəlir? Belə olan halda cavab hər kəsə gün təki aydın olur. Baş həkim bu cür addımlarını atmaqla, əslində rotasiyaya getməkdən imtina edən həkimlərdən əlavə hansısa maraqlarını təmin etmək üçün imkan yaratdığı da iddia olunur.
Baş həkimin özəl dərman firmalarının gətirdikləri dərmanların Klinik Tibbi Mərkəzdə reklam olunması məqsədilə, həmin firmaların rəhbərləri ilə “işbirliyi” yaratdığı, hətta onların nümayəndələrinin xəstəxanada sərbəst fəaliyyət göstərmələri üçün, firmaların böyük-kiçikliyindən asılı olaraq onlardan altı aydanbir təqribən 1000-3000 manat məbləğində “haqq-hesab” aldığı da söylənilir. Dərman firmaları fəaliyyətlərinə görə dövlətə vergi ödədikləri halda, Ədalət Dadaşovun onlardan əlavə “vergi” tutduğu da iddia olunur. Buna görə də, son bir il ərzində dövlət tərəfindən bu səhiyyə müəssisəsinə ayrılan dərmanların yalnız 15%-nin xəstələrə verilməsi haqda məlumatlar eşitmişik. Bundan əlavə, adı çəkilən səhiyyə müəssisəsində müalicə alan bəzi xəstələrin danışdıqlarına görə, onların müalicəsi həyata keçirilərkən əsas analizlər deyil, yalnız adi analizlər götürülür. Çünki, dövlət tərəfindən analizlər üçün verilən “reaktivlər”in xəstəxanada olmadığı, ərzaq təchizatının isə olduqca aşağı səviyyədə olduğu söylənilir.
Adları Klinik Tibbi Mərkəzdə gedən, özləri isə özəl klinikalarda çalışan həkimlərin Ədalət Dadaşovla hansısa maraqlar çərçivəsində razılığa gəlmələri də iddia olunur. Məsələn, müəyyən iddialara görə həkim-anistozoloq Əliyev Nəcəf “Elmed” klinikasında, həkim-anistozoloq İbrahimov Gündüz “Oksigen” klinikasında, həkim-anistozoloq Lətifov Hacı “Lanşet” klinikasında, həkim-cərrah İbrahimov Mirzə “Medilüx” klinikasında, həkim Cəbrayılova Rəna 4 saylı stomatoloji mərkəzdə işlədiklərinə görə, baş həkimin onların vasitəsilə şəxsi maraqlarını təmin etdiyi də söylənilir.
Bundan əlavə, Ədalət Dadaşov Tibb Universitetinin Tədris-Cərrahiyə korpusunda işləyən, özü isə analıq məzuniyyətində olan Aytən Qırxlarovanı bir müddət bundan öncə Klinik Tibbi Mərkəzdə cərrah-həkim vəzifəsinə işə götürür. Aytən xanım üçillik analıq məzuniyyətində olsa da, bu gün də onun adının xəstəxananın ştat cədvəlində işdə getdiyi söylənilir. Bütün bunlardan əlavə onu da qeyd edək ki, Ədalət Dadaşov 2008-ci ilin sentyabr ayından 2016-cı ilə kimi Klinik Tibbi Mərkəzdə cərrahiyə şöbəsinin müdiri vəzifəsində işləyib. Həmin vaxtlarda YAP-ın “Semaşko” xəstəxanası üzrə dayaq dəstəsinin sədri Fətəli Fətəlizadə, ona partiya sıralarına daxil olmasını təklif etdikdə o, buna təhqiramiz sözlərlə kəskin etirazını bildirir. Elə ki, 2016-cı ilin may ayında baş həkim vəzifəsinə əvəzləyici təyinatı alır, o zaman o, təcili olaraq partiya sıralarına daxil olur və çox keçmir ki, Fətəli Fətəlizadə şöbə müdirliyindən azad olunur. Bir qədər keçdikdən sonra isə, baş həkim onu YAP-ın “Semaşko” üzrə dayaq dəstəsi sədri vəzifəsindən də uzaqlaşdırtdıra bilir. Halbuki Fətəli Fətəlizadə ötən 24 il ərzində dayaq dəstəsinin sədri vəzifəsini daşıyıb 1992-ci ildən YAP-ın aktivlərindən biri olub.
Söylənilən iddialarda o da qeyd olunur ki, o, xalqını və xəstələri bir növ pula “qurban vermək”lə bu gün də şəxsi maraqlarını həyata keçirməyə çalışır. Bundan əlavə o da iddia olunur ki, Kliniki Mərkəzi sanki şəxsi biznes obyektinə çevirib. Hətta, adı çəkilən vəzifə sahibi insanların taleyi ilə oynayaraq, həyat üçün qorxunc və faciəli üsullara əl atmaqdan çəkinmədiyi də söylənilir. Belə ki, Kliniki Tibbi Mərkəzə Ədalət Dadaşovun baş həkim təyinatından sonra, xəstəxanaya “Hepatit-C” diaqnozu ilə daxil olan hərbi çağırışçıların sayı artmaqdadır. Baş həkim imkanlı şəxslərin hərbi çağırışçı olan xəstə övladlarına “Hepatit-C”-nin daşıyıcısı diaqnozunu qoydurur ki, guya onlar hərbi xidmətə yararlıdırlar. Başlıca məqsəd xəstə gənclərin sağlam ad ilə hərbi xidmətə getmələrinə və hərbi bilet almalarına imkan yaratmaq olur. Halbuki tibbi nomenklaturada “Hepatit-C” daşıyıcı diaqnozunun ümumiyyətlə olmadığı bildirilir. Tibbi nomenklaturada “Hepatit-C” yalnız subklinik forma kimi gedir. Əgər çağırışçıya “Hepatit-C” subklinik diaqnozu qoyularsa, o halda həmin gənc hərbi xidmətə yarasız şəxs hesab olunar. Buna görə də, adı çəkilən vəzifə sahibi həmin gənclərin imkanlı valideynlərindən müəyyən məbləğdə “şirinlik” alaraq, onları hərbi xidmətə yararlı şəxs kimi qeyd etdirir. Tərəflər arasında belə bir razılığın əldə olunması ona hesablanır ki, çağırışçı gənc hərbi xidmətdən qayıtdıqdan sonra hansısa vəzifəyə gedərsə, o zaman heç bir problemlə üz-üzə qalmasın.
Onu da unutmaq olmaz ki, “Hepatit-C” xəstəsi olan çağırışçı hərbi xidmətdə olub üzünü təmizləyərkən, diş fırçasından istifadə edərkən, yaxud da hansısa səbəb üzündən zədə alıb müəyyən qədər qanını axıdarsa və onun qanından digər əsgər yoldaşlarından birinin üstünə azacıq olsa belə düşərsə, o halda həmin əsgər də “Hepatit-C” xəstəsi olacaq. Söylənilən iddialarda o da qeyd olunur ki, xəstə çağırışçı gənclər Ədalət Dadaşovun şəxsi tapşırığı ilə hava-damcı şöbəsində çalışan Kamran Nəsibova təhkim olunur ki, bu yöndə sirr heç yana yayılmasın. Bu isə son dərəcə təhlükəli məqamların varlığından xəbər verir. Çünki, hərbi çağırışçı adı çəkilən şöbədə yatan xəstələrlə kontaktda olduqlarından, onların digər xəstəliklərə yoluxma ehtimalı böyük olur.
Onu da qeyd edək ki, Kliniki Tibbi Mərkəz 1970-ci ilin əvvəlində ümummilli lider Heydər Əliyevin xüsusi göstərişi və təşəbbüsü ilə inşa olunub. Həmin vaxtdan Nazirlər Kabinetinin qərarı var ki, infeksion xəstəliklər şöbələrinin birləşdirilməsi heç bir sanitariya-epidemioloji qaydalara uyğun gəlmir. Çünki hava-damcı, mədə-bağırsaq və xüsusi təhlükəli infeksiyalar şöbələri müxtəlif profilli şöbələrdir. Adları çəkilən bu şöbələr birləşdirilərək əvəzində bir şöbə yaradılıb və bir şöbə müdiri saxlanılıb. Bu gün əslində üç şöbəyə rəhbərlik edən Gülnarə Babayeva həmin şöbələrdə çalışan həkimləri aidiyyəti üzrə deyil, başqa şöbələrə təhkim etməkdədir. Həkimlər yaşananlarla bağlı baş həkim Ədalət Dadaşova müraciət etsələr də, o, “Gülnarə Babayeva şöbə müdridir, deməli onun özü belə məsləhət bilir” deyə cavab verdiyi də söylənilir.
Bundan əlavə, Səhiyyə Nazirliyi tərəfindən infeksion xəstəlikləri şöbələrinin birləşdirilməsi də təklif olunmayıb. Ayrı-ayrılıqda fəaliyyət göstərən infeksion xəstəlikləri şöbələrinin birləşdirilməsi, məhz baş həkim Ədalət Dadaşovun təklifi əsasında həyata keçirildiyi iddia olunur. O, Səhiyyə Nazirliyinə “bu şöbələrdə xəstələr azlıq təşkil edir” deyə təklifini çatdırır və səbəb də, belə bir halın varlığını göstərir. Halbuki il ərzində təqribən hava-damcı şöbəsində 400-500 nəfər, mədə-bağırsaq şöbəsində 1200-1300 nəfər, xüsusi təhlükəli infeksiyalar şöbəsində isə 400-450 nəfər xəstələrin müalicə olunduqları bildirilir. O halda sual oluna bilər ki, bəs bu şöbələrin birləşdirilməsi nə qədər zəruri idi? Əslində adları çəkilən şöbələrdə xəstələrin azlıq təşkil etməsi haqda Səhiyyə Nazirliyinə verilən məlumatların, həqiqəti əks etdirmədiyi də iddia olunur. Bəzi mütəxəssislər adıçəkilən şöbələrin birləşdirilməsinin sanitariya-epidemioloji qaydalara və normativ tələblərə zidd olduğunu da bildirirlər. Görəsən belə bir addımların atılmasında baş həkim Ədalət Dadaşovun və şöbə müdiri Gülnarə Babayevanın marağı nələrdən ibarətdir? Bakı Baş Səhiyyə İdarəsinin müvafiq əmrinə əsasən 8-ci korpusda infeksion şöbələr qeyri-qanuni birləşdirilsə də, əmrdə konkret göstərilib ki, şöbənin işçiləri iş yerlərini dəyişmədən əmrlə tabe olduğu şöbədə çalışmalıdırlar. Ancaq, baş həkim və şöbə müdiri birləşərək işçiləri eyni vaxtda həm hava-damcı şöbəsində, həm mədə-bağırsaq şöbəsində, həm də xüsusi təhlükəli və zoonoz xəstəlikləri şöbələrində işlədirlər. Məsələn, bir tibb bacısı eyni vaxtda 1-ci, 2-ci və 3-cü mərtəbələrdə olan zoonoz, mədə-bağırsaq və hava-damcı xəstəsi olan xəstələrə sistem qoşur. Elə ki, xəstələrin sistemi qurtarır, o halda onlar tibb bacılarını mobil telefon vasitəsi ilə çağırırlar. Bu da hər an daxili infeksiyaların baş qaldırmasına səbəb ola bilər. Uzun illər ərzində səhiyyə sahəsində çalışan və pensiya yaşı tamam olan həkimlərin, hətta tibb bacılarının belə rəhbərliklə müqavilə sənədlərini uzatmaları zamanı müəyyən problemlərlə üz-üzə qalmaları da, bu gün daha çox müzakirə olunan mövzulardandır. Belə ki, bəzi şəxslərin iddialarına görə müqavilə sənədlərinin bir il müddətinə uzadılması, xeyli miqdarda “rüsum” hesabına başa gəlir. Bəzən də, “rüsum”u ödəməyə imkanı olmayan həkimlər əsəbdən, müəyyən gərginlikdən və s. dünyalarını dəyişməli olurlar. Onlardan ixtisasca nevrotoloq Vidadi həkimin və nevropotoloq Səlim həkimin (Allah hər ikisinə rəhmət eləsin!) olduqları söylənilir. İnanırıq ki, məqalənin dərcindən sonra cənab Oqtay Şirəliyev sadalanan olayların varlığına xüsusi diqqət yetirəcək. Bütün bunlar da Ədalət Dadaşovun şəxsi maraqlarının təmin olunması yöndə atdığı addımların varlığını sübut edir.
Məqalədə sadalanan faktlarla bağlı adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
//GündemXeber.Az
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"