Səfər Mehdiyev bahalaşmaya rəvac verir - Bunun başqa adı yoxdur...
Sosial
Oxunub: 682
18 in 2018 | 16:17
Səfər Mehdiyev bahalaşmaya rəvac verir - Bunun başqa adı yoxdur...















Dövlət Gömrük Komitəsinin son zamanlar atdığı bəzi addımlar geniş müzakirə predmetinə çevrilib. Xüsusilə də gömrük-keçid məntəqələrində vətəndaşların gediş-gəlişinin müəyyən qədər asanlaşdırılması qurumun işində müsbətə doğru müəyyən dəyişikliklərin olduğundan xəbər verir. Lakin bəzi açıqlamalar heç də ürəkaçan deyil.

Bu günlərdə DGK-nin Maliyyə, tariflər və valyuta nəzarət Baş İdarəsinin Gömrük tariflərinin nizamlanması Şöbəsinin rəisi Əzizağa Hüseynov maraqlı məqama toxunub. Komitə yetkilisi idxal məhsullarına tətbiq olunan tariflərin artırılacağını istisna etməyib. Bunun da ilk növbədə kənd təsərrüfatı, maşınqayırma və digər sənaye sahələrinə şamil olunacağını deyib. Məlumdur ki, Gömrük Komitəsinin əsas vəzifələrindən biri də daxili bazarı qorumaqdır. Lakin daxili bazarı qorumaq üçün daxili istehsalın olması əsas və vacib şərtdir.

Ancaq bəllidir ki, Azərbaycanda yerli istehsal daxili bazarı təmin etmək iqtidarında deyil. Məlumatlara görə, bazar 80-85 faiz idxaldan asılıdır. Dövlət Gömrük Komitəsi isə idxal tariflərinin artırılmasının ilk növbədə kənd təsərrüfatı məhsullarına şamil olunacağını deyir. Amma bu gün bazarda kənd təsərrüfatı mallarının əksəriyyəti xarici istehsaldır, bir hissəsi isə yerli istehsal yox, sadəcə, qablaşdırmadır. Doğrudur, kənd təsərrüfatı sahəsində müəyyən işlər görülür və müsbət nəticələri hiss olunur. Ancaq indiki məqamda bunlar kifayət deyil və idxal rüsumlarının artırılması heç də effektiv görünmür. Ekspertlər də hesab edir ki, bu addım bahalaşmaya səbəb ola bilər.

Maraqlıdır, Dövlət Gömrük Komitəsinin bu siyasəti nəyə xidmət edir və nəticəsi necə olacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində komitənin rüsumlarının ləğv edilməsinin tərəfdarı olmalı olduğunu deyib. N.Cəfərli hesab edir ki, rüsumların artırılmasında heç bir məntiq yoxdur: “Ümumiyyətlə, idxal və ölkəyə gətiriləcək müxtəlif çeşidli məhsulların rüsumu ilə bağlı gömrük məsələlərinə yenidən baxılmalıdır. Ölkədə ümumiyyətlə, istehsalı olmayan gündəlik ehtiyac malları var ki, onlara belə çox yüksək gömrük rüsumları tətbiq olunur. Elə sosialyönümlü məhsullar var ki - məsələn, dərman preparatları- Azərbaycanda istehsal olunmur, amma onlardan da gömrük rüsumu tutulur. Burada heç bir məntiq yoxdur. Əslində gömrüyün fəlsəfəsi daxili bazarı qorumaq üçün müəyyən addımların atılmasına xidmət etməkdir. Amma yerli istehsal olmayan, daxili bazarda ehtiyac duyulan məhsullara rüsum tətbiq etmək heç bir məntiqə uyğun deyil. Bu baxımdan, bəzi idxal məhsullarının gömrük rüsumu ya sıfırlanmalıdır, ya da minimuma endirilməlidir ki, bazarda bolluq yaransın və qiymətlər ucuzlaşsın”.

Natiq Cəfərli hesab edir ki, rüsumların artırılması bazarda bahalaşmaya səbəb olacaq. Ekspertin sözlərinə görə, bütün hallarda zərər vətəndaşa dəyəcək: “Digər tərəfdən, daxili istehsal o səviyyədə deyil ki, bütün tələbatı ödəyə bilsin və xaricdən gətirilən mallara ehtiyac qalmasın. Azərbaycanda daxili bazarı tam şəkildə təmin edən yerli məhsul yoxdur. Bunun nəticəsi olaraq rüsumların artırılmasında da zərbə vətəndaşa, istehlakçıya dəyir. Hətta daxili istehsalı olan məhsulların idxal rüsumları artırılanda da bu rəqabətli mühitə mənfi təsir göstərir. Məsələn, bir istehlakçı kimi mənə fərq etmir ki, aldığım məhsul Azərbaycanda istehsal olunub, yoxsa xaricdə.

Mən istehlakçı kimi daha ucuz və keyfiyyətli məhsul almaq istəyirəm. Əgər dövlətin bu istiqamətdə müəyyən siyasəti varsa, bu, istehlakçıların hüquqlarının pozulması ilə olmamalıdır. İstehsalçılar da rəqabətə öyrəşməlidir. Məsələn, toyuq ətində bunun şahidi olduq. İdxal olunan toyuq ətinin rüsumu qaldırıldı, amma yerli istehsal artmadı. Buna baxmayaraq, yerli istehsalçılar da dərhal satış qiymətlərini qaldırdılar. Xaricdən gələn məhsulun qiyməti qalxdı deyə, yerli istehsalçılar da buna uyğun bahalaşmaya getdilər. Yəni, yenə də yanaşma belə olacaqsa,heç bir xeyri olmayacaq. Ziyanı da Azərbaycan vətəndaşlarının cibinə dəyəcək”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...