Kərəm Həsənov “makler ofisi” açıb, Əhmədzadə isə milyonları... - İttihamlar
Sosial
Oxunub: 1 033
21 in 2018 | 12:30
Kərəm Həsənov “makler ofisi” açıb, Əhmədzadə isə milyonları... - İttihamlar














Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunmasından sonra “makler ofisi” funksiyasını Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yerinə yetirir

Bunu sabiq deputat, iqtisadçı alim Nazim Bəydəmirli yazıb.

Onun sözlərinə görə, ölkədəki problemlərin biri də “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin hələ də 100 milyonlarla vəsaitləri qamışlıqlarda “gizlədərək” kollektorların təmizlənməməsidir.

Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin hələ də kolxoz, sovxoz idarəetməsində qalması, inzibati yollarla “məmur sahibkarlığına” sərf edən kooperasiyanın həyata keçirilməsi siyasəti davam edir.

Büdcə hesabına müxtəlif MMC, ASC və sair təsərrüfat subyektlərinin yaradılması, kənd təsərrüfatının subsidiyalaşmasının vasitəçi qurumlar vasitəsi ilə aparılması halları mövcuddur.

Aqrar sahədə dövlət siyasətinin PR kampaniya ilə aparılmır. Siyahını davam etdirmək də mümkündür, ancaq nə faydası.

Qərib Məmmədov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla uzun müddət öncə gizli, sonradan isə aşkar ixtilafda olub.

Elə bunun nticəsidir ki, 2015-ci ilin fevralın əvvəllərində ölkə başçısı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, ləğv edilmiş komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Prezident Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.

Bununla da faktiki olaraq, Kərəm Həsənov çoxdankı arzusuna çatıb və Qərib Məmmədovun komitəsinin ləğvinə, səlahiyyətlərinin əksər hissəsinin isə ona verilməsinə nail olub.

FİA.Az xəbər verir ki, K.Həsənov bu səlahiyyətlərə yiyələndikdən sonra N.Bəydəmirlinin dediyi kimi, “makler ofisi” açıb.

Eynilə Ə.Əhmədzadə də dövlətin pullarını sümürməklə məşğuldur. Məsələn bir faktı göstərək: Əkin sahələrinin suvarma suyu ilə təminatına 21 milyon manat ayrılıb.

Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Amma Kürqırağı kəndlərdə suvarma kanalları vaxtı-vaxtında qazılıb, təmizlənmir.

Muğan düzündəki əkin sahələrinə su sovet dövründən qalma uçuq-tökük asma kanallar vasitəsi ilə gedir. Kəndli əkininə su açan kimi, su pulu yığanlar başının üstünü kəsdirir.

Sonuncu Kür daşqınları zamanı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin milyardlarla dövlət büdcəsini necə xortumladığı göz qabağındadır.

Çünki ASC sədri Əhməd Əhmədzadə bu yaxınlarda qardaşı qızına səs-küylü toy eləmişdi.

Toy mərasimində türkiyəli müğənnilər Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutinlə yanaşı Mustafa Ceceli iştirak edirdilər.

Ona görə də dövlətin ayırdığı 21 milyonun necə yağmalandığı, Kürqırağı kəndlərdə suvarma ilə bağlı əhalinin problemlərinin niyə yarandığı aydınlaşır.

Ə.Əhmədzadə uzun illərdir ki, bu posta rəhbərlik edir. Onun rəhbərliyi altında suvarma sistemləri idarələri, meşə meliorasiya qurumları büdcəni talan edirlər.

Hesablama Palatası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsi üzrə vəsaitlərdən istifadəyə dair auditin nəticələrini açıqlamışdı.

Hesablama Palatası mətbuata əziyyət verməyib və Əhmədzadənin korrupsiyasını özü ifşa etmişdi.

O məlumatlar da var ki, Eldar Mahmudov vəzifəsini itirməzdən bir neçə ay əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin 2 milyon pulunu alıb.

Belə ki, Əhməd Əhmədzadə ətrafında əməliyyat hazırlayan MTN rəhbərliyi cəmiyyət sədrini hansısa maliyyə fırıldağında günahlandırmaq istəyib.

Bu əməliyyata isə həbs olunduqdan sonra özünü asan MTN Anti- terror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyev rəhbərlik edib.

Çıxılmaz vəziyyətdə qalan Əhməd Əhmədzadə ətrafındakı şəxsləri həbsdən qorumaq üçün tələb olunan 2 milyonu verib.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb