Paytaxtın hansı rayonlarında daha çox ağac kəsilir? - Nazirlik açıqladı
Sosial
Oxunub: 582
22 in 2018 | 12:13
Paytaxtın hansı rayonlarında daha çox ağac kəsilir? - Nazirlik açıqladı















"Təbiətə, yaşıllığa israfçılıq prizmasından baxılması artıq dünyanın heç bir nöqtəsində qəbul edilmir. Bizdə də bu proses gedir, ətraf mühitə tədricən qayğıkeş münasibət formalaşır. Amma təəssüf ki, bəzən yaşıllıqlara qarşı biganə, sevgisiz münasibətin də şahidi oluruq”.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün ölkədəki yaşıllıqlara həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, insanların ətraf mühitə, yaşıllıqlara münasibətinin dəyişdirilməsi üçün media nümayəndələrinin və ictimaiyyətin dəstəyinə böyük ehtiyac var: "Hesab edirik ki, yaşıllıqlara qarşı zərərverici münasibət göstərənlər ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilməli, onların biganəliyi ağaclara sevgi ilə əvəzlənməlidir. Uşaqdan böyüyədək yaşıllığın qorunmasına münasibət dəyişməli, hər bir ağaca dəyər verilməli və məhəbbət göstərilməlidir. Bu mətbuat konfransında da məqsədimiz odur ki, məhz sizlərin köməyi ilə buna nail olaq.

Bilirsiniz ki, bir ağacın yetişdirilməsi üçün minumum 30 il vaxt tələb olunur, lakin bəzən etinasızlıq edilir, ağaclar kəsilir və təsəvvür edin ki illərlə çəkilmiş zəhmət bir an içərisində heç olur”.

İ. İbrahimovanın sözlərinə görə, əsasən paytaxtda bəzi sahibkarlar, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz ağac kəsintisinə yol verilir: "Tikinti şirkətləri yaşıllıq sahələrinə həssas münasibət göstərmir, tikinti və abadlaşdırma zamanı yaşıllıqların yerləşdiyi ərazilər nəzərə alınmır.

Ona görə də bu sahədə həm güclü təbliğat işinin aparılmasına, digər tərəfdən də tələbkarlığın, yəni yaşıllıqların mühafizəsi sahəsində mövcud qanunvericilikdə dəyişikliklərin edilməsinə və daha sərt sanksiyaların tətbiqinə ehtiyac var. Bu balans, bu tarazlıq saxlanılmalıdır”.

Nazirlik sözçüsü paytaxtda ən çox ağac kəsilən rayonların adını açıqlayıb: "Şikayətlər əsasən Nəsimi, Xətai, Sabunçu, Binəqədi, Suraxanı və Yasamal rayonlarından gəlir. Ən çox da ağac kəsimi fiziki şəxslər, yəni sahibkarlar tərəfindən həyata keçirilir.

Hesab edirik ki, yaşıllıqların kəsilməsi hallarının qarşısının alınması üçün hamılıqla sərt mövqe nümayiş etdirilməliyik, yaşıllığı məhv edənlər elə bir cəza almalıdır ki, ağac kəsmək niyyətində olanlar həm qorxsun həm də məsuliyyət hiss etsin. Məncə cəmiyyətin sərt münasibəti ilə birgə cərimələrin də dəfələrlə artırılması üsulu daha effektiv nəticə verə bilər.

Milyonlarla sərmayə qoyub obyekt tikən sahibkar üçün 10, 15 min manat cərimə elə də çox məbləğ deyil”.əri olmayan "TOZ-16” markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi