Deputat: İngiliscə danışa bilmir, amma obyektinə ingiliscə ad qoyur
Sosial
Oxunub: 632
24 in 2018 | 23:15
Deputat: İngiliscə danışa bilmir, amma obyektinə ingiliscə ad qoyur















Vallah, bəzən elə bir küçəyə gedib çıxırsan ki, heç bilmirsən bura Azərbaycandır, ya yox. Mənasını bilmədikləri adları həmin küçədə yerləşən hansısa obyektlərə qoyurlar. Deyir, kasıb itinin adını gümüş qoyan kimi, indi bəziləri ingilis dilində bir kəlmə olsun danışa bilmir, amma götürüb obyektinə bir ingilis sözü ilə başlayan ad qoyur. Nə oxumaq olur, nə yadda saxlamaq olur, nə də mənasını bilirsən.


Bunu millət vəkili, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib.



Qeyd edək ki, son illər elə həm ictimai müzakirələrdə, həm parlamentdə gedən fikir mübadilələrində yer, küçə, müəssisə, xüsusilə, şadlıq evləri, restoran və bahalı market və supermarketlərin adlarının Azərbaycan adları ilə uyğun gəlməməsindən, onların adlarının çox zaman öz dilimizdə deyil, əsasən əcnəbi dillərdə yazılmasından şikayətlər, narazılıqlar səslənir.

Amma bununla belə, bu yöndə problemlər qalmaqda, əksinə, gündən-günə daha da artmaqdadır. Bəs görəsən, bu məsələlərin həlli, tənzimlənməsi ilə bağlı qanunvericilikdə daha ciddi sərtləşdirmənin nəzərdə tutulmasının artıq vaxtı, zamanı deyilmi?

Bununla bağlı saytımızda açıqlama verən B.Sadıqov hesab edir ki, artıq bu məsələnin zamanıdır, qanunvericilik sərtləşdirilməlidir.

"Özü də bu barədə dəfələrlə deyilir, yazılır. Bu sahədə elə deyim ki, ən çox danışan da, yazan da jurnalistlərdir, qəzetçilərdir. Hərdən saytlarda da bu cür məsələlərə yer ayrılır”, – deyən millət vəkilinin sözlərinə görə, eyni zamanda burada prinsipiallıq, qətiyyət də lazımdır:

"Digər tərəfdən, axı, "Reklam haqqında” qanun qəbul etmişik. Həmin qanunda da o cür adları qadağan etmişik, yəni, əcnəbi adları, sonra mənası bilinməyən, aydın olmayan adları. Müvafiq qurumlar, reklamlara baxanlar var, nəzarət etməlidirlər.

Niyə gedib tələb etmirlər, niyə dəyişdirmirlər?


İndi biri tutaq ki, icazə verib, bir səhv edib, bunda da marağı olub-olmayıb, onu deyə bilmərik, amma əgər artıq bu fakt varsa və qanun sənə icazə verirsə ki, bu iş, bu vəzifə sənin öhdənə qoyulub, get məşğul ol da, niyə olmursan?

Ancaq bunlar elə məsələlərdir ki, burada tək qanunla hər şeyi tənzimləmək mümkün deyil, bir nəfər buna baxsın, etsin, belə olmaz, biz özümüz də imtina etməliyik.

Biz özümüz də elə obyektlərə girəndə hər dəfə deməliyik ki, ay kişi, bu nədir, düzgün ad qoymamısan.

Amma o adı qeydiyyata alanlar və ona nəzarət etməli olanlar, bax, bunlardan tələb etmək lazımdır ilk növbədə. Yəni, tələbkarlıq olsa və o cür adlar artıq ləğv olunsa, təzələrində də əndrabadi adlar qoymaq istəyi aradan qalxar”.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb