Təhsil mafiyasında klan savaşı: - Ceyhun Bayramov “keçid naziri” imiş
Sosial
Oxunub: 567
28 in 2018 | 18:15
Təhsil mafiyasında klan savaşı: - Ceyhun Bayramov “keçid naziri” imiş















Azərbaycan təhsilinin siyasi bağlarından biri Fatma Abdullazadə idi. Bu güclü qanadın təhsildən qoparılması ilə böyük bir nəfəslik açıldığına ümid yaranmışdı.
Paralel olaraq Misir Mərdanovun yoxluğunda müasir və rüşvətsiz Azərbaycan təhsili üçün yeni era başlandığına proqnozlar verilirdi.
Ancaq Mikayıl Cabbarovun timsalında kor-peşman olan təhsil ictimaiyyəti və eləcə də əhali onun yavəri Ceyhun Bayramovun fonunda ikiqat məyusluq yaşadı.

Əksər təhsil ekspertləri və analitiklər bu qənaətdədir ki, Ceyhun Bayramov seçimi məcburiyyətdən olub.
Heç bir siyasi çəkisi və nüfuzu olmayan, Misir Mərdanov nomenklaturasını davam etdirən C.Bayramov faktiki olaraq ölkənin təhsil sistemində sıfırın altında islahat aparır.
Təhsil ictimaiyyəti F.Abdullazadə, M.Mərdanov kimi ölkə elmini, məktəblərini və dərsliklərini genosid edən, rüşvəti biliyin anasına çevirən məmurlardan qurtuluşa sevinirdi.
Amma C.Bayramov təhsil sisteminin nəinki Qərbi, heç Şərqi Avropa sisteminə keçidi üçün əlini ağdan qaraya vurmur: məktəblərdə yenə rüşvət, direktorlar oliqarx, regional təhsil idarələrinin müdirləri isə baş korrupsionerlərdirlər.
C.Bayramovun nazir təyin olunmasından sonra liseylərdə, kolleclərdə, peşə məktəblərində, universitetlərdə, orta məktəblərdə yaxşılığa doğru fakt yoxdur.
Məktəbli qızların zorlanması, qaçırılması, rayon təhsil şöbələrində müdirlərin məktəb direktorlarını “aylıq” xəraca otuzdurması, təhsil rəislərinin övladlarının qudurğanlıq faktlarına baxmayaraq. C.Bayramov bu siyasəti dəyişməz olaraq saxlayır.
Üstəlik, baramaçılıq, pambıqçılıq sahələrində, bir sözlə qeyri-neft sektorunda inkişafa nail olunacağını düşünməkdənsə, təhsil siyasətini gücləndirmək lazımdır.
Avropa və uzaq Şərq baramaçılıq üstündə tərəqqi etmir, texnologiya, elm, İT sahəsindəki yeniliklərlə dünyaya açılır.
C.Bayramovun işçiləri isə tarlalarda pambıq yığır, məktəblilər arasında sahələrdə qul kimi işlədilənlər olur, müəllimləri avtobuslara yığaraq barama, pambıq yığımına cəlb edirlər, onların maaşından müxtəlif tədbirlərə görə pul tuturlar.
Məsələn, Gəncə filarmoniyasının konsertlərinə müəllimlərə məcburi bilet satdırılması faktı təsdiqini tapıb. Amma C.Bayramov heç bir tədbir görmədi, işçilərinin müdafiəsinə qalxmadı.
Ümumiyyətlə, C.Bayramov onunla paralel nazir təyin olunan İnam Kərimov və Sahil Babayevdən fərqli olaraq, kosmetik kadr dəyişiklikləri də həyata keçirmir.
Və siyasi hakimiyyətin təhsildə qurulan mafiyanın idarə olunmasını C.Bayramova tapşırması hansı məqsədlərə xidmət edir, müəyyənləşdirmək olduqca çətindir...
Amma acı reallıqdır ki, bu il abituriyentlərin 50 faizi 200 keçid balını toplaya bilmədilər. Halbuki, M.Mərdanovun dövründə keçid balı 250 idi və təhsilin keyfiyyəti bundan yüksək idi.
Digər bir tərəfdən isə rayon təhsil şöbələrinin birbaşa İcra hakimiyyəti başçılarının nəzarəti altında olması da neqativ hallara yol açır, bu da öz növbəsində təhsildə rüşvətə yol açan səbəblərdən daha biridir.

C.Bayramovun təhsil naziri postunda qalması uzun çəkməyəcək. Hətta belə iddialar var ki, onun təyinatı keçid dövrü üçün nəzərdə tutulub.
Çünki Yusif Məmmədəliyevin təhsil naziri təyin olunacağı an məsələsi idi və son məqamda qruplaşmaların didişməsi buna imkan vermədi.
Ona görə müvəqqəti olaraq təhsil naziri kimi C.Bayramovun fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilib ki, klanların mübarizəsi səngisin.
Bu çəkişmələrə ara verildikdən sonra təhsil naziri vəzifəsinə daha münasib kadr təyin olunacağı gözlənilir. Çünki təhsil sektoru ən strateji əhəmiyyətli qalalardan biridir.
İqtidar daxilində hansı qruplaşma təhsil sektoruna birdəfəlik yiyələnərsə, ciddi yüksəkliklər, postlar ələ keçirmiş kimi qiymətləndiriləcək.
Analitiklər də belə təhlil edirlər ki, C.Bayramov “keçid naziri” olduğu üçün ənənəvi qvardiyanın qoyduğu təhsil sistemindən kənara çıxmır.
Yenə də F.Abdullazadə - M.Mərdanov tandeminin davamı kimi, ölkənin elm-bilik sənayesi məhvə aparılmaqdadır.
Hələ təhsil nazirinin birinci müavini olarkən Ceyhun Bayramov rayon təhsil şöbələri və Ərazi Hesablama Mərkəzlərinə sirkulyar məktub adlandırılan bir məktub göndərmişdi.
Həmin məktubda göstərilidir ki, 10 baldan aşağı bal toplayanlara minumum 6 saat dərs verilə bilər. Burada minümum sözünün olması artıq neqativ hallara şərait yarada bilər.
Baxmayaraq ki, iyun ayında həmin müəllimlərin dərs saatları vakansiyaya çıxarılmışdı. Hətta müəllimlər kredit götürərək digər ənənəvi üsullarla çalışırdılar ki, onlara dərs saatı verilsin.
Pedaqoji baxımdan absurd olan digər bir hal isə ibtidai siniflərdə baş verdi. Belə ki, ibtidai siniflərdə olan dərslərin bir neçə müəllim arasında bölünməsi də bu kimi halların geniş vüsət almasına səbəb oldu.
Hansı müəllim dərs saatlarının alınmasını istəmirdisə, problemini həll etmək üçün özünə adam axtarırdı və bunun qarşılığında nəsə qeyri-qanuni ödəniş edirdi.
Bu detallar təhsil siyasətinin içində olan və pedaqoqların dərinliyinə qədər bildiyi məsələlədir. Kənardan vitrin isə belə görünür ki, C.Bayramov “akvariumda rüşvət” sistemi yaradıb.
Başqa bir hal isə, məktəb direktorlarının vəzifəyə təyin olunmasında konkret müddətin olmamasıdır. Öz növbəsində bu gün məktəb direktorunun 10, 15, yaxud 20 il bir məktəbdə işləməsi zaman-zaman neqativ hallar üçün şərait yaradır, bu da arzuolunan hal deyil.
Ona görə də ilk növbədə məktəb direktorlarının əməkhaqqının qaldırılması ilə yanaşı, onlar dövlət qulluğuna aid edilməlidir.
Dövlət qulluğuna aid edildikdə isə, həmin şəxslərin bir məktəbdə 5 ildən artıq işləməsinə imkan verilməz. Çünki 5 ildən artıq işlədikdə orada neqativ halların baş verməsi qaçılmazdır.
Əfsus ki, hakimiyyətin təhsil siyasətində və C.Bayramovun qarşısında bu islahatları həyata keçirmək kimi öhdəliklər olduğu görünmür.
Ən azı M.Cabbarov dövründən bu reformaların müəyyən hissəsi gerçəyə çevrilərdi. O deməkdir ki, iqtidarın təhsilsiz cəmiyyət siyasəti var və C.Bayramov onun ön sıralarındadır...(anaxəbər.az)
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq