Ölkə rəhbərinin son xəbərdarlığına “BƏHRƏ” MTK-nın rəhbəri məhəl qoymur-ŞOK OLAY
“Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”
Bu da bir həqiqətdir ki, ətraf mühitlə bağlı problemlərin aradan qaldırılması, bu yöndə lazımi addımların atılması və s. hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin diqqət mərkəzində sazxladığı məsələlərdən olub. Odur ki, yaşıllıqların qorunması, meşə zolaqlarının mühafizə olunması, müəyyən ərazilərdə tüğyan edən erroziyanın qarşısının alınması olduqca əhəmiyyət kəsb edib. Belə bir səbəblər üzündən də, hələ bir neçə il bundan əvvəl cənab Prezident bu yöndə əmələ gələn problemlərin varlığına xüsusi diqqət yetirdi və onların həlli ilə bağlı aidiyyətı qurumlara lazımi tapşırıqlarını da verdi. Hətta, ölkə rəhbəri meşə zolaqlarında və digər ərazilərdə, ələlxüsus paytaxt Bakı şəhəri ərazisində ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu və belə bir hallara qol qoyan hər kəsin məsuliyyətə cəlb olunmasını Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı çıxışı zamanı da xüsusi qeyd edir. Yəni, o, “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların qanunsuz kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu vicdansızlıqdır, bu biabırçılıqdır, bu cinayətdir. Ona görə aidiyyəti qurumlar təkliflər versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidirlər. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu mənim son xəbərdarlığımdır” deyə konkret mövqeyini ortaya qoyur.
Bəli, bu cür tapşırıqların verilməsi ölkə rəhbərinin ortaya qoyduğu iradənin varlığını ifadə edir.Bu da onu söyləməyə əsas verir ki, ölkəmizdə yaşıllıqların salınması, ekoloji tarazlığın qorunması yöndə müəyyən tədbirlərin görülməsinə, qanunsuz ağac kəsənlərə qarşı ciddi mübarizə tədbirlərinin davam etdirilməsinə baxmayaraq, bu gün də ayrı-ayrı ərazilərdə yaşıllıqların qanunsuz yollarla kəsilməsi hallarına hazırlıqlar görülməkdədir. Məsələn, hazırda Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində, daha dəqiq desək 91 saylı orta məktəbin yaxınlığındakı ərazidə inşa olunacaq tikinti işləri ilə əlaqədar lazımi hazırlıqlar görülür. Həyata keçiriləcək tikinti işləri ilə bağlı hazırlıqların aparıldığı ərazidə xeyli sayda yaşıl ağac növləri var. Yəqin ki, bir müddətdən sonra tikinti işlərini aparacaq şəxslərin göstərişi ilə həmin ağaclar yer üzündən elə “silinib-süpürüləcək” ki, onların nə izi, nə də ki, tozu qalacaq. Bugünədək atılan addımlar onu sübut edir ki, tikinti işlərinə hazırlıqlar görülən ərazidə açıq-aşkar şəkildə “ekoloji soyqrım”a imza atılacaq. Yəni, biz heç cür inana bilmirik ki, “BƏHRƏ” MTK tikinti şirkətinə rəhbərlik edən şəxs və ya şəxslər, belə bir işlərin dayandırmasına qərar versinlər. Çünki, ümumi işin ahəngindən bəlli olur ki, adı çəkilən şirkətə rəhbərlik edənlər bugünə kimi görülmüş işlərə külli miqdarda vəsait xərcləyiblər.
Əlavə olaraq onu da bildirək ki, qazıntı işlərinə hazırlığın aparıldığı əraziyə yaxın yerdə sovet dönəmində tikilmiş bir neçə beşmərtəbəli yaşayış binaları var. Həmin binaların orta hissələrində xeyli sayda yaşıl ağaclar var ki, sakinlər isti yay günlərində onların sərinliyində istirahət edirlər. Bu gün sakinlərin istirahət etmələrinə və azyaşlıların deyib-gülmələrinə “qənim kəsilən” Səbail RİH-nin rəhbərliyində duran vəzifə sahibləri, “BƏHRƏ” MTK tikinti şirkətinə rəhbərlik edən şəxs(lər)lə əlbir olaraq, açıq-aşkar şəkildə ölkə rəhbəri cənab İlham Əliyevin vermiş olduğu tapşırıqları saya salmırlar. Belə bir addımlar da, əslində əndazənin aşılması deməkdir. Əgər bu belə deyilsə, o halda icra başçısı vəzifəsini daşıyan cənab Eldar Əzizov, ilk növbədə möhtərəm Prezidentin vermiş olduğu tapşırıqlara əməl edərdi.
Əldə etdiyimiz müəyyən məlumatlara görə, rayonun Qurban Abbasov küçəsində aparılacaq tikinti işləri, Səbail RİH-i Aparatında təsərrüfat işləri üzrə müavin vəzifəsini şəxsin “ukrasiya”sındadır. İndi olub-keçənlərə diqqət yetirək. Bir tərəfdən ölkə rəhbəri yaşıllıqların qorunması, problemlərin aradan qaldırılması istiqamətində lazımi tapşırıqlarını verir, digər tərəfdən Səbail RİH-də vəzifə sahibi olanlar verilmiş tapşırıqlara məhəl qoymurlar. Bu cür qanunsuzluqlara qol qoyanların daha çoxu isə, məhz qazıntı-tikinti sektoru ilə məşğul olanların olduqları bildirilir. Məsələn, çox zaman həmin şəxslər əldə etdikləri çirkli pullar hesabına icra başçıları ilə işbirliyinə girirlər və yaşıllıqların olduğu ərazilərə müəyyən yollarla sərəncamlar alıb tikinti işlərinə başlayırlar. Xoşagəlməz hal o olur ki, həmin vaxt yaşıllıqlara yaxın ərazilərdə yaşayan sakinlərin haqlı narazılıqlarına heç cür məhəl qoyulmur.
Hələ məhrum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən "Bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir" demişdir. Belə bir kəlamın işlədilməsi bir daha onu söyləməyə əsas verir ki, xalqımızın Ulu Öndəri həmişə ətraf mühitlə bağlı problemlərə xüsusi diqqət göstərmiş və bəlli münasibətini də ortaya qoymuşdu. Ümumiyyətlə, məhrum prezidentimiz hakimiyyət illərinin bütün dönəmlərində meşə zolaqlarının qorunmasına, yaşadılmasına xüsusi diqqət yetirmiş və bu sahənin mühafizə olunması istiqamətində aidiyyəti qurumlara lazımi tapşırıqlarını da vermişdir. Möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunması isə, bir daha ətraf mühitə bəslənilən diqqət və qayğının varlığını göstərdi.
Bəli, bu gün ölkə rəhbəri lazımi tapşırıqlarını verir, yerli vəzifə sahibləri isə verilmiş tapşırıqlardan irəli gələn addımlarını atmaq əvəzinə, düşünüb-daşındıqları addımlarını atmaqda davam edirlər. Deməli, bu məmləkətdə hər kəsin Vətən sevgisi olmalıdır ki, vətənini, xalqını sevə bilsin. Diqqəti o məqama da yönəldək ki, cənab İlham Əliyevlə bərabər Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyeva və ailə üzvləri, müəyyən vaxtlarda “hərəyə bir ağac əkək” adı altında marafon tədbirləri həyata keçiriblər. Atılan addımlar zamanı onminlərlə ağaclar əkilib, yeni-yeni yaşıllıqlar salınıb, bir sözlə ekologiyamızın qorunması və ətraf mühitlə bağlı problemlərin aradan qaldırılması daim öndə tutulub. Bu belə olduğu halda, görəsən ekologiyamızın varlığına “qənim kəsilənlər” atılan addımlardan niyə ibrət dərsi götürmürlər?. Yoxsa zamanı çatmayıb? Odur ki, gəlin həm düşünək, həm də bir qədər götür-qoy edək. Çünki...
Mövzunu diqqətdə saxlayacağıq
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”