2 saylı Bakı Baza Tibb Kollecində öbaşınalıq - Bunları görən yoxdurmu?
Sosial
Oxunub: 624
10 iy 2018 | 00:43
2 saylı Bakı Baza Tibb Kollecində öbaşınalıq - Bunları görən yoxdurmu?
















İnsanların taleyi faktiki olaraq naşı tibb işçilərinin əlindədir. Əlbəttə bunu bütün tibb işçilərinə aid etmək doğru olmazdı. Amma fakt odur ki, tibb işçilərinin əhəmiyyətli hissəsi işlərinə ya məsuliyyətsiz yanaşır, ya da ümumiyyətlə üzərlərinə götürdükləri vəzifəni icra etmək bacarığına malik deyillər. Bunun da başlıca səbəblərindən biri təhsillə bağlıdır. Məsələn götürək 2 saylı Bakı Baza Tibb Kolleci barədə dəfələrlə mətbuatda tənqidi materiallar dərc olunub. Lakin kollecin direktoru Dilarə Məmmədəliyeva tənqidlərdən nəticə çıxarmır. Bu kollec təhsil ocağından daha çox işədüzəltmə bürosunu xatırladır.
Hələ bir müddət əvvəl mətbuatda gedən məlumatlardan birini cumhuriyyet.az olaraq xatırladaq ki, kollecin rəhbərliyində təmsil olunan şəxslərdən biri vətəndaşdan külli miqdarda pul alaraq onu Səhiyyə Nazirliyinə tabe olan hansısa dövlət xəstəxanasına baş həkimin müavini vəzifəsinə düzəldəcəyilə bağlı söz verib, deyilirdi ki, vətəndaş tələb olunan məbləği ödəsə də, qarşı tərəf vədinə əməl etməməklə bərabər, aldığı pulu da geri qaytarmaq istəmir. İndi isə cumhuriyyet.az-a müraciət edən mənbə isə həmin şəxsin məhz kollecin direktor Dilarə Məmmədəliyeva olduğunu iddia edir. Həmin hadisələrdən kifayət qədər vaxt keçsə də, redaksiyamıza daxil olan yeni məlumatlardan belə qənaətə gəlmək olur ki, kollecdə köhnə problemlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Məlumatlarda göstərilir ki, 2 saylı Tibb Kollecində elə əvvəllər olduğu kimi, bu gün də qiymətləndirmə zamanı tələbələrin savadından daha çox, onların maddi durumlarına fikir verilir.
Adı çəkilən kollecdə hökm sürən ab-hava burada tədrisin müasir tələblərə cavab verməməsinə, tələbələrə gəlir mənbəyi kimi baxılmasına səbəb olur. Dərəbəylik o həddə çatıb ki, imtahanlar zamanı tələbələr ancaq necə pul tapmaq, semestri başa vurmaq haqqında düşünürlər. Bütün bunlarla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlarıdiqqətinizə çatdırırıq: “Təbii ki, belə şəraitin yaranmasında kollecin direktoru Dilarə Məmmədəliyevanın “xüsusi əməyi” qeyd olunmalıdır. Məhz onun rəhbərliyi dövründə kollecdə rüşvət özünün çiçəklənmə dövrünə qədəm qoymuşdur. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, imtahan sessiyaları zamanı tələbələrə əsl divan tutulur. Burada əsas meyar heç də bilik yox, tələbənin maddi durumu hesab edilir. Bir imtahan sessiyasının başa çatması hər bir tələbəyə minimum 800-1000 manata başa gəlir.
Məlumatlarda bildirilir ki, tələbələrdən pul toplanılması təkcə imtahan sessiyası ilə bitmir. Dərsdən yayınma hallarına görə də xüsusi “cəza məbləği” vardır. Ümumiyyətlə haqqını ödəyib dərsə gəlməyən tələbələr də çoxdur. Belələri direktorun “xüsusi qazanc” mənbəyi hesab olunur.
Kollec direktoru Dilara Məmmədəliyeva sözügedən təhsil ocağından şəxsi əmlakı kimi istifadə edir.Yaranmış vəziyyət təkcə tələbələrin deyil, müəllimlərin də narazılığına səbəb olur. Direktor kollecdə elə vəziyyət yaradıb ki, müəllimləri bir-birinə düşmən edib. Verilən məlumata görə, müəllimlərə dərslər nəyinsə müqabilində bölünür. Hansı müəllim dərs saatını çox istəyirsə, mütləq kollec direktorunu “görməlidir”. Əks təqdirdə, həmin müəllimlərin dərs saatı azaldılır. Bu da müəllimlər arasında narazılığa səbəb olur. Həmçinin hər ay müxtəlif adlar altında pul toplanması istər tələbələrin, istərsə də müəllimlərin səbrini daşdırıb”. Belə şəraitin yaranmasında heç şübhəsiz kollecin direktoru Dilarə Məmmədəliyevanın “xüsusi əməyi” qeyd olunmalıdır. Məhz onun rəhbərliyi dövründə kollecdə rüşvət özünün çiçəklənmə dövrünə qədəm qoymuşdur. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, imtahan sessiyaları zamanı tələbələrə əsl divan tutulur. Burada əsas meyar heç də bilik yox, tələbənin maddi durumu hesab edilir. Bir imtahan sessiyasının başa çatması hər bir tələbəyə minimum 800-1000 manata başa gəlir.
Tələbələrə təkcə imtahan sesiyası dövründə divan tutulmur. Saytımıza verilən məlumatlarda bildirilir ki, dərsdən yayınma hallarına görə də xüsusi “cəza məbləği” vardır. Ümumiyyətlə haqqını ödəyib dərsə gəlməyən tələbələr də çoxdur. Belələri direktorun “gizli qazanc” mənbəyi hesab olunur.
Kollec direktoru Dilara Məmmədəliyeva sözügedən təhsil ocağından şəxsi əmlakı kimi istifadə edir.Yaranmış vəziyyət təkcə tələbələrin deyil, müəllimlərin də narazılığına səbəb olur. Direktor kollecdə elə vəziyyət yaradıb ki, müəllimləri bir-birinə düşmən edib. Verilən məlumata görə, müəllimlərə dərslər nəyinsə müqabilində bölünür. Hansı müəllim dərs saatını çox istəyirsə, mütləq kollec direktorunu “görməlidir”. Əks təqdirdə, həmin müəllimlərin dərs saatı azaldılır. Bu da müəllimlər arasında narazılığa səbəb olur. Həmçinin hər ay müxtəlif adlar altında pul toplanması istər tələbələrin, istərsə də müəllimlərin səbrini daşdırıb”.
Kollecdə pulyığma işlərində direktorun ən güvənilən adamı Həmkarlar İttifaqının sədri Simuzər Zeynalovadır.Kollecdə aparılan bütün əməliyyatlar bilavasitə onun rəhbərliyi altında baş tutur. Direktorun “sağ əli” hesab olunan S. Zeynalova kollecdə öz həmkarlarının da sessiyada və tədris prosesində pul toplaması əməliyyatlarına rəhbərlik edir. Daxil olan digər məlumata görə isə Simuzər xanım təkcə Həmkarlar İttifaqının sədri kimi yox, həm də direktorun “media üzrə xüsusi səlahiyyətli nümayəndəsi” kimi də fəaliyyət göstərir.Mediada kollec haqqında yazılan yazıların “saf-çürük” edilməsi bilavasitə onun süzgəcindən keçir. Qısa bir araşdırma aparsaq Simuzər xanımın medyaya hansı meyarlarla yanaşdığının, hansı kriteryalarla dəyər verdiyinin şahidi olarıq.
Uzun illər kollecdə hökm sürən bu biabırçı vəziyyət haqqında isə aidiyyatlı qurumlar- konkret olaraq Səhiyyə Nazirliyi heç bir tədbir görmür. Məlumata görə nazirliyin informasiya şöbəsinin rəhbəliyi kollecdə hökm sürən bərbad vəziyyət haqqında düzgün informasiyanın şəxsən nazirə – O.Şirəliyevə çatmasına mane olurlar. Kollecdə baş verən rüşvətxorluq, korrupsiya halları məqsədlişəkildə gizlədilir. Bu “məqsədli gizlətmə”nin isə hansı anlaşma əsasında baş tutduğunu ən yaxşı maraqlı tərəflər bilirlər.
Kollecin Yasamal rayonu ərazisində yerləşməsi burada hökm sürən vəziyyətə dolayısıyla rayon rəhbərliyinin də müdaxilə etməsini zəruri edir. Çünki, burada vəziyyətbütün rayona başucalığı gətirməyəcək dərəcədə bərbaddır. Yəqin ki, icra başçısı Əziz Əzizov tezliklə kollecdə hökm sürən korrupsiya şəbəkəsinin fəaliyyətinə müdaxilə edəcək. Hələ ki, onu deyə bilərik ki, deyəsən Əziz Əzizov də sələfləri kimi Dilarə Məmmədəliyevanın əməllərinə susqunluq göstərmək niyyətindədir. Belə olduqda məhşur sual öz aktuallığını yenə də qoruyur : Nə üçün ?
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”