Sahil Babayev Səlim Müslümovu NİŞANGAHA GƏTİRDİ - Milyonlarla pulun yeyilməsi kimin ayağındadır?
Sosial
Oxunub: 510
13 iy 2018 | 16:15
Sahil Babayev Səlim Müslümovu NİŞANGAHA GƏTİRDİ - Milyonlarla pulun yeyilməsi kimin ayağındadır?















Az əvvəl məlumat yayıldı ki, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə 2018-ci ilin may ayının əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən aparılan araşdırmaların ilkin nəticələrinə əsasən, cari ilin birinci rübündə risk qrupu xəstəlikləri ilə əlaqədar yanlış əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb və onlara ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd olunan İşçi Qrupun növbəti iclasında diqqətə çatdırıb. Nazir bildirib ki, araşdırmalar davam etdirilir və İşçi Qrupu artıq cari ilin ikinci rübü üzrə aparılmış əlillik təyinatları üzrə araşdırmaya başlayıb.

İclasda S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi sisteminin tam şəffaflaşdırılması, saxta əlillik təyinatlarının qarşısının alınması, eyni zamanda, əlillik təyinatında bir sıra hallarda özünü göstərən subyektivlik və süründürməçilik hallarının aradan qaldırılması üçün sistemli işlərin davam etdirildiyini vurğulayıb.

Nazir qeyd edib ki, həmçinin mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə və məmur subyektivliyinə zəmin yaradan boşluqların aşkar edilərək aradan qaldırılması, əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na əlavə və dəyişikliklər üzrə təkliflər paketi hazırlanır. Əlillik təyinatının əmək qabiliyyətinin itirilmə faizi əsasında aparılması ilə əlaqədar müasir dünya təcrübəsi öyrənilir və milli səviyyədə tətbiqi məsələləri araşdırılır.

S.Babayev əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin strukturunun təkmilləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində görülən işləri diqqətə çatdırıb. O bildirib ki, mövcud informasiya sistemlərindən və bazalarından istifadə edilməklə müxtəlif araşdırmaların aparılması və əlillik təyinatı üçün göndərilən hər bir xəstəyə dair ən azı 3 illik dövr üzrə xəstəlik tarixçəsinin elektronlaşdırılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu resursa çıxışının təmin edilməsi istiqamətində birgə fəaliyyət müstəvisində kompleks işlər aparılır.

İclasda “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”nın tələblərinə uyğun olaraq əlillik üzrə sosial modelin prinsiplərini özündə ehtiva edən “Fərdi reabilitasiya proqramın”ın İşçi Qrupu tərəfindən hazırlanmış layihəsi müzakirə olunub. Daha sonra bərpa və reabilitasiya sisteminin təkmilləşdirilməsi üzrə nazir tərəfindən verilmiş tapşırıqların icrası üzrə İşçi Qrupun məruzəsi dinlənilib.

Əlilliyin təyin olunması sahəsində şəffaflığın təmin edilməsi, saxta əlillik təyinatlarının qarşısının alınması, sistemin təkmil əsaslarla qurulması üçün inzibati və sistem xarakterli tədbirlər üzrə görülmüş işlər, hazırlanmış təkliflər ətraflı müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Əslində nazir Sahil Babayev tərəfindən toxunulan məqam və atılan addım birbaşa olaraq sabiq ƏƏSMN şefi Səlim Müslümovu hədəfə gətirir. Bununla bağlı redaksiyamıza məluamt verən hökumətdəki mənbə də təsdiqləyir ki, Səlim Müslümov barəsində hüquqi addımlar hər an atıla bilər:

Sahil Babayev əgər dövlətin milyonlarla manatının boşuna sərf olunmasını faktlarla təsdiqləyirsə, deməli buna görə cavab verməli olan şəxslər də ortaya çıxarılmalıdır. Görünəni odir ki, belə faktlar var və buna görə də nazir belə bir qərarı verdi. Haqsız pensiya alanların pulunu kəsdi. Bəs dünənə qədər həmin adamlar büdcədən pul alıblar. Bunun bədəlini kim ödəməlidir? Təbii ki, səlim Müslümov! Və aydın görünür ki, Sahil Babayev bu qərarı ilə Səlim Müslümovu hüquq-mühafizə orqanlarına təhvil vermiş olur. Geridə qalanı prokurorluğun üzərindədir..."
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ