Ekoloji fəlakət - Muxtar Babayev susur, Vaqif Novruzov isə Bakını yandırır – VİDEO
Sosial / Dunya / Video
Oxunub: 857
16 iy 2018 | 20:54
Ekoloji fəlakət - Muxtar Babayev susur, Vaqif Novruzov isə Bakını yandırır – VİDEO














Bir neçə gün öncə Realliq.info – da dərc olunan “Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur” başlıqlı yazıda qeyd olunan faktlar Ekologiya və Təbii Sərvətlər nazirliyini narahat etmir. Nazirliyin aidiyyatı şöbələri baş verən hadisəyə - cinayət tərkibli əməllərə biganə münasibət sərgiləməkdə davam edirlər.
Xatırladaq ki, yazıda Sabunçu rayonu, Ramana qəsəbəsində (Şuşa məhəlləsində) yerləşən meşənin yandırılması və ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı faktlara yer verilib. Saytın ərazidə olan əməkdaşı dəhşətli mənzərənin şahidi olub.

Ramana qəsəbəsində yerləşən hektarlarla meşə yandırılaraq ağaclar qurudulub. Bundan sonra ağacları kəsən şəxslər ərazini saxta sənədlərlə satışını təşkil edirlər. Ərazidə yaşayan vətəndaşlar Realliq.info – ya bildiriblər ki, meşəni kütləvi şəkildə məhv edənlər Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarıdır. Miri və Yusif adlı məmurların yandırılan və məhv edilən meşənin ərazisini satışa çıxardığı məlum olub.

Ərazidə çəkilən fotolar və videolar bir daha baş verən qanunsuzluğu təsdiq etməkdədir.
Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin ərazi üzrə nümayəndəsi Miri müəllim Realliq.info – nun sorğularını cavablandırarkən baş verənlərdən xəbərsiz olduğunu bildirib və fotoların ona təqdim edilməsini istəyib. Lakin araşdırmalar göstərir ki, ağacların kəsilməsindən və meşənin yandırılmaslndan xəbərsiz olduğunu söyləyən Miri müəllim qurudulmuş ərazinin satışını təşkil edir.

Yazıda qeyd olunurdu ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin Bakı Ekologiya idarəsinin Sabunçu rayonu üzrə məsul şəxsi Şakir müəllim Realliq.info – nun baş redaktoru ilə telefon danışığı bir sıra məsələlərə aydınlıq gətirib. Şakir müəllim sorğuları cavablandırmaqdan yayınaraq özünün də Lənkərandan olduğunu və baş redaktora Talış meşələrinin kütləvi qırıldığı bir zamanda Sabunçuda baş verənlərdən narahat olmamağı məsləhət bilib. Nazirliyin əməkdaşı qeyd edib ki, yaşıllığın məhv edilməsindən xəbərsiz deyil və baş verənlərə belə can yandırmaq lazım deyil.
Şakir müəllimin əsəbləşməsi və faktlara görə jurnalistləri qınaması danışığın yarımçıq bitməsinə səbəb olub. Qeyd edək ki, ərazidə yaşayan sakinlər saytımızın əməkdaşına bildirmişdilər ki, meşənin yandırılaraq məhv edilməsi ilə bağlı Şakir müəllimə və Bakı Ekologiya idarəsinə müraciət ediblər. Qanunsuzluğun qarşısının alınmaması göstərir ki, məmurlar qazanc məqsədilə hektarlarla meşəni satışa çıxarıblar.

Yazı müəllifi onu da qeyd edirdi ki, Ölkə başçısının tapşırıq və tövsiyyələrinə məhəl qoymayan Bakı İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi və Ekologiya Nazirliyinin əməkdaşları torpaqların qanunsuz sənədlərlə satışını davam etdirirlər. Ümüd edək ki, Ekologiya və Təbii Sərvətlər naziri Ramanada baş verən qanunsuzluğun və cinayət tərkibli əməllərin qarşısını alcaq və Şakir müəllim kimi məmurların qanunla cəzalandırılmasına tapşırıq verəcək.

Dərc olunan yazıdan sonra Ekologiya və Təbii Sərvətlər nazirliyi faktları araşdırmaq və qanunsuzluğun qarşısını almaq əvəzinə susmağa üstünlük verir. Nəticədə bir neçə məmurun şəxsi maraqlarının qurbanına çevrilən yaşıllığın məhv edilməsi prosesi genişlənməkdədir.

Realliq.info – nun apardığı araşdırmalar zamanı məlum olub ki, qeyd olunan ərazidə ağacların kəsilməsi və yandırılaraq məhv edilməsi Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Vaqif Novruzovun tapşırığı ilə həyata keçirilir. Vaqif Novruzov 2015 – ci ildə Binəqədi rayonunda 10 – dan çox insanın ölümü ilə nəticələnən hadisədə həbs edilmiş Qəzənfər Novruzovun qardaşıdır. V.Novruzovun digər qardaşı Naxçıvan DİN – də nazir müavini vəzivəsini tutan Səbuhi Novruzovdur.

Qəzənfər Novruzovun Binəqədidə yanmış binaya görə məsuliyyətə cəlb edilməsi Vaqif Novruzovun fəaliyyətində dəyişiklik etməyib. Əksinə bu məmur Bakıda yaşıllıqların məhv edilməsində əsas simaya çevrilib. Onun fəaliyyətinin araşdırılmaması və qanuni tədbirlərin görülməməsi bizi daha dəhşətli faktlarla üz –üzə qoymaqdadır.Ekologiya və Təbii Sərvətlər nazirliyinə yeni nazirin təyinatı bölgələrdə və Bakıda yaşıllıqların məhv edilməsinə qoyulan qadağaları ortadan qaldırıb. Muxtar Babayevin fəaliyyətindən artan narazılıqlar təsadüfi deyil. Sələfi Hüseyn Bağırovun ekologiyanın qorunması üçün etdikləri hamını razı salmışdı. Lakin yeni nazir hələki, Bakıda və bölgələrdə baş verən özbaşınalığı otağından seyr etməklə fəaliyyətini bitmiş hesab edir. Ümid edək ki, Muxtar Babayev sələfi tərəfindən nazirliyin qazandığı imici məhv etməkdən yayınacaq və baş verənlərə qarşı sərt mübarizə aparacaq.
Araşdırmalarımız davam edir.

Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"