Sahil Babayev vakant vəzifələrə niyə təyinat aparmır? - Sahibini gözləyən postlar...
Sosial / Dunya
Oxunub: 677
20 iy 2018 | 22:49
Sahil Babayev vakant vəzifələrə niyə təyinat aparmır? - Sahibini gözləyən postlar...

















Xəbər verildiyi kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi nazirlikdə tədricən dəyişikliklər aparır. Ancaq maraqlıdır ki, nazir çıxardığı şəxslərin yerinə isə təyinat aparılmır.

Bunu DSMF-nin ciddi nöqsanlara yol verdikləri üçün azad olunmuş 11 rayon üzrə şöbə müdirlərinin timsalında da görmək olar.

Mia.az bildirir ki, həmin 11 şöbə müdiri - Bakı şəhəri Yasamal rayon şöbəsi, Sabunçu rayon şöbəsi, Suraxanı rayon şöbəsi, Xətai rayon şöbəsi, Xaçmaz rayon şöbəsi, Quba rayon şöbəsi, Şirvan rayon şöbəsi, Lənkəran rayon şöbəsi, Cəlilabad rayon şöbəsi, Salyan rayon şöbəsi, Şamaxı rayon şöbəsinin müdirlərinin ciddi nöqsanlara yol verdiyini Sahil Babayev ötən həftə keçirdiyi iclasda deyib.

Lakin onların hətta bəzilərinin vəzifədən çıxarılmasından 3 ay ötsə də, yerinə hələlik təyinat olmayıb:

"Maraqlıdır ki, bu hal nazirliyin aparatında da özünü göstərir. Belə ki, işdən azad edilən bir çox şöbə müdirlərinin yerinə də hələ ki təyinat aparılmayıb. Məsələn, ötən ay sabiq nazir Səlim Müslümovun əmisi oğlu, nazirin müşaviri Yalçın Müslümovdan boşalan post hələ də sahibini gözləyir.

Bundan başqa nazirliyin aparat rəhbəri vzəifəsinə də təyinat yoxdur. Bu vəzifəni nazirin yeni təyin etdiyi müşavir Anar Əliyev icra edir. Eyni halı bir çox şöbələrin simasında da görmək olar. Bəli, faktdır ki, Sahil Babayev indiyədək çıxardığı şəxslərin böyük əksəriyyətinin yerinə də rəsmi təyinat apara bilməyib. Halbuki, nazirlik və ona bağlı olan qurumlarda xeyli şöbə müdirləri vəzifəsi vakant olaraq qalır. Hamısını ya müavinləri, ya da sektor müdirləri əvəz edir.

Diqqətçəkən məqamlardan biri də odur ki, Fazil Talıbovun nazirliyin ictiamiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunması xəbəri də doğru deyil. Belə ki, o, həmin şöbəyə əslində müdir müavini təyin edilib, sadəcə şöbə müdiri vəzifəsini indiyədək icra edir. Yəni Sahil Babayevin ənənəvi taktikası burada da öz sözünü deyib ”.

Yeni nazirin nədən belə hürkək davranmasına gəlincə, müsahibimiz deyir ki, qanuna görə elə vəzifələr var ki, mütləq dövlət qulluğuna imtahan verib, uğurla keçdikdən sonra təyinat aparıla bilər: "Düzü, mən bilmirəm ki, Sahil Babayev Dövlət İmtahan Mərkəzinə hazırda nə qədər vakant yerlə bağlı sifariş verib. Mən bildiyimə görə, hazırda nazirlikdəki şöbə müdirləri vəzifəsi haqda heç yerə məlumat da verilməyib.

Başqa sözlə desək, yeni nazir ya müqavilə ilə, ya da əvəzedici təyinatlar verməklə nazirliyi kadr məsələlərində sanki zamanın öhdəsinə buraxıb. Yəni bu gün ƏƏSMN faktiki belə idarə olunur, iddia olunduğu kimi, heç bir ciddi dəyişiklik və islahat da olmayıb. Lakin bu istiqamətdə nəzərəçarpacaq proses gedir. Lakin bunların nə dərəcə effektli olacağını zaman göstərəcək...”.

Məlumata görə, hazırda ƏƏSMN və onun strukturlarında sabiq nazirin kifayət qədər ciddi vəzifələr tutan qohumları və sadiq kadrları var: "Onların arasında Səlim Müslümovun qaynı, DSMF-nin ondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Ağalar Xasayevdən tutmuş, nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova və digərləri ilə yanaşı, hal-hazıra qədər nazirin köməkçisi olan İqbal Hacıyevə qədər var. Sabiq nazirin qohumlarını vəzifəyə yerləşdirməsinə xüsusi şərh verməyə ehtiyac yoxdur. Çünki bu, birbaşa "Korrupsiya haqqına” qanuna zidd olmaqla yanaşı, izahı ortada olan məsələdir. Lakin faktiki bu saat da nazirlikdə Səlim Müslümova sadiq olan, onun sayəsində sürətli yüksəliş qazanmış kadrlar da az deyil. Onların arasında Şəlalə Cəfərovanın və hazırda da yeni nazirin köməkçisi olan İqbal Hacıyevin adını da çəkmək olar.

Qeyd edim ki, hazırda Sahil Babayevin də köməkçisi vəzifəsini yerinə yetirən İqbal Hacıyev ta Səlim Müslümov DSMF-nin rəhbəri olandan onunla addımlayıb. Bu gün isə yeni nazirin "kuxna”sındadır. Elə ötən həftə nazirin 11 DSMF müdiri haqda verdiyi açıqlamanın keçirildiyi iclasda da İqbal Hacıyev ordaydı. Nə sirrdirsə, yeni nazir də hələlik ona böyük ehtiyac duyur”.

Məlumata görə, nazir Sahil Babayev ƏƏSMN və onun strukturlarına kök salmış "köhnə qvardiya” ilə tələsik vidalaşmaq niyyətində deyil: "Bildiyimə görə, onlarla bu ilin sonunadək vidalaşacaqlar. Həmin vaxta qədər də yeni nazir bu sahədə artıq yetişən kadrları önəmli vəzifələrə gətirəcək...”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi