Asif Əsgərov prezidentin tapşırıqlarını necə pozur –Nəsimi rayonundan VİDEOREPORTAJ
Sosial / Dunya / Video
Oxunub: 8 263
24 iy 2018 | 12:04
Asif Əsgərov prezidentin tapşırıqlarını necə pozur –Nəsimi rayonundan VİDEOREPORTAJ















2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda cənab prezident Bakı üçün qəbul olunmuş "pilot layihə"yə diqqət çəkdi. Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərindən razılaşdırmaq üçün Dövlət Komitəsinə 68 planlaşdırma həlli (tikintinin eskizi) daxil olub ki, onlardan 10-u norma və qaydalara uyğun olmadığı üçün geri qaytarılıb.

Yerli icra hakimiyyətləri orqanları tərəfindən qəbul olunan ərazilərin sərhədlərində onların sifarişi üzrə hazırlanan Planlaşdırma həlləri, tikintinin sıxlığı və əmsalına, binanın hündürlüyünə, söküntüyə aid binaların qırmızı xətlərinə, şaquli nişanlarına, abadlığına riayət edilməsini nəzərdə tutur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyir ki, Komitə tərəfindən 1 hektar ərazidə binanın tikintisi necə olmalıdır təklif edilib. Sahibkara deyilir ki, bina tikintisi üçün yer götürəndə 1 hektardan az sahə götürmə. Bir binaya 33 sot torpaq ayrılmalıdır. Ona görə də sahibkarlar 1 hektar yerdə söküntü işləri aparıb, 3 çoxmərtəbəli bina tikə bilər.

Azerinfo.az bildirir ki, Nəsimi rayonunda pilot layihə adı altında aparılan tikintilərin çoxunda bu qanuna əməl edilmir. Bu yaxınlarda prezident qeyd edib ki, binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir: "Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox. İctimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək.2

Prezidentin çıxışından Nəsimi rayon icra hakimiyyəti başçısı Asif Əsgərov nəticə çıxarıbmı? Əlbətdə yox.

Nəsimi rayonunda təkcə Fədai İmanov adlı sahibkar onlarla qanunsuz tikinti aparır. Hal –hazırda bu şəxsə məxsus tikinti şirkəti “Moskva” kinoteatrının düz qarşısında bina tikir. Kinoteatrın, insanların istirahət yerinin qarşısında bina. Buna artıq özbaşınalıq da demək olmur. Bu cinayətdir.



“EFEM-2016” MTK, “YENİ EV- 19” , hazırda isə “Daim” MTK –nı təsis edən Fədai İmanov Dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirliyinin, Bakı şəhər icra hakimiyyətinin yaşıllaşdırma departamentinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və digər qurumların, hətta, Prokurorluq orqanlarının onun fəaliyyətindəki əməllərində yer almışç ciddi ittihamların olmasına baxmayaraq “sudan quru” çıxmağı bacarıb.

Lakin Nəsimi rayonundakı biabırçı vəziyətə görə əsas məsuliyyət onda deyil , icra başçısı Asif Əsgərovdadır. Fədaiyə məhəllədaxili ərazilərdə, insanların istirahət yerlərində qanunsuz tikintilər aparmasına razılığı məhz icra başçısı verib.

Ağaclar, yaşıllıqlar məhv edilir, vətəndaşlar dövlətdən incik salınır.

Azerinfo.az əməkdaşlarının Nəsimi rayonunda qanunsuz tikililərlə bağlı videosüjetlərdə cənab prezident İlham Əliyevin toxunduğu problemlər qabarıq surətdə görünür.

Araşdırmalarımız davam edəcək.


Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR