“Təbiət”dən mətbəxə ölüm daşıyan “Səba” - şok faktlar
Sosial / Dunya
Oxunub: 1 042
27 iy 2018 | 18:18
“Təbiət”dən mətbəxə ölüm daşıyan “Səba” - şok faktlar














“Səba” ictimaiyyətə elan edib ki, məhsullarını bütün marketlərdən geri yığır. Bakunews.tv azeuronews.com-a istinadən xəbər verir ki, şirkət istehlakçılara dondurulmuş toyuq məhsullarını alarkən diqqətli olmaları barədə xəbərdarlıq edib. Satış təmsilçiləri bəzi marketlərdə dondurulmuş toyuq ətinin əmtəə görünüşünün korlandığını müəyyən ediblər.
“Səba” toyuqlarının qidası “Monsanto” GMO verir
Elektrik enerjisinin verilməsində yaranmış məhdudiyyətlər bəzi marketlərdə soyuducuların sıradan çıxmasına səbəb olub. Həmin müddətdə anbarlarda və soyuducularda olan dondurulmuş toyuq əti məhsulunun buzu açılıb, daha sonra soyuducular işə düşdükdə isə məhsullar yenidən donub. Amma “Səba”nın məhsullarının keyfiyyəti barədə şübhələr var. Belə ki, “Səba” İstehsalat Birliyi bəslədiyi toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alaraq “Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun yetişdirilməsinə başlayıb. Səba” şirkətinin bu layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb. Lakin burada qaranlıq bir məqam var ki, ABŞ-ın “Monsanto” şirkəti dünyada genetik modifikasiya olunmuş (GMO) məhsulların əsas istehsalçısı kimi tanınıb.
Telman Zeynalov: “Siçovul ölür, insanlar xərçəngə düçar olur”
Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov kəskin və dəqiq cavab vermişdi: “Əgər ölkədə GMO-nu təyin edən laboratoriya yoxdursa, kim sübut edə bilər ki, o məhsulun tərkibində GMO yoxdur. Fransa, Rusiya və digər Qərbi Avropa alimləri “Monsanto” şirkəti ilə işləməyi qadağan ediblər. Onların istehsal etdiyi qarğıdalını yiyən siçovul ölür, insanlar da cürbəcür xəstəliklərə, əsasən də xərçəngə düçar olurlar. Mən şəxsən iki ay yarım Türkiyədə oldum, bir çox xəstəxanaları gəzdim. Sizi inandırım ki, oradakı Azərbaycandan və digər xarici ölkələrdən gələn xəstələrin 99 faizinin hamısı xərçəng xəstəsi idi. Bunun da səbəbi yediyimiz bu GMO məhsullarıdır. Kim təminat verə bilər ki, Türkiyənin biznesmenləri təmiz insanlardır. Bilirsinizmi, pul olan yerdə hər şey taptalanır”.
İradə Yaqubova: “Səba soya unu qatır”
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova da çıxışında GMO-dan danışmışdı: “Mən bir müddət öncə Zakir müəllimlə (“Səba” İstehsalat Broylerin direktoru) ünsiyyətdə dedim ki, “siz toyuqlara yem kimi nə verirsiniz? O, qidaları sadalayaraq gəlib çıxdı soya ununa. Dedim, salamün-əleyküm, gəlib çıxdıq mətləbə, soyanı haradan gətirirsiniz. Dedi ki, Argentinadan. Argentinada isə yalnız GMO tərkibli soya istehsal edilir. Sizə sübut edə bilərəm ki, yediyiniz hər hansı soya tərkibli ərzaqlar, hətta ət məhsulları belə genetik təsirlərə məruz qalır. Adicə bitki yağlarına da soya yağı qatılır ki, bu da onun qiymətinin ucuz olmasına gətirib çıxarır. Həmin ucuzluq da başımıza oyun açır”.
“Nyukasl” xəstəliyi…
İddiaya görə 2013-cü ildə “Səba” Broylerdə təxminən 200 mindən çox toyuq «nyukasl» xəstələyindən tələf olub və bu toyuqlar müəssisə rəhbərliyninin tapşırığı ilə satışa çıxarılıb. Bununla bağlı cumhuriyyet.az xatırladır ki, «nyukasl» xəstəliyi toyuqlarda yaranan ən aktiv xəstəliklərdən biridir və bu xəstəliy yalançı taun, atipik taun, asiya taunuda adlanır. Bu xəstəlik toyuqların respirator və visseral orqanlarının, mərkəzi əsəb sisteminin zədələnməsi nəticəsində yüksək tələfat verməsi ilə səciyyələnir. Hətta peyvənd olunmuş toyuqlarda belə virus 43 gündən sonra xəstəlik törədə bilir. Ölüm halları isə 60-70 faizə qədər ola bilir.
“Səba” prezidentini bank sədri və “Azərsu” şefi ilə nə bağlayır?
Onu da deyək ki, Beyləqan rayon sakini Şirinov Qoşqar İsrail oğlu ölkə rəhbərliyinə şikayət edərək “Səba Broyler” şirkətinin rəhbəri Namiq Quliyevin onun ailəsinə dövlət tərəfindən ayrılmış vəsaiti mənimsədiyini iddia edirdi. Qoşqar Şirinov iddia edirdi ki, 5 ildir Beyləqan rayon mərkəzinə yaxın bir ərazidə vaxtı ilə dövlət tərəfindən onlara icarə əsasında verilmiş 16 ha torpaq sahəsinin 14 ha hissəsini Namiq Quliyevi taxılçılıq adı altında onlardan alıb. Belə ki, “Qarabağ Taxıl” MMC “Qoşqar” kəndli təsərrüfatından 14 hektar ərazini alıb. Ancaq aldığı torpağa görə, ödəməli olduğu kompensasiyanı vətəndaşa ödəməyib.
“Səba Broyler” şirkətinin rəhbəri Namiq Quliyev Bank Respublikanın prezidenti Natiq Quliyevin qardaşıdır. Namiq Quliyevin vətəndaşları aldatması barədə ölkə mediasında dəfələrlə müxtəlif şikayətlər səsləndirilsə də şirkət rəhbəri bunlardan nəticə çıxartmayıb. Mətbuatda olan ən son məlumata istinadən cumhuriyyet.az bildirir ki, “Bank Respublika”nın səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), “Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)” (16,67%), “Sparkassen International Development Trust” (8,33%) və digərləridir.
Ən böyük səhmdarın nümayəndəsinin bankda bir nömrəli vəzifədən uzaqlaşdırılması Bankda səhmdar paylarının dəyişəcəyinə işarə edir. Bu bankın əsas sahibi Mərkəzi Bank sədri Elman Rüstəmov olduğu deyilir. Mediada Füzuli rayonundan olan bir qrup məcburi köçkünə məxsus Haramı düzündə “Səba Broyler”ə verilmiş torpaq sahələrində sakinlərə çatacaq kompensasiyanı şirkət rəhbəri mənimsəməsi ilə bağlı şikayətlər yer almışdı. Həmin şikayətlərdə iddia olunurdu ki, Namiq Quliyev “Azərsu” ASC prezidenti Qorxmaz Hüseynovun oğlu ilə Haramı düzündə şərikli torpaq sahələri əkib.
Xatırladaq ki, “Səba” ticarət nişanı “Dəvəçi Broyler” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. “Dəvəçi Broyler” ASC 1981-ci ildə tikilib istifadəyə verilmiş Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazası əsasında yaradılıb və 2002-ci ildən fəaliyyət göstərir. 2002-ci ildə Azərbaycan bazarına “Səba” ticarət nişanı altında bütöv toyuqlar və toyuq hissələri satışa çıxarılıb. 2011-ci ildə isə bazara kotlet, sosis, naget və s. kimi dərin emallı toyuq məhsulları çıxarmağa başlayıb. Şirkətə məsələlərlə bağlı sorğu göndərmişik.
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq