"Dərdimizi kimə deyirik, çarə edən yoxdur" - GİLEY
Sosial
Oxunub: 523
28 iy 2018 | 14:00
"Dərdimizi kimə deyirik, çarə edən yoxdur" - GİLEY















Xocalı köçkünü Rəsmiyyə Qarayeva iş, çörək və su istəyir. Xocalıdan köçkün olan ailə Goranboyun Yuxarı Ağcakənd qəsəbəsində məskunlaşıb. 60 yaşlı köçkün deyir ki, qəsəbədə durum ağırdır, su problemi yaşanır: “Oğlum Elgün Qəhrəmanov 2 ay əvvəl həbsdən buraxıldı.

Dövlət ona həbsdən çıxandan sonra 520 manat pul ödəməlidir ki, həmin pulla dolansın, özünə bir iş tapsın. Pulu 1 həftə ərzində Dövlət Sosial Müdafiə Fondunun yerli nümayəndəliyi verməli idi. 2 aydır ki, pulu vermirlər. Elgün iş üçün ötən müddətdə icra hakimiyyətinə az qala hər gün gedir. Deyirlər ki, iş yoxdur, bizdən əl çək. İşsizlik müavinəti də vermirlər. Biz erməni əsirliyində olmuşuq. Elgün uşaq ikən erməni əsirliyində olub. Qızım ermənilər tərəfindən öldürülüb. 2-ci qrup əliləm. Elgünün ailəsi var, 1 azyaşlı uşağı var. Kasıbçılıqdan gəlin uşağı götürüb atasının evinə gedib. Uşaq evdə qalıb nə yesin? Dərdimizi kimə deyirik, çarə edən yoxdur. Yazın, bəlkə İlham Əliyevə çatdı, bizə bir dəstək oldular”.

Rəsmiyyə Qarayeva deyir ki, həyat yoldaşı rəhmətə gedib. Özünün səhhətində ciddi problemlər var: “Diz qapağım sınıb. Müalicə də etdirə bilmədik. Əsanın ümidinə qalmışam. Oğlum Elgün Qəhrəmanov işsizdir. Xahiş edirəm işlə təmin etsinlər. Deyirlər ki, su idarəsində fəhlə işi var. Bəlkə ora işə götürsünlər. Deyirik, bizi eşidən yoxdur. 40 manat çörəkpulu alırıq. Pensiya ilə dolana bilmirik. Gəlin gedib anasının evində oturub ki, acından ölməsinlər. Bir tərəfdən də su yoxdur. Oğlum icra hakimiyyətinə getməkdən yorulub. Bizə dövlət sahib çıxsın, kömək etsin".
“Yeni Müsavat”

"Dərdimizi kimə deyirik, çarə edən yoxdur" - GİLEY"Dərdimizi kimə deyirik, çarə edən yoxdur" - GİLEY
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...