Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü - VİDEO
Sosial
Oxunub: 1 024
4 avq 2018 | 22:33
Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü - VİDEO
















Bu gün Xəzər TV-nin əməkdaşlarına çəkiliş zamanı hücum edilib.

Xezerxeber.az verdiyi məlumatına görə, çəkiliş qrupumuz vətəndaş Faiq Seyfullayevin televiziyamıza müraciəti əsnasında problemi araşdırmaq üçün müvafiq ünvana gedib. Problemin araşdırılması zamanı əməkdaşlarımız Faiq Seyfullayevin evində Ramazan Zeynalov adlı şəxs və yanındakı şəxslər tərəfindən fiziki təziqə məruz qalıb. Çəkiliş avadanlıqlarını zorla əməkdaşlarımızn əlindən alan Ramazan Zeynalov və yanındaki şəxslər, hətta ev sahibi Faiq Seyfullayevi də döyüblər.

Əslində, həmin əraziyə Faiq Seyfullayev adlı vətəndaşın elektrik enerjisini MTK rəhbərliyinin əsas olmadan kəsməsi iddiasını araşdırmaq üçün getmişdik. Vətəndaşın evində yenicə çəkilişə başlamaq istəyirdik ki, qapı döyülməyə başladı. Qapını açanda isə Ramazan Zeynalov və daha iki nəfər içəri daxil oldu. Ardından isə məlum hadisə yaşandı.

Nə qədər təmkinlə və jurnalist etikası çərçivəsində davaranmağa çalışsaq da, özünü bu ünvanın sahibi kimi təqdim edən Ramazan Zeynalov əməkdaşlarımıza fiziki təziq göstərərək həm çəkilişə mane oldu, həm də avadanlıqları zorla əlimizdən almağa çalışdı. Bütün bunları isə ev sahibi Faiq Seyfullayev mobil telefonu vasitəsi ilə çəkə bildi. Bundan sonra isə mikrofonumuzu əlimizdən aldılar və bizi zorla mənzildən bayıra çıxardılar Faiq Seyfullayevə isə bir neçə zərbə vurdular.

Daha sonra bayıra çıxdıq və bir müddətdən sonra mikrofonu Ramazan Zeynalovdan aldıqdan sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etdik.

Ev sahibi Faiq Seyfullayev deyir ki, bizim əməkdaşlar mənzildən çıxdıqdan sonra, o da öz təhlükəsizliyini təmin etmək üçün 102 xidmətinə müraciət edib.

Faiq Seyfullayev başından və bədəninin müxtəlif yerlərindən zədələr alıb. Hadisə ilə bağlı təfərrüatları araşdırmaq üçün tərəflərin hamısı Binəqədi rayonunun 4-cü polis bölməsinə dəvət olundular.

Faiq Seyfullayev deyir ki, Ramazan Zeynalovla aralarında yaranan mübahisəyə səbəb, ona zorla MTK ilə müqavilə bağlatmaq istəyidir. Qeyri-qanuni olan müqavilə isə vətəndaşların öz mənzillərini itirməsi ilə nəticələnə bilər. Ona görə də, o, bu müqaviləni imzalamqdan imtina edib.

Təbii ki, jurnalistika prinsiplərinə sadiq qalaraq Faiq Seyfullayevin iddialarına Ramazan Zeynalovun cavabını öyrənmək istərdik. Ancaq üzləşdiyimiz məlum mənzərə qarşısında bunun mümkün olmayacağı qənaətinə gəldik. Bundan sonrakı hadisələri isə hüquq mühafizə orqanları araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?