Metronun bu stansiyası təmirə bağlanır - FOTO
Sosial
Oxunub: 505
22 avq 2018 | 10:30
Metronun bu stansiyası təmirə bağlanır - FOTO















Avqustun 8-də "Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirlərinin növbəti mərhələsi başlanır.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, sabahdan sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. Belə ki, sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər:

""Bakmil" stansiyasının əsas sərnişinləri yaxın ərazinin sakinləri, həmçinin burada yerləşən müəssisə və təşkilatların əməkdaşlarıdır. Buna görə də onların marağı xüsusi olaraq nəzərə alınaraq, məhdudiyyət günün əsas iş vaxtı hesab olunan 8:20-17:00 aralığına təyin edilib. Bu isə o deməkdir ki, hərəkət qrafikinə uyğun olaraq, qatarlar sərnişinləri 8:20-yə qədər və 17:00-dan sonra həm "Bakmil", həm də əks istiqamətdə daşıyacaq".

B.Məmmədov bildirib ki, məhdudiyyət tətbiq edildiyi müddətdə sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "Bakmil" stansiyasına sərnişinlərin giriş-çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, "Bakmil" və "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərəcək.

Metropoliten rəsmisi qeyd edib ki, 1979-cu ildə istismara verilmiş Bakı metropoliteninin yeganə yerüstü stansiyası olan "Bakmil”də bu vaxta qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb: "Uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğuların, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidənqurulması günün zəruri tələbi idi.

2017-ci ilin yayından aparılan yenidənqurmanın əvvəlki mərhələlərində görülən yüksək təhlükəsizlik tədbirləri nəticəsində sərnişinlərin stansiyadan istifadə etməsinə məhdudiyyətlər qoyulmayıb. Lakin təmirin qarşıdakı müddəti ərzində burada çalışan işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sərnişin qatarlarının hərəkətinin günün müəyyən saatlarında məhdudlaşdırılması zərurəti yaranıb. Eyni zamanda, görüləcək işlərin mahiyyəti nəzərə alınaraq, bu, təmir prosesinin sürətləndirilməsinə də təsir edəcək".
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub