"ADİU-dan qanunsuz olaraq kənarlaşdırılmışam" - Müəllim ölkə prezidentinə müraciət etdi
Sosial / Dunya
Oxunub: 735
7 avq 2018 | 17:16
"ADİU-dan qanunsuz olaraq kənarlaşdırılmışam" - Müəllim ölkə prezidentinə müraciət etdi
















Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Zərifə Mansurova haqsız yerə işdən çıxarılması ilə bağlı növbəti dəfə Azərbaycan respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova, Təhsil naziri, Ceyhun Bayramova, müxtəlif KİV-lərə, o cümlədən Faktinfo.az-a müraciət ünvanlayıb.
Müraciətdə deyilir: “Mənim 36 illik pedaqoji stajım var. Təqaüdə çıxmağıma 4-5 il qalıb. Belə bir vaxtda məni ixtisar adı ilə işdən azad ediblər. Ancaq sonradan yerimə “Tərcümə Mərkəzi”nin bir əməkdaşını işə götürüblər. Bu necə ola bilir? Mütəxəssis müəllimi ixtisas fənnini tədris etməkdən uzaqlaşdırıb,onun dərslərini qeyri-ixtisas müəlliminə verməkdə məqsəd nədir?! Bu islahatdır,millətin gələcəyini düşünməkdir,yoxsa tələbələrin savadlı olmasını təmin edilməsidir,məni başa salsınlar?

Uzun illər pedaqoji sahədə çalışan, təhsil sisteminin incəliklərini, metodikasını bilən bir şəxsi işdən kənarlaşdırırlar, ancaq onun yerinə təhsil sahəsindən uzaq, daim tərcümə ilə məşğul olan adamı işə götürürlər. Bu nə deməkdir. Burada hansı maraqlar var?! Mənə başa salsınlar.Bəlkə deyələr ki,bu "islahat"ları universitetdə yüzlərlə müəllimə tətbiq edib onların yerinə götürülən müəllimlərdən 50 min manat (əlli min )almayıblar? Budurmu ADİU-da inkişaf və islahat ki,artıq bəzi millət vəkilləri də "İqtisad Universiteti inkişaf edir", deyə- "kompaniya"ya qoşulublar.

Z.Mansurovanın açıqladığı bir məsələ isə xüsusi narahatçılıq doğurur və ADİU-da baş verənlərin əsl mahiyyətini ortaya qoyur: “36 ildə bircə gün icazəsiz işdən qalmadığım halda məni işdən çıxardan universitet rəhbərliyi çox qəribədir ki, xaricdə yaşayan bir sıra şəxsləri işlə təmin edib. Əslində isə onların adları var, özləri yox. Onlar kağız üzərində kafedranın iclaslarında iştirak edən kimi göstərilir. Lakin həmin şəxslər nə kafedranın iclaslarında iştirak edir, nə də dərs keçirlər. Dərs zamanı onları rəhbərliyə yaxın müəllimlər əvəz edir. Bir neçə min manatlıq maaşlarını da bankomatlardan həmin şəxslər çıxarırlar. Əgər müşahidə kameralarına baxış keçirilsə, onda xaricdə, misal üçün Londonda yaşayan şəxslərin əvəzinə ADİU-nun auditoroyalarında dərslərə hansı müəllimlərin girdiyini, eləcə də bankomatlardan pul vəsaitlərinin kimlər tərəfindən çıxarıldığını müəyyən etmək olar.

Göründüyü kimi, İqtisad Universitetində “ölü canlar”ın müasir formasının tətbiqindən tutmuş, dostbazlıq, qohumbazlıq, yerlibazlıq kimi məsələlər adi hala çevrilib”.

Kafedrada baş verən daha bir qanunsuzluq haqda məlumat verə bilərəm. Belə ki, burada Vəfa adlı bir xanım laborant vəzifəsində çalışırdı. Sonradan onu tyutorluğa keçirdilər. Demək olar ki, bu xanım işə gəlib-getmirdi. O daha çox dollar alverçisi kimi tanınırdı. Rəhbərliyə dollar alırdı,axırda da bir milyon manatı mənimsədi,bu halda ondan dələduz kimi şikayət olundu.Bir sözlə kimə dollar lazım idisə, ona müraciət edirdi. Axırda da elə bu işlərinin “zibil”inə düşdü. Vəfaya bu şəraiti yaradanlar isə axırda onun arxasından qaçdı".

Z.Mansurova ADİU-da işləyən digər narazı müəllimlərdən də söz açır: “Ümumiyyətlə, İqtisad Universitetində baş verən qanunsuzluqlar bitib-tükənmək bilmir. Əgər araşdırma aparılsa, 100-dən çox müəllimin narazı olduğu üzə çıxar. Həmin müəllimlər işdən çıxarılmasa da, ən müxtəlif formada hüquqları pozulur.

Belə ki, kimisi məcburi olaraq yarımştata keçirilir, kimisinin dərs saatı azaldılır, kimisi də müxtəlif bəhanələrlə gözüm-çıxdıya salınır və s.” Bunu etməkdə isə məqsəd birdir- vakant müəllim yerləri etmək və...

Şikayətçi müraciətində mübarizəsini hüquq müstəvisində aparmasından da bəhs edir: “Mən tapdanmış hüququm bərpası məqsədilə ADİU-nun yerləşdiyi ərazi üzrə Səbail rayon Məhkəməsinə müraciət etdim. İşə hakim Elmar Rəhimovun sədrliyi ilə baxıldı və təəssüf ki, mənim iddiam təmin edilmədi,şikayətim gecikmə ilə əvəzləndi. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinə şikayət etməli oldum. Bir neçə gün sonra iyulun 23-də adıçəkilən məhkəmədə mənim işimə baxılacaq,açıq məhkəmə keçiriləcək. Əgər burada müsbət nəticə əldə edilməsə, daha yuxarı instansiyalara müraciət etməli olacağam və sona qədər mübarizəmi davam etdirəcəyəm”.

Zərifə Mansurova müraciətinin sonunda yüksək səlahiyyətli şəxslərdən və KİV təmsilçilərindən onun səsinə səs verilməsini, tapdanmış hüququnun bərpası üçün yardım göstərilməsini xahiş edir.
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR