Bu ünvanda da rüşvət tüğyan edirmiş... - İTTİHAM
Sosial / Dunya
Oxunub: 723
8 avq 2018 | 16:52
Bu ünvanda da rüşvət tüğyan edirmiş... - İTTİHAM
















Azərbaycanda korrupsiyada adı ən çox hallanan ali təhsil ocaqlarından biri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır. Akademiyanın adını internetdə axtarışa verib yazılan məqalələrə baxmaq kifayət edir.
Azerinfo.tv bildirir ki,rektor dəyişikliyi də vəziyyəti yaxşılığa doğru dəyişmədi. Əksinə vəziyyət pisləşdi.

Yeyinti

Azərbaycan Hesablama Palatasının kollegiyası 2016-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.
Auditlə əhatə edilən dövrdə akademiyada bəzi hallarda zərurət olmadığı halda eyni funksiyaları yerinə yetirən inzibati vəzifələr üzrə paralel ştatlar, xidmət sahəsi olmayan, eləcə də tədris yükü olmayan və fəaliyyət göstərməyən kafedralar üzrə ştat vahidləri saxlanılıb, bəzi hallarda mühazirə saatları düzgün olmayaraq elmi dərəcəsi olmayan müəllimlər tərəfindən tədris edilib.

Bəzi hallarda artıq əmək haqqı, mükafat, məzuniyyət və ezamiyyə xərci ödənilib, mülki hüquqi müqavilələrə əsasən ödənilmiş vəsaitdən sosial sığorta haqqı az tutulub, tələbələrin götürdüyü kreditlərə görə alt qruplarda təkrar dinləmənin nəticələri nəzərə alınmadan təqaüd müəyyən edilib.

Maliyyə hesabatları tərtib edilərkən “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın bəzi tələbləri gözlənilməyərək maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri maliyyə hesabatlarında düzgün əks etdirilməyib.

Qeyd edək ki, Akademiyanın daxilolmaları 2016-cı ildə 98,4%, 2017-ci ildə 99,6%, xərclər smetası üzrə isə kassa xərci müvafiq olaraq 99,7% və 98,8% icra edilib. Auditlə ümumilikdə 11699,9 min manat, o cümlədən 2016-cı ildə 5829,7 min manat və 2017-ci ildə 5870,2 min manat məbləğində vəsait əhatə olunub.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Gənclər və İdman Nazirliyinə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına göndərilib.

Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.

“Qabiliyət”ə görə rüşvət

Məlum olduğu kimi, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar da daxildir. Bu il ali təhsil müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, Teatr, kino, xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisasları V ixtisas qrupuna daxildir.

Qaydalara əsasən, V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11-illik) təhsil səviyyəsini əvvəlki illərdə bitirən abituriyentlər qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər.
Yəni burada bilik meyarı əsas rol oynamır,əsas qabiliyyət imtahanıdır. Tələbənin idmançı olması və s. Daha çox rol oynayır. Bu isə korrupsiyanın çiçəklənməsinə yol açır.

Məlumata görə, bu gün İdman Akademiyasında rüşvət gücünə həll oluna bilməyəcək heç bir məsələ yoxdur. Xüsusilə bu yaxınlarda İdman Akademiyasında keçirilmiş qəbul imtahanları ilə bağlı çoxsaylı narazılıqlar yaranıb.

Məlumatlarda bildirilir ki, müəyyən edilmiş məbləğləri ödəmiş tələbələr hətta turnikdə bircə dəfə olsun belə çəkinmək qabiliyyətində olmasalar belə, "qabiliyyət” imtahanlarını müvəffəiyyətlə verə biliblər.
Bu rektorun və müəllimlərin işinə ikiqat yarayır. Axı bu gün adicə turnikdə çəkinə bilməyən tələbə qəbul edildildən sonra sınaq imtahanlarında yenə çətinliklə üzləşir. Yəni imtahan vaxtı 5 imtahandan 4-2 idmanla bağlı olur deyə təhsilini davam etdirmək üçün yenidən rüşvət verməyə məcbur olur.

Akademiyada təhsil alan tələbələr də təsdiq edirlər ki, onların əksəriyyəti əvvəlcədən müəllimə pul verir, sonra isə yazılı formada keçirilən imtahanlarda sadəcə vərəqi qaralamaqla məşğul olaurlar. İnsaf naminə tələbələr bunu da qeyd edirlər ki, burada "qiymətlər” digər universitetlərlə müqayisədə müəyyən qədər aşağıdır. Məsələn bir semestrdə dörd imtahana görə 150 manat ödəmək kifayət edir. Mənbələr bildirir ki, akademiyada imtahanlar test üsulu ilə aparılmır. Bu da tələbənin imtahandan rüşvətlə keçməsinə imkan yaradır. Akademiyaya qəbul olmaq üçün 7-10 min manat, əgər tanışın varsa, daha az məbləğ verib qabiliyyət imtahanından keçə bilirsən. Tələbələrin sözlərinə görə, TQDK-nın test imtahanlarından keçmək mümkün olsa da, qabiliyyət imtahanında bu mümkün olmur".

Araşdırmamız davam edəcək.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası