AZVİRT»İN BAŞ DİREKTORUNA «TOXUN»ULMAZLIQ» STATUSUNU KİM VERİB?
Sosial / Dunya
Oxunub: 863
10 avq 2018 | 14:06
AZVİRT»İN BAŞ DİREKTORUNA «TOXUN»ULMAZLIQ» STATUSUNU KİM VERİB?















Beş çınqıl biznesinin rəhbəri, altıncısının isə yalnız iş icraçısı tutulur — Niyə?
Çınqıl mədənlərində çalışan iş adamlarının kütləvi həbsi diqqəti bu sahəyə yönəldib.
Baş Prokurorluq ekoloji qanun pozuntularına yol verən, daha doğrusu, qum-çınqıl yataqlarının qanunsuz istismarını həyata keçirib ətraf mühitə zərbə vuranların həbsi haqda məlumat yayıb. Bu məsələ iyun ayında Göyçay çayının üzərindəki körpünün dayaqlarını sel sularının uçurmasından sonra aktuallaşmışdı. Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinqi nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, infrastruktur obyektlərinə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilib. Məlumata görə, qum-çınqıl yataqlarında hüquqi və fiziki şəxslərə məxsus 96 karxananın fəaliyyətində aşkarlanan qanun pozuntuları ilə bağlı toplanmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə 8 cinayət işi başlanıb. “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin rəhbəri Manaf Şirinov, “Titanik-5″ MMC-nin rəhbəri Şahin Məmmədov, ”Azvirt» MMC-nin iş icraçısı vəzifəli şəxsi İbrahim Quluyev, “Alyans” MMC-nin rəhbəri Nəriman Yəhyayev, “Gülövşə” MMC-nin rəhbəri Mahir Allahverdiyev və “Qara-Qum Holdinq” MMC-nin rəhbəri Yasif Ağayevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək, Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Prokurorluq orqanlarını hərəkətə keçirən Göyçay çayının üzərindəki körpünün uçduğu günlərdə Azərbaycanda yerin təkindən istifadə sahəsində tənzimləməni həyata keçirəcək yeni qurum yaradılıb. Belə ki, prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin yaradılmasına dair fərman imzalamışdı. Fərmana görə, faydalı qazıntıların yerləşdiyi ərazilər istifadə üçün ayrılarkən bəzən mühafizə və təhlükəsizlik qaydalarına əməl edilmir, torpaqların dövlət əhəmiyyətli magistral neft-qaz və su kəmərlərinin, avtomobil və dəmir yolu körpülərinin yaxınlığında yerləşməsi nəzərə alınmır, müvafiq qurumlarla razılaşmalar aparılmır, rəylər, kommunikasiya xətləri barədə məlumatlar alınmır, coğrafi koordinatlar dəqiqləşdirilmir. Yeni agentlik qeyd edilən halların aradan qaldırılması, ölkənin milli sərvətlərinin, mineral xammal bazasının qorunması, təbii ehtiyatlardan səmərəli, qənaətlə istifadə olunması, xammala olan tələbatın ödənilməsi, faydalı qazıntıların çıxarılması üçün torpaq sahələrinin ayrılmasında, yer təki sahələrinin, bununla əlaqədar işlərin dövlət qeydiyyatına alınmasında, yerin təkinin geoloji öyrənilməsində və istifadəsində ciddi qayda yaradılması, qanunvericiliyin tələblərinə, müəyyən edilmiş normalara və standartlara dürüst əməl olunması, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə yaradılıb. Təəccüblü məqam ondan ibarətdir ki, 5 müəssisənin rəhbəri saxlanılıb, 6-cının isə yalnız iş icraçısını məsuliyyətə cəlb ediblər. Maraqlıdır, görəsən cinayət təqibi orqanı niyə «Azvirt» MMC-nin baş direktoru Kamil Əliyevə toxunmayıb?. Ona «toxunulmazlıq» statusunu kim verib? Düşünürük ki, tezliklə bu sualın cavabı tapılacaq. Tapılmalıdır, daha doğrusu!…
Mövzunu davam etdirəcəyik


AZVİRT»İN BAŞ DİREKTORUNA «TOXUN»ULMAZLIQ» STATUSUNU KİM VERİB?
AZVİRT»İN BAŞ DİREKTORUNA «TOXUN»ULMAZLIQ» STATUSUNU KİM VERİB?
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...