Ramil İsmayılov məhkəmədə polis əməkdaşlarını fakt qarşısında qoyur
Sosial / Dunya
Oxunub: 2 346
18 avq 2018 | 01:48
Ramil İsmayılov məhkəmədə polis əməkdaşlarını fakt qarşısında qoyur











Hakimin sualına hal şahidi cavab verir ki, “mən əlimi kuloka vurdum, iylədim, o halda bildim ki, kulokdakı narkotik maddədir”

Bir neçə gün bundan əvvəl xəbər portalımızda “Ramil İsmayılov Səbail RPİ əməkdaşlarının qurduqları oyunun “qurbanı olub” başlıqlı məqalə dərc etmişdik. Məqalədə qeyd etmişdik ki, 28 mart 2018-ci il tarixdə bəzi televiziya kanallarında Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi-24 ünvanda müvəqqəti qeydiyyatda olan məcburi köçkün İsmayılov Ramil Rəhbər oğlunun külli miqdarda narkotik maddə olan heroini satarkən, Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən adı çəkilən rayonun 20-ci sahə adlanan ərazisində saxlanılması barədə xəbərlər yayılmışdı. Yayılan ilk xəbərlərdə Ramil İsmayılovun ümumi çəkisi 2 kq 200 qram çəkidə, dəyəri isə 11 min manat olan narkotik maddələri, əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşından Biləsuvar rayonu ərazisində aldığı bildirilirdi. Məsələnin maraqlı tərəfi odur ki, yaşanan olayla bağlı bəzi televiziya kanallarında, ayrı-ayrı media qurumlarında yayılan ilk xəbərlər, çox keçmədi ki, öz təsdiqini tapmadı və Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dövriyyəyə ötürülən bəzi məlumatlar, hansı ki, Ramil İsmayılovun ümumi çəkisi 2 kq 200 qram çəkidə, dəyəri isə 11 min manat olan narkotik maddələri, əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşından Biləsuvar rayon ərazisində alması faktı sonradan iş materiallarından çıxarılır. Saxlanılan şəxslə bağlı toplanmış iş materialları məhkəməyə göndərildiyindən, hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində bununla bağlı məhkəmə araşdırmaları davam etdirilməkdədir.
Bir hala diqqət yetirək ki, 07 avqust 2018-ci il tarixdə saat 14:30-da keçirilmiş məhkəmə prosesi zamanı ilk olaraq Ramil İsmayılovu saxlayan polis əməkdaşları dindirilirlər. Polis əməkdaşlarından biri ünvanlanan suala verdiyi cavabında qeyd edir ki, “bəli, bizə Ramil İsmayılovun narkotik maddələri alıb-satmaq istəməsi barədə məlumat 28 mart 2018-ci il tarixdə çatmışdı, digər polis əməkdaşları isə, məlumatın bir həftə daxil olduğunu bildirirlər. Yəni, polis əməkdaşları dindirilən zaman məlumatın RPİ-nə çatması barədə bir-birindən fərqli fikirlər söyləyirlər. Onlar ünvanlanan digər suala verdikləri cavablarında bildirirlər ki, “Ramil İsmayılov narkotik maddələri satmaq məqsədilə gətirir”. O halda hakim polis əməkdaşlarına növbəti sualını ünvanlayır. Necə ola bilər ki, bir şəxs xəstə olsun, heç bir yer də işləməsin və onda narkotik maddəni almaq üçün 11 min manat pul olsun? Hakimin ünvanladığı belə bir suala polis əməkdaşları cavab verirlər ki, “həyatda elə hallar olur ki, imkanlı bir şəxsə məxsus narkotik maddə olur və həmin şəxs də başqa bir şəxsə 5-10 manat pul verir və ona məxsus narkotik maddəni bir yerdən başqa bir yerə apartdırır. Bəzən narkotik maddəni aparan şəxs ələ keçir və “qurbana çevrilir”. Təəssüf doğuran hal odur ki, Ramil İsmayılov saxlandıqdan sonra onun narkotik maddəni kimdən alması, narkotik maddənin kimə məxsus olması və digər vacib faktlar polis əməkdaşları tərəfindən araşdırılmır. Əslində həmin vaxt saxlanılan şəxsə qarşı güzəşt tətbiq olunmalı idi və cənayəti törədən şəxs araşdırılıb müəyyən olunduqdan sonra, ona qarşı isə, qanunun tələbi əsasında cəza verilməli idi. Yəni, onu bildirmək istəyirik ki, Ramil İsmayılov saxlandıqdan sonra polis əməkdaşları onların yaşadıqları mənzil də yoxlamalı idilər. Belə bir addımlar atılmadığından, məhz həbs motivinin əvvəlcədən planlaşdırıldığı və sifariş əsasında baş tutması tam çılpaqlığı ilə özünü sübut edir.Təəssüf hissi ilə qeyd edək ki, Ramil İsmayılovu saxlayan polis əməkdaşları qanunun belə bir tələbinə əməl etmək əvəzinə, hansısa maraqları çərçivəsində onun “dəmir barmaqlıqlar” arxasında saxlanmasına qərar verirlər.
Məhkəmə prosesi zamanı Ramil İsmayılov da polis əməkdaşlarına sual ünvanlayır ki, “siz nəyə görə məni gətirən avtomobilin, yaxud da yanımda olan Yusif adlı şəxsin deyil, yalnız mənim şəkilimi çəkmisiniz. Bəlkə bizi gətirən avtomobildə əlavə 6 kq narkotik maddə var idi”. Belə bir suala cavab tapa bilməyən polis əməkdaşları, məhz fakt qarşısında aciz qalırlar. Onların acizyanə qalmaları bir daha onu sübut edir ki, keçirilən əməliyyat əvvəlcədən planlaşdırılıbmış. Belə bir səbəb üzündən də, məhkəmə prosesində ortaya bir çox “müəmmalar” çıxır.
Bir qədər keçdikdən sonra məhkəmə zalına gətirilən daha iki nəfər hal şahidinin dindirilməsi də, bəzi “müəmmalar”ın ortaya çıxması ilə nəticələnir. Belə ki, hər iki şəxs dindirilən zaman bildirdilər ki, “biz polis idarəsində olarkən otaqdakı stolun üstündə qara rəngli kulok var idi və Ramil İsmayılov da həmin otaqda idi. Hakim hər iki şəxsə sual verir ki, “kulokda yemək var idi, bozbaş var idi, yoxsa narkotik maddə var idi? O zaman hal şahidlərindən biri “qara kulokdakı narkotik maddə idi” deyə, hakimin sualını cavablandırır. Sən nədən bildin ki, həmin kulokdakı narkotik maddə idi? Hakimin bu sualına da hal şahidi cavab verir ki, “mən əlimi kuloka vurdum, iylədim, o halda bildim ki, kulokdakı narkotik maddədir”. Bəs deyə bilərsənmi ki, narkotik maddə nə rəngdə olur? “Narkotik maddə boz rəngdə olur” deyə, hal şahidi hakimin növbəti sualını da belə bir formada cavablandırır. Amma, biz cinayət hadisələri ilə bağlı bəzi verlişlərə baxarkən televizor ekranlarında nümayiş etdirilən narkotik maddələrin ağ sarımtıl rəngdə olduğunu görmüşük. Bu da hal şahidinin danışdığının yalan olduğunu tam şəkildə ortaya qoymuş olur.
Məhkəmə prosesi zamanı hakim Ramil İsmayılova “bədənində xəsarət izləri varmı?” deyə sual verir. Saxlanılan şəxs isə cavabında bildirir ki, “saxlandığım vaxtdan 4 aydan bir qədər çox vaxt keçib. Ona görə də bədənimdəki xəsarət izlərinin yeri sağalıb. Bəli, saxlandığım vaxtların ilk günlərində məni olduqca döydülər ki, boynuma görüb bilmədiyim işləri qoya bilsinlər”. Bütün bunlar da Ramil İsmayılovun həbsinin sifariş əsasında baş tutduğunu müəyyən etməyə tam əsas verir. Yəni, o, polis əməkdaşlarının vasitəsilə hansısa şəxsin əvəzinə “qurban verildiyindən, bu gün də “dəmir barmaqlıqlar” arxasında qalmağa məhkumdur.
Bütün bunlardan sonra belə bir qənaətə gəlmək olar ki, məhkəmə araşdırmaları kifayət qədər obyektiv aparılır və Ramil İsmayılovun həbsi zamanı nə qədər ədalətsizliyə yol verilsə də, məhkəmə araşdırmalarında haqq-ədalət üstün tutulacaq. Biz buna tam şəkildə əminik və atlan addımların obyektivliyə söykənəcəyinə də tam şəkildə inanırıq. Araşdırmamız davam edəcək. Mövzunu diqqətdə saxlayacağıq.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO