Biri həbsdə, biri biznesdə, o biri mühacirətdə...
Sosial
Oxunub: 531
18 avq 2018 | 20:30
Biri həbsdə, biri biznesdə, o biri mühacirətdə...















İllərdir ki, adları gündəmdən düşməyən sabiq məmurlar var. Onların sırasında ilk üçlükdə adları çəkilənlər Əli İnsanov, Fərhad Əliyev və Rəsul Quliyevdir.

Əli İnsanov vaxtilə hazırkı hakim partiyanın əsas fiqurlarından biri hesab olunurdu. Digər iki sabiqdən fərqli olaraq bu gün Azərbaycanda qalan, daha doğrusu qalmaq məcburiyyətində olan da Əli İnsanovdur. 2005-ci ilin oktyabrında onu və Fərhad Əliyevi dövlət çevrilişinə cəhd ittihamı ilə həbs etmişdilər. Sonradan Fərhad Əliyev əfv olunsa da, Əli İnsanov bu günə qədər həbsdədir.

Həbsinə qədər səhiyyə naziri postunu tutan Əli İnsanovun bu vəzifəyə yolu Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunda həkim-ordinatorluqdan başlamışdı. Əli İnsanov sonralar vəzifə pilləsində tədricən yüksəlmişdi. 1985-ci ildə həmin institutun direktoru olan Ə.İnsanov Heydər Əliyev hakimiyyətə gələndən sonra 1993-cü ildə səhiyyə naziri vəzifəsinə təyin olunmuşdu. 2 il sonra isə Milli Məclisə deputat seçilmişdi. 2001-ci ilin iyulunda Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü də seçildi. 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilən Əli İnsanovun bir çox titulları, o cümlədən akademik fəxri adı geri alınıb. Əvvəlcə dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən sabiq nazir, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilindi. 2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə. İnsanov hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Onunla bərabər həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin sorağı ölkə xaricindən gəlir. Onun Türkiyə və Moldovada biznesini idarə etdiyi bildirilir.

Fərhad Əliyev 1997-ci ildə ticarət nazirinin müavini vəzifəsinə irəli çəkilib. Bir qədər sonra isə Azərbaycanın ticarət naziri vəzifəsinə təyin olunub. 1999-2001-ci illərdə isə o, dövlət əmlak naziri vəzifəsində çalışıb. 2001-ci ildə mərhum prezident Heydər Əliyevin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradıldı və Fərhad Əliyev nazir təyin olundu. Fərhad Əliyev bu postda islahatçı nazir imici qazanaraq gələcəkdə ölkənin baş naziri olmağa iddialı şəxslərdən birinə çevrilə bildi. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində Fərhad Əliyev öz xidməti kabinetində həbs edildi. Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilsə də, sonralar ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürüldü. 2007-ci il oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxarılmış hökmə əsasən, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum edildi və Binədə yerləşən 2 saylı cəzaçəkmə müəssisəsinə göndərildi. 8 il məhkumluq həyatı yaşayandan sonra əfv olundu və bundan sonra ölkədən getməsi xəbərləri yayıldı.

Azərbaycanın eks-spikeri Rəsul Quliyev uzun illərdir Amerikada mühacir həyatı yaşayır. 1996-cı il sentyabrın 11-də Milli Məclisin sədri postundan istefa verəndən sonra ABŞ-a yollanan Rəsul Quliyev oradan geri qayıtmayıb. Ara-sıra müsahibələr verib Azərbaycana qayıtmaq istəyini dilə gətirən eks-spikerin 22 ildir ki, arzusu reallaşmayıb... \\musavat.com\\ Biri həbsdə, biri biznesdə, o biri mühacirətdə...
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ