Bu çimərlikləri işlədən şəxslər cərimələndi — SİYAHI
Sosial
Oxunub: 581
24 avq 2018 | 22:51
Bu çimərlikləri işlədən şəxslər cərimələndi — SİYAHI















Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən paytaxtın Binəqədi, Sabunçu və Xəzər rayonlarında birgə reydlər keçirilib.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Novxanı qəsəbəsinin ərazisindəki çimərliklərdən başlayan tədbir zamanı çimərlik ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılmasına görə “Bizim Kəndimiz”, eləcə də “Sultan” ailəvi istirahət mərkəzlərinin icarədarları - İlqar Allahverdiyevlə Fərahim Möhbalıyev barələrində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinə əsasən protokollar tərtib edilib.

Xəzər dənizinin sahil zolağında, çimərliklərdə və digər istirahət zonalarında sanitar-gigiyena qaydalarına riayət edilməsi ilə bağlı növbəti reyd Sabunçu rayonunun Pirşağı qəsəbəsində keçirilib. Qanunvericiliyin tələblərinə zidd olaraq dəniz kənarında sənaye və məişət tullantılarının yandırılmasına görə “Palma”, “Günəş”, “Şam Ağacı” restoranlarının icarədarları – Elvin Həsənov, Füzuli Mehdiyev və Hüseyn Süleymanov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunublar.
Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında analoji tədbir Xəzər rayonu, Mərdəkan qəsəbəsində də həyata keçirilib. Yoxlama zamanı müəyyən edilib ki, qəsəbə ərazisindəki bağlar massivində məişət tullantıları sanitar-gigyena qaydalarına riayət olunmadan yandırılma yolu ilə məhv edilir. Bu isə ətrafa pis qoxunun yayılması və ekoloji mühitin kobud şəkildə pozulması ilə nəticələnir. Qəsəbə ərazisində məişət tullantılarının daşınmasını təmin etmədiyinə və yandırılmasına görə Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba Hüseynov barəsində də İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən protokol tərtib edilib.

Bu maddəyə əsasən fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilirlər.

Qeyd edək ki, belə tədbirlərin keçirilməsində əsas məqsədlərdən biri də dənizkənarı kafe və restoranlarda, həmçinin qəsəbələrdə tullantıların ətrafa və dənizə atılmasının qarşısını almaqdır. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən digər aidiyyəti dövlət qurumları ilə bu tipli birgə reydlər və yoxlamalar bundan sonra da davam etdiriləcək.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO