UŞAQ STOMATOLOJI MƏRKƏZINƏ «AĞIL DIŞI» ÇIXARMIŞ RƏHBƏR LAZIMDIR.VIDEO
Sosial / Dunya / Video
Oxunub: 1 465
24 avq 2018 | 14:15
UŞAQ STOMATOLOJI MƏRKƏZINƏ «AĞIL DIŞI» ÇIXARMIŞ RƏHBƏR LAZIMDIR.VIDEO














Paytaxtın Nərimanov rayonundakı Uşaq Stomatoloji Mərkəzinin göstərdiyi tibbi xidmət haqda ictimai rəy heç də həmişə birmənalı olmayıb. Olub ki, övladlarını sözügedən xəstəxanaya gətirən valideynlər stomatoloji klinikada bir sıra problemlərlə üzləşdiklərini bildiriblər. Şikayətləniblər ki, həkimlər pasientdən — bizim misalda diş problemi olan uşaqların valideynlərindən) təmənna umurlar, tələbləri yerinə yetirilməyəndə məsuliyyətsizlik edir, pasienti başdansovdu müayinə edirlər. Belə neqtiv hallar yetərincə ictimailəşdirilmişdir. KİV-də gedən informasiyalarda qeyd olunur ki, həkimlərə tapşırıq baş həkimdən gəlir deyə onlar da xəstələrin əlinə baxmağa məcbur olurlar. Bundan başqa, bildirilir ki, orada istifadə olunan iynə və dərman preparatlarının keyfiyyəti qənaətbəxş deyil. Stomatoloqlar çox zaman nə əlcək taxırlar, nə də xalat geyinirlər. Nə isə, biz bu tibb müəssisəsi haqqında nə başqalarının dediklərinə, yazdıqlarına inanmağa borclu deyilik, nə nə də başqalarını inandırmaq fikrindəyik. «Başına gələn başmaqçı olar» deyib atalarımız. Deryaz.az olaraq ilk dəfədir bu müəssisədən yazırıq. Yəni, başımıza gətiriləndən, «başmaqçı olduqdan» sonra. İki ay əvvəl övladımı dişinə plomb qoydurmaq üçün paytaxtın Nərimanov rayonunda yerləşən Uşaq Stomatoloji Mərkəzinə apardım. Baş həkim Azər Əliyevlə görüşüb məsləhət istədim. Ümid edirdim ki, ziyalı həmrəyliyi göstərib ən uyğun tövsiyəni əsirgəməz. O, mənim uşağımı əslən naxçıvandan olan Mətanət adlı həkimə tapşırdı. Doktor Mətanət xanım da dişə baxıb sadə plomb üçün 40 (qırx) manat pul istədi. Məcbur olub digər dişin müalicə xərci də nəzərə alınmaqla, həkimə 50 (əlli) manat verdim. Üstündən heç bircə həftə keçmədi ki, plomb düşdü. Mətanət həkimin peşəkarlığına inamımız öldü düyə onun yanına qayıtmadıq. Qonşuluqda fəaliyyət göstərən özəl «Aristokrat» diş klinikasına müraciət etdik. Onlar da dişin ümumi rentgen edilməsi üçün bizi məhz həmin poliklinikaya — Uşaq Stomatoloji Mərkəzinə göndərdilər. Yenə baş həkimin qəbuluna girdim. Baş həkim kreslosunda yırğalanaraq saymazyana şəkildə: «Mən kənardan gələn xəstənin dişini rentgen elətdirmirəm, gərək elə dişləri burada müayinə etdirəsiniz» deyib üzünü yana çevirdi. Bu, təxminən elə adamı kabinetdən qovmaq demək idi. Biz kor-peşman kabinetdən çıxıb yararsız plombun memarı Mətanət xanımın yanına — 3-cü otağa getdik ki, heç olmasa yenidən plomb düzəltsin. Dedilər ki, Mətanət doktor işdə yoxdur. Məcbur olub rentgen otağına getdik. Rentgen etdirib qurtaran kimi xanım dedi ki, 15 (on beş) manat pul verməlisiniz. Pulu verib yenidən baş həkimin kabinetinə qayıtdıq ki, dövlət tibb müəssisəsində xidmətin pulsuz olduğunu xatırladaq. Baş həkim əlimizdə olan diski görüb təşvişlə onun nə olduğunu soruşdu. Mən cavab verəndə ki: «Rentgenin nəticəsidir» — ürəyi bir az yerinə gəldi. Amma əsəbi halda qalxıb harasa getdi. Biz də «gördüyümüzü görüb» poliklinikanı tərk etdik. Və deyəsən, birdəfəlik. Ya da Azər həkim vəzifəsindən çıxarılanadək. Çünki nə qədər ki, baş həkim odur, heç uşaqların beynəlxalq müdafiəsi günü olan 1 iyunda da sözügedən poliklinikada pul vermədiyin həkimə səhhətini etibar edə bilməzsən. Buraya «ağıl dişi» çıxarmış rəhbər lazımdır.



UŞAQ STOMATOLOJI MƏRKƏZINƏ «AĞIL DIŞI» ÇIXARMIŞ RƏHBƏR LAZIMDIR.VIDEO
UŞAQ STOMATOLOJI MƏRKƏZINƏ «AĞIL DIŞI» ÇIXARMIŞ RƏHBƏR LAZIMDIR.VIDEO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO