Hacı Mazan çətin durumda: - həbs təhlükəsi var
Sosial
Oxunub: 595
25 avq 2018 | 21:41
Hacı Mazan çətin durumda: - həbs təhlükəsi var















Bir müddətdir ki, “Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun adı mətbuatın gündəmindən düşmür. Belə ki, avqustun 16-da xəbər yayıldı ki, ona məxsus avtomobilin 44-AA-444 dövlət nömrə nişanlı avtomobil yol polis tərəfindən saxlanılıb.

“Yeni Müsavat” olaraq əldə etdiyimiz məlumata görə, Hacı Mazana məxsus avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb və müvafiq qaydada cərimələndikdən sonra buraxılıb. Lakin bakupost saytı məlumat yayıb ki, Hacı Mazan polis bölməsinə aparılıb. Sayt məsələ ilə bağlı görüntüləri də yayıb və qeyd olunub ki, hadisə avqustun 3-də baş versə də, görüntülər indi üzə çıxıb.

Xatırladaq ki, avqustun 3-də Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum etmiş, daha sonra isə onun şirkətinin inşa etdiyi binanın sakinini öz evində döymüşdü. Hadisədən sonra DİN-in “102" xidmətinə məlumat verilib və hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları cəlb edilib. Onlar jurnalistlərə və ev sahibinə hücum çəkən iş adamını polis bölməsinə aparıblar. Hacı Mazanla birlikdə hücumda iştirak etmiş adamları da bölməyə aparılıb. Onlar bölmədə müvəqqəti saxlanma kamerasına salınsalar da, sonradan Ramazan Zeynalov polisdə işləyən qohumlarının vasitəsilə həyətə çıxarılıb.

Hazırda faktla bağlı Bakı Şəhər Prokurorluğunda araşdırma aparılır, tərəflərin ifadələri alınır.

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, baş verən hadisə ilə bağlı qanunvericilikdə konkret müddəalar mövcuddur: “Çəkilişi aparanlar rəsmən jurnalistlər olublar. Yəni onlar sıradan bir vətəndaş deyillər və bu şəxslər işləri, peşələri çəkiliş aparmaqdır. Belə olan halda isə jurnalistin çəkiliş aparmasının qarşısını almaq olmaz. Burada yalnız şəxsi həyat məsələsi, müdaxilə varsa o, istisnadır. Konstitusiyamızda qeyd olunub ki, adamın razılı olmadan onu şəkilini çəkmək, səsini yazmaq olmaz. Ancaq bu, birbaşa olaraq jurnalistin peşə fəaliyyətini həyata keçirməsi ilə bağlıdır və orada konkret suallar da verilir. Bizdə jurnalistin peşə fəaliyyətinə maneə olmaqla bağlı məsuliyyət var. Başqa bir tərəfdən isə hadisə həm də ictimaiyyətin gözü qarşısında baş verib. Buna görə də baş verən prosesləri xuliqanlıq kimi də qiymətləndirə bilərlər. Eyni zamanda yayılan videodan görünür ki, Ramazan Zeynalov çəkiliş aparan şəxslərin əllərindən mikrofonu alıb, çəkilişə mane olmaq üçün texnikaya əl atır. Bu da araşdırılmalıdır ki, həmin texnikalara zərər dəyib, yoxsa yox. Eyni zamanda orada söyüşün olub-olmaması da araşdırılmalıdır. Bütün bunlar hallar aydınlaşdırıldıqdan sonra Ramazan Zeynalova verilən cəza da məlum olacaq. Konkret olaraq ancaq peşə fəaliyyətinə maneəçilik faktı ortaya çıxacaqsa, onun cəzası başqa olacaq. Yaxud xuliqanlıq və digər sadaladığım məsləhətlərdən birinə tövsif oluna bilər. Bütün məsələlər araşdırmadan asılıdır”.

Hüquqşünas bildirib ki, araşdırmanın nəticəsindən asılı olaraq, Hacı Mazan ən yaxşı halda cərimə ediləcək: “İstintaqın necə getməsi və hansı faktlar olması barəsində konkret məlumata sahib olmadığımız üçün tam qiymətini vermək də bizim üçün çətindir. Hər şey məhkəmədən asılıdır. Baxırsan ki, bir maddə ilə kimsə məsuliyyətə cəlb olunan zaman onu cərimə edirlər, yaxud da şərti cəza verirlər. Eyni maddə ilə başqası məsuliyyətə cəlb edilən zaman isə onu həbs edirlər. Yəni burada artıq eynilik praktikası yoxdur, müxtəlifdir. Bütün bunların fonunda konkret söyləmək də olmaz ki, Zeynalovu cərimələyəcəklər, yoxsa həbs edəcəklər. Oxşar əmələ görə müxtəlif cəzalar tətbiq oluna bilər. Ancaq hesab edirəm ki, ən aşağıs, Ramazan Zeynalov cərimə oluna bilər. Əgər xuliqanlıqla bağlı olarsa, əlbəttə ki, o, cinayət məsuliyyətinə də cəlb edilə bilər. Nəticədə isə ya şərti, ya azadlıqdan məhrum etmə, yaxud da azadlığın məhdudlaşdırılması kimi cəzalara məhkum olunma mümkündür. Əgər jurnalistin aparatına, kamerasına və ya digər texnikasına ziyan vurubsa, bu, artıq əmlakın məhv edilməsidir. Buna görə isə başqa cəza var”.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO