DİQQƏT: Yeni yaşayış binalarında vətəndaşları belə aldadırlar, həm də…
Sosial
Oxunub: 1 084
30 avq 2018 | 09:11
DİQQƏT: Yeni yaşayış binalarında vətəndaşları belə aldadırlar, həm də…















Yeni tikilən binaların inşasına qədər sovet dövründə tikilmiş binalarda qəbul olunmuş standart mənzil layihələri var idi. Bu layihələrdə mənzillərin işıqlanmasından tutmuş havalandırmasına qədər hər bir detal nəzərdə tutulurdu. İstər eyvan, istər dəhliz, istərsə də otaqların ölçüləri otaq sayına uyğun olaraq hesablanırdı.

Hətta, yeni tikililərin inşa edildiyi ilk illərdə belə, bu layihələr yenilənərək daha məqsədəuyğun formada tikintilərdə istifadə olunurdu. Son 10 il ərzində isə tikinti şirkətlərinin bir çoxu tikilən binalarda layihələrin standartlara uyğun olmasına deyil, hansı formada olursa-olsun, daha çox mənzil yerləşdirməyə üstünlük verir.

Bəs, bu, gələcəkdə mənzil sahibləri üçün nə kimi problemlər yarada bilər? Sputnik Azərbaycan-ın məsələ ilə bağlı sualını tikinti eksperti Elnur Fərzəliyev cavablandırıb.

Fərzəliyev bildirib ki, son zamanlar tikilən yeni binalarda mənzillər hər hansı layihə üzrə tikilmir: “Əvvəllər “Stalinka”, “Leninqrad”, “Xruşovka” layihələrini indi heç bir layihə əvəz etmir. Hətta çox zaman mənzillər alıcılara ara divarları hörülmədən, azad sahələrlə satılır. Bu isə öz növbəsində müəyyən problemlərə səbəb olur”.

Ekspertin fikrincə, mənzillərdə ara divarların hər kəsin istədiyi formada tikilməsi gələcəkdə yüklənmiş binanın tarazlığının pozulmasına gətirib çıxara bilər: “Standartlarda ara divarların tikilməsi beton kəmərlərin üstündə nəzərdə tutulub. Amma bu standartlar pozularaq, arakəsmə divarları istəyə uyğun olaraq sakinlər tərəfindən müxtəlif formalarla bölünür. Mənzil daxilində bəzən layihə dəyişildikdə mətbəxin, hətta sanitar qovşaqların yerləri dəyişdirilir”.

“Köhnə tikililərdə ən böyük 1 otaqlı mənzilin ümumi sahəsi 40 kvadratmetr olan mənzillərdə yaşayış sahəsi 24 kvadratmetr götürülürdü. Yeni tikililərdə isə bəzən 1 otaqlı mənzilin ümumi sahəsi 75 kvadmetr, yaşayış sahəsi isə 18 kvadratmetr hesablanır. Hansı ki, həmin 75 kvadratmetr sahə köhnə tikililərdə 3-otaqlı mənzillər üçün nəzərdə tutulurdu” – deyə o, əlavə edib.

E.Fərzəliyev bildirib ki, hazırda yeni inşa edilən binalarda normadan artıq eyvanlar, dəhlizlər, əlavə sanitar qovşaqları üçün yer ayrılır. Və bu artıq və gərəksiz sahələrin hər kvadratmetri böyük pullarla hesablanaraq alıcı tərəfindən tikinti şirkətlərinə ödənilir.

Ekspert onu da diqqətə çatdırıb ki, yeni tikilən mənzillərlə bağlı digər bir problem də mövcuddur: “Belə ki, vətəndaşların müqavilə ilə tam ödəniş edib aldıqları mənzillərdəki ümumi kvadratura faktiki sahə və çıxarışdakı sahə ilə uyğun gəlmir. Məsələn, alıcı müqavilə ilə 100 kvadratmetrlik mənzilin pulunu ödəyir. Çıxarış verilən zaman isə orada 100 kvadratmetr deyil, həmin kvadratdan 10-15 faiz, hətta daha az sahə yazılır. Bu, o deməkdir ki, alıcıya mənzil üçün ödədiyi məbləğdən 10-15 faiz daha artıq məbləğ ödətdirilir”.

Fərzəliyev ümid edir ki, bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bu məsələlər nəzərə alınacaq: “Düşünürəm ki, Komitə yeni tikiləcək binaların icazəsini vermədən öncə mənzillərin layihələri ilə tanış olmalı, vətəndaşların istəyinə və ciblərinə uyğun qərarlar verməlidir”.
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...