BİR QRUP RABİTƏÇİ NAZİRDƏN PREZİDENTƏ ŞİKAYƏT ETDİ - ““BTR” MMC-nin rəhbərliyi bizə yeni sürpriz hazırladı…”
Sosial / Dunya
Oxunub: 692
4 sen 2018 | 15:16
BİR QRUP RABİTƏÇİ NAZİRDƏN PREZİDENTƏ ŞİKAYƏT ETDİ - ““BTR” MMC-nin rəhbərliyi bizə yeni sürpriz hazırladı…”













Təcrübəli və savadlı kadrların naşı və mütəxəssis olmayan birilərilə əvəz olunması halları bir çox qurumlar kimi, Rabitə, Nəqliyyat və İnformasiya Texnologiyaları Nazirliyində də müşahidə olunmaqdadır.

Prezident İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən, şikayətlərinin bir nüsxəsini də “AzPolitika”ya göndərən “Bakı Telefon Rabitəsi” MMC-nin Xətai Telefon Qovşağının işçiləri bildirirlər ki, müəssisənin rəhbərliyi 15 ildən 40 ilədək iş stajı ölan mütəxəssisləri “öz ərizəsilə” işdən azad olunmağa vadar edir.

Bu yolla yüzdən artıq işçini azad edən rəhbərlik öz xoşu ilə işindən ayrılmayan və müqavimət göstərənləri də ixtisar və digər bəhanələrlə işsiz qoymağa çalışır: “BTR” MMC-nin rəhbərliyi yeddi ay fikirləşdikdən sonra bizə yeni sürpriz hazırladı, hər birimizə ixtisara düşmək haqqında bildiriş göndərərək, 2 ay vaxt verdi. Rəhbərlik bu ixtisarı yeni strukturun təsdiqi ilə əlaqələndirir. Biz isə istəyirik ki, həmin strukturla tanış olaq və bizi də yeni strukturda olan şöbələrə yerləşdirsinlər”.

Müxtəlif yüksək instansiyalara müraciət etməkdən yorulduqlarını bildirən şikayətçilər, nə “Bakı Telefon Rabitəsi” MMC-nin rəhbərliyi, nə də nazir Ramin Quluzadənin onları qəbul etmədiklərini söyləyirlər: “Bundan öncə “109” Məlumat Sorgu xidmətinin 46 xanım işçisi, 2018-ci ilin yanvar ayında isə qovşağın 120 əməkdaşı təzyiq altında ərizə yazaraq işdən azad olunublar. Halbuki, müəssisədə ad dəyişikliyi olduqda, müvafiq qanunvericiliyə görə, müqavilə, müəyyən şərtləri dəyişdirilərək, qüvvədə qalmalı idi”.

İşsiz qalmaq təhlükəsilə üz-üzə olan rabitəçilər deyirlər ki, onlara təzyiq göstərən rəhbərlik, əvəzində təcrübəsiz və hətta ali savadı olmayan şəxsləri məmnuniyyətlə işə götürməkdədir.MMC və nazirlik rəhbərliyini Azərbaycan Respublikasi Konstitusiyasına, Əmək Məcəlləsinə hörmətsiz yanaşmaqda günahlandıran şikayətçilər ölkə başçısına və birinci vitse-prezidentə müraciət etməyə məcbur qaldıqlarını vurğulayırlar.
Onu da qeyd edək ki, Xətai və digər rayonların telefon qovşaqlarının haqları tapdanan işçiləri bundan öncə də mətbuat vasitəsilə düşdükləri durumu ictimaiyyətə çatdırıblar. Rabitəçilər ümid edirlər ki, budəfəki müraciətləri ölkə rəhbərliyi tərəfindən eşidiləcək və onların adi əmək hüquqları bərpa olunacaq.

Qeyd edək ki, müraciət aşağıdakı rabitəçilər tərəfindən göndərilib:
Süleymanova S.A – 2005-ci ildən mühəndis vəzifəsində işləyir;
Səfərova Ş.İ – 1998-ci ildən mütəxəssis vəzifəsində işləyir;
Məmmədova A. A. – 2010-cu ildən mütəxəssis vəzifəsində işləyir;
Bunyadova K.N. -1998-ci ildən mütəxəssis vəzifəsində işləyir;
Yarəhmədova R. – 1983-cü ildən mütəxəssis vəzifəsində işləyir;
Nağıyeva S.R – 1975-ci ildən şöbə rəisi işləyir ;
Əliyeva H.Q. – 1981-ci ildən mühəndis vəzifəsində işləyir;
Yunisova V.Z. – 2014-cü ildən mühəndis vəzifəsində işləyir.
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar