“Bizə bir sığınacaq əvəzinə 300 manat pul verdilər” - GİLEY
Sosial / Dunya
Oxunub: 647
8 sen 2018 | 15:18
“Bizə bir sığınacaq əvəzinə 300 manat pul verdilər” - GİLEY














Laçın rayonundan məcbur köçkün olan Müslüm Qasımov evi uçduqdan sonra yeddi nəfər ailə üzvü ilə birlikdə küçədə qalıb. Dəfələrlə icra başçısına və digər aidiyyatı qurumlara şikayətə getsə də, ona bir sığınacaq verilməyib. Son çarəni problemini mətbuata çıxarmaqda görən M.Qasımov “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək şikayətini danışıb.

Qeyd edək ki, Müslüm Qasımov 1992-ci ildə Laçın rayonunun Ağaoğlan kəndindən qaçqın düşərək Ağcəbədi rayonu, “Taxta körpü” adlanan ərazidə məskunlaşıb. Orada öz maddi vəsaiti hesabına dördotaqlı ev tikib. Otaqların keyfiyyətli materialdan tikilməməsi və baş verən təbii fəlakətlər səbəbindən ev zaman-zaman qəzalı vəziyyətə düşüb və son illər yaşanmaz hala gəlib: “2016-cı ildə Zaqatalada baş verən zəlzələ zamanı güclü silkələnmə oldu. Otaqlar çiy kərpicdən tikildiyi üçün divarlarında çatlar əmələ gəldi. 2017-ci ildə isə İmişli rayonunda zəlzələ baş verdi. Bu zaman evimiz tam qəzalı vəziyyətə düşdü. 2018-ci ilin mart ayında, şiddətli küləyin əsdiyi vaxt gecə saatlarında iki otağımız uçdu. Qonşuların köməyi ilə vəziyyətdən çıxa bildik. Usta çağırdıq, evin içərisindəki əşyaları xilas etmək üçün dağılan divarı qaldırıcı mexanizmlə qaldırdıq. Lakin əksər əşyalarımız yararsız hala düşdü. Sonradan yağış suları da evə doldu və tamamilə yaşanmaz hala düşdü”.

Şikayətçi deyir ki, hazırda üçü azyaşlı olan yeddi nəfərlik bu ailənin yaşamağa bir yeri yoxdur: “Bu evdə yeddi nəfər adam yaşayır. Üç nəfəri azyaşlıdır. Hazırda qalmağa yerimiz yoxdur. Yoldaşım hepatit xəstəsidir, ağır vəziyyətdədir. Onun sağalması üçün məcbur qalıb kredit götürdük. Birtəhər bankın krediti verə bilirəm. Əsas odur ki, yoldaşım xəstəxanada müalicə alır. Maddi durumumuz çox aşağıdır. Uçan evimizi bərpa edə bilmirik. Mən istəmirəm ki, nəvələrim də ataları kimi şəraitsizlikdən böyrəklərini itirsin”.

M.Qasımov evinin uçması ilə bağlı Laçın rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb ondan yardım istədiyinin bildirdi: “İcra başçımız Aqil Nəzərli və müavinlərinə evimin uçduğunu və azyaşlı nəvələrimlə pis vəziyyətdə qaldığımı danışdım. Mənə evimi təmir etmək üçün 300 manat pul verdilər və başqa heç bir köməklik edə bilməyəcəklərini dedilər. Sizcə, 300 manata uçan bir evi bərpa etmək mümkündürmü? (Fotoları göstərir...) Başçıya dedim ki, azyaşlı uşaqlara yazığın gəlsin, onlar hələ körpədirlər, bizə daldanacaq yer lazımdır. Hətta Aqil Nəzərli memarı göndərdi ki, evimə baxış keçirib, yaşayışın mümkün olub-olmamasını öyrənsin. Memar evin vəziyyətinə baxış keçirdikdən sonra yaşayışın təhlükəli olduğunu bildirdi. Yenə də icra başçısı həmin 300 manatdan savayı bir köməklik etməyəcəyini dedi. Xahiş etdim ki, heç olmasa hər otağın təmiri üçün 300 manat verilsin, lakin dediyindən dönmədi. Son sözü bu oldu ki, kimə istəyirəmsə, gedim şikayət yazım, onsuz da məktublar təkrar ona göndəriləcək”.

M.Qasımov uçan evinin bərpa olunması ilə bağlı aidiyyatı qurumlardan onun ailəsinə köməklik göstərilməsini xahiş etdi: “Mənim səsimi yuxarı instansiyalara çatdırılmanızı xahiş edirəm. Yeddi nəfərlik ailənin başının üstündə bir dam yoxdur. İki azyaşlı nəvəm və hepatit xəstəliyindən əziyyət çəkən həyat yoldaşım var. Əlacsızam... İcra başçısı Aqil Nəzərliyə səslənirəm, insan bu qədər soyuqqanlı və mərhəmətsiz olarmı?”

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...