Sağlamlığımızla necə oynayırlar... - FOTOFAKT
Sosial / Dunya
Oxunub: 690
10 sen 2018 | 22:16
Sağlamlığımızla necə oynayırlar... - FOTOFAKT













“M&P” firmasının istehsalı olan kəsmiyin içindən həşərat çıxıb. AzEuroNews.com-un verdiyi məlumata görə, bu faktla istehlakçılardan biri qarşılaşıb. Onun sosial şəbəkədə paylaşımı müzakirələrə yol açıb. İstehlakçının sözlərinə görə, “Adora” marketdən aldığı kəsmiyin içindən çıxan həşəratın marketin yoxsa istehsalçının günahı olduğunu bilmir. Feysbuk istifadəçiləri arasında bəziləri sözü gedən “M&P” firmasını ittiham ediblər. Ancaq marketin süd məhsulları şöbəsində antisanitariya hökm sürüdüyünü şərh yazanlar da olub. Fakt isə ondan ibarətdir ki. istehlakçı belə iyrənc mənzərə ilə qarşılaşıb. Görəsən “M&P” firmasının istehsal müəssisəsində hansı şərait “yaradılıb” ki, həşəratlar, milçəklər kəsmiyin içinə düşürlər, sonra paketlənib mağazalara paylanır? Bu şirkətin fəaliyyəti, sahibi haqda da məhdud informasiyalar var. Onların da əksəriyyəti neqativ faktlardır. Məsələn, 2011-ci ildə istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə süd məhsullarının istehsalı ilə məşğul olan “M&P” firması barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı. Dövlət Xidmətində işə baxılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə, “M&P” firmasına 1,3 min manat maliyyə sanksiyası tətbiq edilmişdi. Digər məlumat şirkətə Məmmədov soyadlı birinin rəhbərlik etməsi və Binəqədidə yerləşməsidir. 2010-cu ildə yayılmış xəbərdə isə deyilir ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, ev 54 ünvanında yerləşən M&P firmasından götürülmüş nümunələrin laborator müayinəsi zamanı müəssisədə istehsal edilmiş yağlılığı 20% olan xamanın, yağlılığı 3,2% olan qatığın və camış qatığının tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus qrupundan olan bakteriyalar (stafilakokk) aşkar olunub. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, etiketində yağlılığının 20% olduğu göstərilmiş xamanın tərkibində yağın kütlə payının normadan az olduğu da müəyyənləşdirilib. Aşkar edilmiş pozuntularla əlaqədar, insan orqanizmi üçün təhlükəli olan 273 kq süd məhsullarının məhv edilməsi barədə M&P firmasına Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib və həmin mallar qanunamüvafiq qaydada məhv edilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “M&P” firmasına məxsus istehsalat sahələrində istehsal edilmiş süd məhsullarını almamağı tövsiyə edir. Sağlamlığımızla necə oynayırlar... - FOTOFAKTSağlamlığımızla necə oynayırlar... - FOTOFAKT
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür