İtalyan şirkəti Fərhad Əhmədovu məhkəməyə verdi - 5 milyonluq iddia
Sosial
Oxunub: 496
10 sen 2018 | 14:30
İtalyan şirkəti Fərhad Əhmədovu məhkəməyə verdi - 5 milyonluq iddia
















Tanınmış italyan şirkəti azərbaycanlı milyarderi məhkəməyə verib.

Open.az-ın məlumatına görə, “Paghere Green Service Societa Agricola S.R.L” şirkəti azərbaycanlı milyarder Fərhad Əhmədov və onun şirkəti barəsində iddia qaldırıb. İddiada bildirilir ki, Fərhad Əhmədova məxsus “Baku Caspian Real Estates Limited” MMC – italyan şirkətinə ödənməli olan 3 milyon avronu ödəməyib. Qeyd olunur ki, xarici şirkət 2016-cı ildə Fərhad Əhmədova məxsus şirkətlə Bilgəh qəsəbəsində yerləşən 6 hektar ərazidə abadlaşdırma, yaşıllaşdırma işləri aparılması ilə bağlı kontrak imzalanıb. Müqaviləyə əsasən, italyan şirkətinə bu işlərin müqabilində ümumilikdə 12 milyon avro və əlavələr ödənilməliymiş. Lakin işlərin yekunlaşmasına çox az vaxt qalmış Fərhad Əhmədova məxsus şirkət 3 milyon avronu ödəməkdən boyun qaçırıb və italyanları hədə qorxu ilə ərazidən çıxardıb.

Bununla bağlı “Paghere Green Service Societa Agricola S.R.L” şirkəti London Məhkəməsinə müraciət edərək maddi və mənəvi zərərə görə 5 milyon avroluq iddia qaldırıb.

Şirkətin Azərbaycandakı hüquqi nümayəndəsi vəkil Kamandar Nəsibov Open.az-a bildirib ki, cinayət tərkibi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediləcək.

Qeyd edək ki, milyarder Fərhad Əhmədov Rusiyada yaşayır. O, “Rusiyanın ən varlı 200 biznesmeni” siyahısında 67-ci yerdə qərarlaşıb. Milyarderin adı bir müddət əvvəl keçmiş arvadı ilə məhkəmə qalmaqalında keçib. Belə ki, milyarder Böyük Britaniya məhkəməsinin qərarına əsasən, keçmiş həyat yoldaşına 584 milyon dollar (453 milyon funt sterlinq) ödəməli olub. Bu, Britaniya tarixində boşanma prosesində ödənilmiş ən böyük məbləğdir.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb