SOCAR-ın idarə rəisinə qarşı şok iddialar: Korrupsiya, saxta tender… – Açıqlama
Sosial / Dunya
Oxunub: 981
10 sen 2018 | 13:52
SOCAR-ın idarə rəisinə qarşı şok iddialar: Korrupsiya, saxta tender… – Açıqlama















SOCAR keçmiş əməkdaşının iddialarına cavab verib: “Ciddi araşdırmalar aparılıb”
Bizimyol.info -ya müraciət edən vətəndaş İsmayılov Elnur Mənsur oğlu iddia edib ki, SOCAR dövlət büdcəsindən 20.000.000 manatı talan edib.

“Bu barədə Baş Prokurorluğa ünvanladığım müraciətlər SOCAR-a göndərilir. Faktlarla təsdiq olunmuş 300-dən çox müraciətimin hamısına SOCAR-ın Hüquq Departamentinin rəisi Eldar Orucov eyni cavabları verib”,-deyə o, bildirib.

Elnur İsmayılov qeyd edib ki, o, SOCAR-ın Geofizika və Geologiya İdarəsinin Kəşfiyyat Geofizika İdarəsinin rəis müavini vəzifəsində işləyərkən, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı, Geofizika və Geologiya idarəsinin rəis müavini işləyən Faiq Hüseynov tərəfindən qanunsuz olaraq “ştat ixtisarı” adı altında işdən azad olunub: “Mənim işdən çıxarılmağıma əsil səbəb o olub ki, mən Faiq Hüseynovun idarənin külli miqdarda əmlakını talaması barədə onun özünə bildirdiyim üçün o, mənim “ağzımı yummaq” və idarədən bir dəfəlik uzaqlaşdırmaq üçün asan yol seçərək “ştat ixtisarı” bəhanəsi ilə məni qanunsuz yolla işdən çıxardı. Baxmayaraq ki, mən ali təhsilli mütəxəssisəm, biri anadangəlmə qüsurlu olan 2 azyaşlı uşağım var, ailədə işləyən təkcə mənəm.

Məni “ixtisara” salan Faiq Hüseynov özü və “Azərsu” ASC-də müxtəlif vəzifələrdə işləyən 10 nəfər qohumları, qapısını tanımadıqları “Təfəkkür” Universitetinin “optom” əldə etdikləri diplomları ilə istənilən vəzifəyə uyğunlaşdırılıb dövlətin əmlakını talamaqda davam edirlər”.

E.İsmayılov iddia edib ki, Faiq Hüseynov qohumları-dostları vasitəsi ilə SOCAR-ın Geofizika və Geologiya İdarəsidən ümumilikdə tender yolu ilə satınalmaları həyatakeçirərkən, 20.000 000 manat məbləğindən çox qiymətləndirilən vəsaiti talayıb öz mənafeləri üçün istifadə ediblər: “Bakı şəhərində 25-dən çox obyektlər (hamamlar, kafe-restoranlar, mebel mağazaları, apteklər və digər özəl tibb müəssisələri və s.) inşa etdirib dost-qohumlamın adına sənədləşdirib icarəyə verib. Bir sıra obyektləri isə qardaşı Qorxmaz Hüseynovun rəhbərlik etdiyi “Azərsu” ASC-nə icarəyə verib. Həmin obyektləri Faiq Hüseynov vəzifəsindən sui-istifadə etməklə əldə etdiyi pulların hesabına inşa etdirib. Göstərdiklərim mənim iştirakımla araşdırılarsa sübuta yetirərəm.

Mən tutduğum vəzifədən qanunsuz olaraq çıxarılmağım və bunun əsil səbəbi barədə müvafiq orqanlara məlumat vermiş olsam da mənim işə qaytarılmağım və Faiq Hüseynov barəsində heç bir tədbir görülməyib”.

SOCAR-ın keçmiş əməkdaşı iddia edib ki, aşağıda adını sadalanan idarəyə lazım olan avadanlıq və materialların yüksək keyfiyyətli, zavod istehsalı və münasib qiymətə olmasını F.Hüseynova bildirməsinə baxmayaraq, F.Hüseynov özünün təşkil etdirdiyi “ASTRA” MMC və digər aralıq müəssisələr vasitəsilə qiymətlərin dəfələrlə şişirdilməsi yolu ilə kustar üsulla hazırlanmış və Çin istehsalı olan mallar almışdır.

Elnur İsmayılov iddia edib ki, cədvəldən göründüyü kimi seçmə üsulu ilə cəmi 17 qaimə ilə süni qiymət artırması vasitəsi ilə 6.608.430 manat dövlət vəsaiti mənimsənilib: “Qeyd edirəm ki, bu siyahı seçmə üsulu ilə və mümkün informasiyaya görə tərtib edilib. Və bu məbləğin on dəfələrlə çox olması şübhəsizdir.Bununla yanaşı F.Hüseynov idarənin balansında olan irihəcmli gəmilərin komplektinə daxil olan geofiziki tədqiqatlar aparmaq üçün nəzərdə tutulmuş, eni 2,4 metr, uzunluğu 6,8 metr təqribi ölçülərdə “Volvopenta” tipli stasionar mühərriklə təchiz olunmuş qayığı öz adına FHN-də sənədləşdirib, oğlu Fərhadın adını isə həmin qayığa verib. Sonradan isə həmin idarədən oğurlanmış qayığı NiyaməddinMusayevin adı ilə fiziki şəxs kimi aylıq 15.000 manat qarşılığında SOCAR-a icarəyə veribdi. Halbuki həmin dövrdə NiyaməddinMusayevin nə mülkiyyətində, nə də icarəsində heç bir qayıq olmayıb.

GGİ-nin tabeçiliyində 3 idarə və bir elmi tədqiqat institutu olub. Göstərdiklərim tək kəşfiyyat Geofizika İdarəsində baş verən qanunsuzluqlar və korrupsiya faktlarıdır. Qalan müəssisələrdə şəffaf yoxlamalar aparılarsa Faiq Hüseynov tərəfindən talan olunmuş yüz milyonlarla dövlət vəsaitini büdcəyə qaytarmaq mümkündür.

Bütün bu faktları Faiq Hüseynov Vaqif Abdullayevi qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun vasitəsilə rəis təyin etdirdikdən sonra həyata keçirib. Vaqif Abdullayev GGİ-dən təqaüdə göndərildikdən sonra bütün çirkli işləri gizlətdiyinə görə “Azərsu” ASC-dəQorxmaz Hüseynov tərəfindən yüksək vəzifəyə təyin edilib. Faiq Hüseynov GGİ-də keçirilən tenderlərə indi də dolayı yollarla sahiblik edir”.

SOCAR keçmiş əməkdaşının iddialarına cavab verib

Elnur İsmayılovun müraciət əsasında SOCAR-ın mətbuat xidmətinə informasiya sorğusu göndərilib. Şirkətin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovun bizimyol.info-ya verdiyi cavabda qeyd olunub ki, SOCAR-ın Korrupsiya ilə Mübarizə üzrə Siyasətinə əsasən şirkət daxilində bütün korrupsiya ittihamlarının xüsusi komissiya tərəfindən araşdırılması və təqsirkarlara qarşı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Həmin sənədin digər məqsədi həm də şirkət daxilində korrupsiya hallarına gətirib çıxara biləcək mühit və şəraitin yaranmasının qarşısını almaqdır.

“Bu səbəbdən Elnur İsmayılovdan SOCAR ünvanına daxil olmuş bütün əvvəlki müraciətlər əsasında ciddi araşdırmalar aparılıb. Bu cür iddiaların araşdırılması ilk növbədə SOCAR-ın marağındadır. Bununla yanaşı, şirkət öz əməkdaşlarına qarşı irəli sürülən bütün ittihamların həm də müvafiq dövlət orqanları tərəfindən araşdırılmasını dəstəkləyir və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun verilən bütün qərarları qəbul edir. Elnur İsmayılov məktubunda qeyd edib ki, o SOCAR-la yanaşı həm də Polisə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna da müraciət edib və ona iddialarının əsassız olduğu bildirilib.

Elnur İsmayılovun işdən çıxarılmasının şəxsi qisas aktı olması ilə bağlı irəli sürdüyü iddia şirkət daxilində araşdırılıb. Aparılmış araşdırmadan məlum oldu ki, Elnur İsmayılovun çalışdığı struktur bölmə – “Kəşfiyyatgeofizika” idarəsi 01.01.2014 tarixində ümumiyyətlə bir struktur vahidi kimi ləğv edilib. Yəni onun işdən çıxmasına gətirib çıxaran struktur dəyişikliyi konkret bir şəxslə bağlı deyil, bütövlüklə struktur bölməsinə şamildir. Həmin struktur dəyişikliyindən sonra Elnur İsmayılov ona təklif olunan alternativ vəzifədən imtina edib və məhz bu səbəbdən işdən azad olunub.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin müvafiq əmrinə əsasən Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İdarəsinin balansında olan Elmi-tədqiqat gəmiləri Xəzər Dəniz Neft Donanmasının balansına verilib. Qeyd olunan gəmilər təhvil-qəbul aktı ilə 2008-ci ildə tam və komplekt şəkildə XDND-nin İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsinin balansına verilib. Ərizəçi İsmayılov Elnur Mənsur oğlu da GGİ tərəfindən komissiyanın sədr müavini kimi təhvil-qəbul prosesində iştirak edib. Təhvil-qəbul aktı gəmilərin və onlara aid avadanlıqların tam və komplekt şəkildə XDND-na təhvil verilməsini təsdiq edir. Bu səbəbdən də qayıqlardan birinin Faiq Hüseynov tərəfindən götürülməsi və öz adına özəlləşdirilməsi iddiası təsdiqini tapmayıb”,-deyə SOCAR-dan bildirilib.

Şirkət cavabında sonra bu da qeyd olunub ki, SOCAR ayrı-ayrı əməkdaşların qanunsuz davranışlarına dair irəli sürülən bütün iddiaların baxılmasında maraqlıdır: “Bu məqsədlə şirkətdə mütəmadi qaynar xətt fəaliyyət göstərir. Baxmayaraq ki, daxil olan müraciətlərin böyük hissəsi bəzi əməkdaşların bir-birinə qarşı olan daxili çəkişmələrindən irəli gəlir, bundan sonra da SOCAR-ın ünvanına daxil olan bütün müraciətlər ciddi şəkildə araşdırılacaq”.

SOCAR-ın idarə rəisinə qarşı şok iddialar: Korrupsiya, saxta tender… – Açıqlama
SOCAR-ın idarə rəisinə qarşı şok iddialar: Korrupsiya, saxta tender… – Açıqlama
SOCAR-ın idarə rəisinə qarşı şok iddialar: Korrupsiya, saxta tender… – Açıqlama
SOCAR-ın idarə rəisinə qarşı şok iddialar: Korrupsiya, saxta tender… – Açıqlama
SOCAR-ın idarə rəisinə qarşı şok iddialar: Korrupsiya, saxta tender… – Açıqlama
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi