Kooperasiya Universitetində rüşvət necə leqallaşdırılıb... – TƏHSİL OCAĞINDA BAŞ VERƏN DƏHŞƏTLİ QANUNSUZLUQLAR
Sosial / Dunya
Oxunub: 3 190
12 sen 2018 | 09:29
Kooperasiya Universitetində rüşvət necə leqallaşdırılıb... – TƏHSİL OCAĞINDA BAŞ VERƏN DƏHŞƏTLİ QANUNSUZLUQLAR
















Azərbaycan Kooperasiya Universitetində baş verən neqativ hallarla bağlı mətbuatda dəfələrlə yazılıb. Xüsusən də digər universitetlərdən fərqli olaraq, bu təhsil müəssisəsində tələbələrdən rüşvətin açıq şəkildə yığılması, yəni leqallaşdırılması haqda informasiyalar heç də yeni deyil. Lakin bu günlərdə Muxalifet.az-ın redaksiyasına daxil olan faktlar Kooperasiya Universitetində vəziyyətin daha acınacaqlı olduğunu deməyə əsas verir.
Bu haqda redaksiyamıza məlumat verən mənbə deyir ki, Kooperasiya Universitetində rüşvətxorluq kütləvi hal alıb. Ali məktəbin rəhbərliyi burada təhsilin səviyyəsini yüksəltməyə maraq göstərməkdənsə, rüşvətxorluğun daha da genişlənməsinə yol açan qaydalar tətbiq etməklə, öz gəlirlərini ilbəil artırmağa çalışırlar. Məsələn, Kooperasiya Universitetində tələbələrin dərsə davamiyyəti çox aşağı səviyyədə olsa da, bu neqativ fakt rəhbərliyi narahat etmir. Əksinə, onlar davamiyyətin aşağı olmasında maraqlıdırlar. Çünki sessiyalarda iştirak etməyən tələbələr imtahanlara buraxılmaq üçün külli miqdarda vəsait ödəmək məcburiyyətindədirlər.
Mənbə deyir ki, Kooperasiya Universitetində dərsə davamiyyəti aşağı olan tələbələr imtahana buraxılması üçün, fakültəsindən asılı olaraq, hər fənnə görə 100-200 AZN rüşvət verməli olurlar. Bu pullar əksər hallarda qrup nümayəndələri, bəzən isə dekanlar tərəfindən toplanır.
Ümumilikdə isə, Kooperasiya Universitetində imtahanlar formal xarakter daşıyır. Tədris prosesində baloniya sisteminin tətbiq olunmasına baxmayaraq, fakültə rəhbərlərinin maddi maraqlarına əsasında, tələbələrə məqbul yazılır.
Məlumata əsasən, sessiya zamanı universitetdə hər tələbədən imtahanlara görə 650-750 AZN pul toplanılır. Mənbənin sözlərinə əsasən, bu pullar da yenə qrup nümayəndələri və dekanlar tərəfindən yığılır.

Qeyd edək ki, Kooperasiya Universitetinin 4-cü kurs tələbələri də istehsalat təcrübəsində iştirak edib-etməməsindən asılı olmayaraq, rüşvət verməyə məhkumdur. Belə ki, istehsalat təcrübəsində iştirak edənlər 500 AZN, etməyənlər isə 1000 AZN ödəməli olurlar. Bu pullar da rəhbərliyin göstərişi əsasında fakültə və ya qrup rəhbərləri vasitəsilə toplanır.
Mənbə deyir ki, Kooperasiya Universitetində yekun dövlət imtahanının qiyməti 1500-2500 AZN-dir. Hansı ki, bu pulların da hamısı “aşağılarda” yığılaraq, sonda universitet rəhbərliyinə çatdırılır.

Redaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edir. Kooperasiya Universiteti rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB