Nardaranlı axund: “Aşura günü uşaqların məsciddə nə işi var?!
Sosial
Oxunub: 446
17 sen 2018 | 09:42
Nardaranlı axund: “Aşura günü uşaqların məsciddə nə işi var?!














Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvaya görə, sentyabrın 20-də ölkə ərazisində Aşura günü qeyd olunacaq.

Hər il olduğu kimi bu il də Nardaran kəndlərində keçiriləcək Aşura mərasimləri diqqət mərkəzindədir. Çünki burada keçirilən Aşura mərasimləri daha çox bədənin müxtəlif hissələrinə edilən xəsarətlərlə yadda qalıb.

Bəs bu il Nardaranda Aşura mərasimi necə keçiriləcək?

Xüsusilə azyaşlılar mərasimə buraxılacaqmı?

Nardaranda yerləşən “Rəhim xanım məscidi”nin axundu hacı Musa Qasımov Modern.az-a açıqlamasında Aşura günü ilə bağlı bəzi sualları cavablandırıb. Axundun sözlərinə görə, bu il də Aşura günündə Nardaranda zəncir vurmaq olmayacaq.

“Artıq bir neçə ildir ki, Nardaranda zəncir vurmaq, sinə döymək kimi hərəkətlər yoxdur. İnsanlar adi qaydada Məhərrəmlik ayinlərini icra edirlər.Həmçinin, bu cür məsələlər nəzarət altında olur. Bu il də zəncir vurub sinə döyməyəcəklər”

Məscidin axundu qanvermə aksiyasından da söz açıb.

“Nardaranda da qanvermə aksiyası keçiriləcək. Düşünürük ki, qan vermək savab işdir.Hər il olduğu kimi, bu il də qanvermə aksiyası istisna deyil”

Musa Qasımov azyaşlı və məktəb yaşında olan uşaqların Aşura mərasiminə qatılmasına da münasibət bildirib.

“Azyaşlıların məsciddə nə işi var?! Əgər məktəb yaşındadırlarsa, onların yeri məktəbdir, məscid deyil. Aşura mərasiminə uşaqların ataları, babaları, anaları gələ bilər. Məktəb uşaqları gedib dərsləri ilə məşğul olsunlar. Çünki artıq uşaqların Aşura mərasiminə qatılması xüsusi nəzarət altınadır”.

Axund Aşura günü təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə də toxunub.

“Bu il də Aşura günü Nardaranda təhlükəsizlik tədbirləri gücləndiriləcək. Çünki kənardan gələn insanlar da olur. Ona görə də polis gücləndirilmiş rejimdə insanların təhlükəsizliyini təmin edəcək”

Qeyd edək ki, Məhərrəmlik ayına sentyabrın 11-də strat verilib.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?