Bir MTK vətəndaşa necə müsibət yaşadır... - VİDEO
Sosial / Dunya
Oxunub: 760
17 sen 2018 | 15:43
Bir MTK vətəndaşa necə müsibət yaşadır... - VİDEO















Nuriyev Nadir Mirzə oğlu adlı şəxs XəbərAl.az saytına müraciət edərək yardım etməmizi, səsini cənab Prezidentə və Birinci xanıma çatdırmamızı xahiş edib.
Müraciətində bildirir ki, 2016-cı il aprelin 3-də xərçəng xətəliyindən əməliyyat olub:" Mədəm, qida borum və ağciyərim demək olar yoxdu. Elanda gördüm ki "MTK Əzizbəyli" adlı şirkət var. 116kv /m evi 42 minə satır. Mən də qərara gəldim ki, müraciət edim. Gülşad Məmmədov Tofiq oğlu adında bir nəfər məni qəbul elədi və 10-cu mərtəbədən mənzil təklif etdi. Gedib baxdım və bəyəndim. Bir həftədən sonra məni 12-ci mərtəbəyə 272 nömrəli mənzilə gətirdi və dedi bu ev sənindir. Mən də razılaşdım. Otağında məndən 15 min manat nağd pul aldı və bunu videokamera da çəkirdi.Şirkətin rəhbərinin kim olduğunu soruşduqda dedi xaricdə yaşayır.
Aprelin birində Azad dedi evin yiyəsi yoxdu, bu ev yüz faiz sənindir. Dedi 42 min ver, 1000 manat da qaz, işıq və su çəkiləndə verəcəksən. Razılaşdım. Sonra təmirə buraxmadı. Mayın birində Azad və Məmmədov Rüfət Tofiq oğlu mənə zəng edib dedi ki işinə görə 4500 manat da lazımdır. Ona kinoteatrın yanında 1500 manat verdim və dedim daha yoxdu pulum. Müqaviləyə yazmağını istəyəndə, katibəyə yazdırdı ki " Nuriyev Nadir Mirzə oğlundan Mən Məmmədov Rüfət Tofiq oğlu 1500 manat pul alıram ". Mən də razılaşdım".
Şikayətçi İddia edir ki, Azad deyib Bakı şəhər İcra Hakimiyyəti onu qəbula buraxmayıb, Azad da FHN-nə Kəmaləddin Heydərovun qəbuluna gedəcəkmiş ki onun işini həll etsin. O da inanıb ki, bu evdə saxtakarlıq yoxdur.
Şikayətçinin XəbərAl.az saytına bildirdiyinə görə, həmin ərəfədə sən demə Azad axtarışda imiş: " O həbs olunduqdan sonra Rüfət Tofiqoğlu Məmmədov mənə dedi ki, ondan şikayət elə sənin pulunu verəcək...
Sonra mənə dedi onsuz da aldanmısan də, pulun əlindən gedib. Gəl burda mühafizə işlə ayda 500manat verək. Sən demə bura heç MTK Əzizbəyliyə də aid deyilmiş .
"Damka" tikilmişdi, qapısı -pəncərəsi də yoxuydu. Yaşayış üçün yerim də yoxuydu deyə çarəsizlikdən qəbul elədim bu işi. Borc 3 min pul aldım, oranı alçipanla düzəltdim özümə ev elədim. İyunun 25-26 -sı Afət adlı qadın gəlib dedi ki Azad dedi burda o qalmalıdır və mən burdan uzaqlaşdırılmalıyam. Məni məcbur elədi burda yığılan pulun hamsını türməyə Azada yollayam".
Bu tələbə etiraz etdiyindən Nadir Nuriyev Avqustin 5-də Lara, Afət və Rüfət tərəfindən təzyiqə məruz qaldığını və döyüldüyünü iddia edir və hətta pensiyasından sıxışdırıb Kimya terapiyası üçün saxladığı 500 manatı da götürdüklərini bildirir: "Afət deyir 34-cü bölmə mənimdir, Rüfət deyir ki Əhmədli hamısı bizimdir, heç kim heç nə edə bilməz, hara şikayət edirsən et.Dedilər harasa şikayət eləsən səni ailəqarışıq cəzalandıracam. Deyirlər istəyirəsn korrupsiyaya get istəyrisən hara gedirsən get.Onsuz da biz deyən olacaq. Yaşaya bilmirəm. Afət yanında iki reket gətirib ki səni öldürərlər gedib kiməsə desən.Mən onsuz da ölürəm, dözə bilmirəm.
Prezidentimdən başqa heç kimim yoxdur, Prezidentimiz və Xanımından xahiş edirəm mənə kömək eləsin.
Mən Laranı tanımıram amma Afət orda yaşayır Əzizbəyli binada. Mən ora pul ödəmişəm. Mənim səsimə səs verin"-deyə şikayətçi bildirir və kömək gözləyir.
XəbərAl.az saytı məsələni araşdıracaq və ictimaiyyəti məlumatlandıracaq. Ümidvarıq ki aidiyyatı orqanlar da bu işdə bizə əlindən gələn köməkliyi göstərəcək ki, azad suveren ölkədə, Prezidentin məmurlara verdiyi göstərişlərdən sonra bu qədər böyük iddianın və şikayətin nə qədər əsaslı olub -olmadığını aydınlaşdıraq.
MTK Əzizbəylinin vətəndaşlarla bu qədər qəddar və qanunsuz davranışını kimə güvənərək etdiyini araşdıracağıq.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası