“Mən ac nəvəmin üzünə baxa bilmirəm...” - GİLEY
Sosial
Oxunub: 524
24 sen 2018 | 17:46
“Mən ac nəvəmin üzünə baxa bilmirəm...” - GİLEY














Azərbaycan Dövlət İqtisad Universitetinin Rus dili kafedrasının işdən azad edilmiş müəllimi Zərifə Mansurova ADİU-dan haqsız olaraq, qərəzli şəkildə işdən çıxarılması ilə bağlı məhkəməyə müraciət edib. Lakin çox təəssüflər olsun ki, hüquqlarını müdafiə edəcək vəkil ondan 1000 manat pul alsa da, iddianı məhkəməyə vaxtında təqdim etməməsi səbəbindən Səbayel rayon Məhkəməsinin hakimi 30 ildən çox pedoqoji fəaliyyətlə məşğul olan müəllimənin iddiasını iddia müddətini ötürməsi bəhanəsi ilə rədd edib. Zərifə xanım həmin qətnamədən apellyasiya şikayəti verib. İş materialları Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinskinin icraatındadır, növbəti məhkəmə 2 oktyabr 2018-ci il tarixinə təyin edilib. Hakim iki dəfədir ADİU-nun nümayəndəsinə təklif edib ki, bu xanımın şikayəti əsaslıdır, orta məxrəcə gəlin, ailəsini aldığı maaşla dolandırıb, heç bir qüsuru yoxdur, “Differensial əmək haqqı” alan müəllimlərə 3-5 min manat verməyinizə söz yox, bu rektorun işidir. Amma bu xanım da yazıqdır, ona 300-400 manatlıq bir iş verin, məhkəmədə göz yaşı tökməsin, ədaləti itirməyin və s. Və hakim rektor Ədalət Muradovun nümayəndəsinə onu da təklif edib ki, Zərifə Mansurovanı rektorla görüşdürsün, yəqinki professor Ədalət Muradov ədalətli addım atar.

Lakin bu günə kimi Zərifə Mansurova rektorun qəbuluna düşə bilmir. Odur ki, Zərifə Mansurova KİV vasitəsilə rektor Ədalət Muradova müraciət etməli olub. “Təzadlar”a zəng edərək müraciətinin dərcini xahiş edən Z.Mansurovanın müraciətində deyilir: “Çox hörmətli Ədalət müəllim! Mən Sizə yazdığım ərizələrimdə və əlavə olunmuş sənədlərdə də göstərmişəm ki, işdən əsassız olaraq çıxarılmışam. Tədbir görülmədiyindən məhkəməyə müraciət etmişəm.
Hörmətli Ədalət müəllim, hakim də təklif edib ki, mən Sizinlə görüşüm və əsil həqiqəti diqqətinizə çatdırım. Lakin köməkçiniz mənə hər dəfə deyir ki, rektora yaxın düşə bilmirəm, yaxud ona elə söz deyə bilmərəm. Axı insanlar cənab Prezidentə sözünü deyə, ünsiyyət saxlaya bilirlər. Köməkçi ondan ötrüdür ki, müraciətləri Sizə çatdırsın. O, Sizinlə görüşə bilmirsə, necə köməkçidir?
Ədalət müəllim, mənim himayəmda nəvəm və qızım, yaşlı anam var. Neçə aydır ki, ailəmiz anamın pensiyası ilə dolanır, körpə nəvəmin yeməyinə belə pul tapa bilmirik. Borc içindəyik. İşlədiyim kafedranın müdiri Sizə nə deyib bilmirəm, amma mən əməyimin əvəzində yalnız maaş almışam. Bu gün məni və ailəmi çörəklə imtahana çəkmək ədalətsizlikdir, insafsızlıqdır. Dünyanın malı dünyada qalandır, Allah da götürməz ki, mən hər gün uşaq yeməyi istəyən körpə nəvəmin üzünə baxa bilmirəm. Mən ona necə deyim ki, əziz nəvəm, sənin bu vəziyyətə düşməyinin səbəbkarı elmlər doktoru, professor, rektor Ədalət Muradovdur?! O bunu yalnız böyüyəndə başa düşə bilər. Onda isə bəlkə də heç birimiz həyatda olmayacağıq. Amma çəkdiyim mənəvi əzablara görə mən yox, bu əzabları ailəmizə çəkdirənlər qınanacaq, günahkar onlar olacaq.
Bir daha xahiş edirəm, məni qəbul edin, son sözünüzü deyin, mənim işdən getməyim Dövlət İqtisad Universitetinin tərəqqisinə xidmət edəcəksə, məmuniyyətlə gedəcəyəm. Qoy bu universitet Elşən Bağırzadələrin gümanına qalsın.
Allahın amanında olasınız! Və Allah adildir, hər şeyi görür və qiymətini verir...”. \\tezadlar.az\\
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO