25-09-2018, 19:16 Oxunub: 118

Nazir müavini: Azərbaycanda heç bir aclıq problemi yoxdur

Nazir müavini: Azərbaycanda heç bir aclıq problemi yoxdur














Bu gün Azərbaycanda heç bir aclıq problemi yoxdur.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bu gün “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, bu problemin yaranmaması və yaşanmaması üçün ölkədə bir sıra mühüm tədbirlər görülüb, ərzaq təhlükəsizliyinin təmin edilməsi yönündə dövlət proqramları təsdiq olunub.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda aparılan uğurlu işlərin nəticəsidir ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 5 faizdən aşağıya endirilib.

S.Həsənova əlavə edib ki, Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində böyük işlər görülür və yaxın zamanlarda bu yöndə bir çox beynəlxalq qurumların iştirakı ilə Azərbaycanda geniş beynəlxalq forum keçiriləcək.
Əli Əhmədov: “2030-cu ildə Azərbaycanda daha sosial yönümlü bir cəmiyyət yaradılacaq” Əli Əhmədov: “2030-cu ildə Azərbaycanda daha sosial yönümlü bir cəmiyyət yaradılacaq” Sosial 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür Medeniyyet “Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır” - Prezidentin köməkçisi “Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır” - Prezidentin köməkçisi Siyaset Azərbaycanda yeddinci beynəlxalq hava limanı olacaq Azərbaycanda yeddinci beynəlxalq hava limanı olacaq Iqtisadiyyat Nazir müavini sosial ipotekanın artırılmasını təklif etdi Nazir müavini sosial ipotekanın artırılmasını təklif etdi Iqtisadiyyat