25-09-2018, 19:44 Oxunub: 121

Uşaqlara siqaret təklif edənlər 100 manat cərimələnəcək

Uşaqlara siqaret təklif edənlər 100 manat cərimələnəcək














Azərbaycanda tütün məmulatlarından istifadəyə görə cərimənin məbləği ilə bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 212.3, 212.4 və 212.5-ci maddələr əlavə edilir.

212.3-cü maddəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı olmaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə müəyyənləşdirilib.

212.4-cü maddəyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə kəsiləcək.

212.5-ci maddəyə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə ( tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə – vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.

Sənəd artıq Milli Məclisə (MM) daxil olub və bu gün Əmək və sosial siyasət komitəsində müzakirəyə çıxarılacaq.
Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi Sosial Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq - Yeni qadağa Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq - Yeni qadağa Iqtisadiyyat Yeniyetmələr siqaret ala bilməyəcək - Şəxsiyyət vəsiqəsi tələb olunacaq Yeniyetmələr siqaret ala bilməyəcək - Şəxsiyyət vəsiqəsi tələb olunacaq Sosial İctimai yerdə siqarət çəkənlərə bəd xəbər - 1000 manatadək cərimə İctimai yerdə siqarət çəkənlərə bəd xəbər - 1000 manatadək cərimə Sosial Azərbaycanda siqaretin satışı və idxalı ilə bağlı – YENİ QADAĞALAR Azərbaycanda siqaretin satışı və idxalı ilə bağlı – YENİ QADAĞALAR Iqtisadiyyat