29 ölkənin ən yeni silah və texnikaları Bakıda – VİDEOREPORTAJ
Sosial
Oxunub: 472
26 sen 2018 | 10:45
29 ölkənin ən yeni silah və texnikaları Bakıda – VİDEOREPORTAJ















Bakıda 29 ölkənin 224 şirkətini bir araya gətirən “ADEX-2018” Azərbaycan Beynəlxalq Müdafiə sərgisi öz işinə başlayıb. Bu genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir.

Azərbaycan Prezidenti İlham Əliyev sərgi iştirakçılarına məktubla müraciət edib. Məktubu Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov oxuyub.

Prezident məktubunda vurğulayıb ki, ərazisinin 20 faizi işğal altında olan Azərbaycan müdafiə qabiliyyətinin artırılmasına və Silahlı Qüvvələrin maddi texniki təchizatının gücləndirilməsinə xüsusi önəm verir.

Açılış mərasimində çıxış edən müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib ki, nazirliyin istehsal etdiyi silahlar Azərbaycan Ordusu ilə yanaşı bir sıra xarici ölkələrin ordularının silahlanmasına daxil edilib

Sərgidə ilk dəfə Azərbaycan istehsalı olan “Tufan” zirehli maşını nümayiş olunub. Müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə hazırlanan minaya davamlı “Tufan” ilk milli zirehli nəqliyyat vasitəsidir.

Bundan başqa sərgidə Azərbaycan istehsalı olan bir sıra silahlar təqdim olunub. Nümayiş olunan yeni silahlardan biri mərmi atan snayperdir. 23×115 mm ölçülü snayperin çəkisi 34 kiloqramdır. Silahın atdığı mərmi 6 kilometr uzağa gedir. Həmçinin 2 kilometri dəqiq vura bilir. Yaxın vaxtlarda sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində istifadəyə veriləcək.

Sərgidə yeni istehsalına başlanılan “QFAB-250 LG” adlı aviasiya bombası da nümayişə çıxarılıb. Bombanın çəkisi 250 kiloqramdır. Lazer nişangahlı qəlpəli-fuqaslı aviasiya bombasının uçuş məsafəsi 12 min metrdir. Bomba düşdüyü yerdən 10 metr kənara qəlpə verir. Bombanın uzunluğu 3300 mm, diametri 240 mm-dir. Türkiyənin “Aselsan” şirkəti ilə müştərək hazırlanan bomba sınaqdan sonra istifadəyə veriləcək.

Ümumilikdə sərgiyə beynəlxalq səviyyədə maraq olduqda böyükdür. Belə ki, “ADEX 2018″də Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) şirkətlə təmsil olunur. Ziyarətçi şirkət və qurumlarla birlikdə sərgi coğrafiyası 44 ölkəni əhatə edir.

Qeyd edək ki, sərgi sentyabrın 27-dək davam edəcək.
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb
Dünən, 10:56
Sülhməramlılar hara gedir? - "Bild"