5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında baş verənlər
Sosial
Oxunub: 2 615
14 mar 2015 | 22:29
5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında baş verənlər










Pulsuz olub, pullu xidmət göstərən səhiyyəmiz

Bu gün Azərbaycanın dövlət səhiyyə müəssisələrində pulsuz xidmətlərin olması barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, dövlət balansında olan bəzi xəstəxana və poliklinikalarda vətəndaşlardan açıq-aşkar nəsə umulur. Gözlənilən nəticə əldə edilməyəndə isə, heç xəstələrin üzünə də baxan olmur. Səhiyyə naziri Oqtay Şirəliyev hər zaman müsahibələri zamanı dövlət xəstəxanalarında müayinə və müalicə prosedurlarının pulsuz olduğunu deyir. Lakin görünür, bir çox səhiyyə ocaqlarının rəhbərləri nazirin bu fikri ilə razı deyillər.
Redaksiyamıza daxil olan məlumatlarda paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 6 ünvanda yerləşən 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Qurbanova Rəna Əziz qızının öz fəaliyyətində yol verdiyi saxtakarlıq hallarına dair konkret faktlar təqdim olunur. Bu xüsusda aldığımız məlumatlarda 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının yaranmış vəziyyətin həddindən artıq acınacaqlı olduğu bildirilir. Xüsusi olaraq vurğulanır ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin pulsuz olmasına dair xüsusi qanun maddəsi olduğu halda, istisnasız olaraq bütün xəstələr 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Pul ödəməkdən imtina edən xəstələr isə nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. Digər tərəfdən isə poliklinikada yaranmış vəziyyətdən şikayətlənən xəstələr, həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edirlər. Belə ki, baş həkim daxil olmaqla digər həkimlər də poliklinikadan öz mülkləri kimi istifadə edir. Xəstələrə qarşı soyuq münasibət nümayiş etdirirlər. Sanki xəstələr onlar üçün gəlir mənbəyidir. İmkansız şəxslərdən də nəsə umurlar. Pasiyentlərin sözlərinə görə, 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında bəzi həkimlər öz şəxsi maraqlarını güdürlər. Səhiyyə Nazirliyi tərəfindən vətəndaşlara pulsuz verilən dərman preparatlarının taleyi isə məlum deyil. Əfsuslar olsun ki, belə olan təqdirdə səhiyyə sisteminin inkişafı bir kənarda qalır və maddi məsələlər ön planda durur. Səhiyyə Nazirliyi rəhbərliyinin vəzifəsinə uyğun olmayan işlərə qol qoyan həkimlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bəziləri bundan nəticə çıxarmır ki, çıxarmır. Lakin bu dövlət poliklinikasında da müxtəlif tibbi aparatlardan, müayinələrdən keçməyin adı pulsuz olsa da, heç kim hansısa həkimi lazımi səviyyədə "görməsə" ona yüksək səviyyəli tibbi xidmət göstərilmir. Birbaşa qəbz şəklində olmasa da, vətəndaşlardan istər ultrasəs müayinə, istər laboratoriya və sairə xidmətlərə görə, açıq şəkildə nələrsə tələb olunur. Bundan başqa xəstələr bildirirlər ki, sağlamlıq haqqında arayış belə alanda bizdən açıq şəkildə nəsə tələb edirlər. Əks halda vətəndaşları get-gələ salırlar. Ona görə də müvafiq qurumlar sözügedən tibb müəssisəsi ilə bağlı ciddi ölçü götürməlidirlər. Bundan başqa vətəndaşların tibbi siğortası yoxdur. Ona görə də müayinə və müalicə zamanı xəstələr əllərini ciblərinə salmaq məcburiyyətində qalırlar. Bu səbəbdən bu gün insanlar xəstələnərkən həkim müayinəsindən keçmək üçün maddi durumları yol vermir. Hətta əməliyyat səviyyəsində ağır xəstəlikləri olan şəxslər nəinki xarici ölkəyə heç ölkə daxilində də bunu elətdirməyə imkanı çatmır. Xüsusilə də pensiyaçılar, tələbələr, aztəminatlı ailələr üçün həkim qəbuluna düşmək böyük problemə çevrilib. Bir sözlə, sözügedən səhiyyə ocağı ilə bağlı ciddi tədbirlərin görülməsi artıq vacib amillərdən sayıla bilər.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO