11-10-2018, 16:35 Oxunub: 1 642

Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin rəis müavini Rəşid Həsənov sahibkarı ölkəni tərk etməyə təkrik edir--ŞOK İTTİHAM

Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin rəis müavini Rəşid Həsənov sahibkarı ölkəni tərk etməyə təkrik edir--ŞOK İTTİHAM














VİCDANLI VERGİ ÖDƏYİCİLƏRİ İNCİDİLİR — ONLARDAN DÖVRİYYƏDƏN 6 FAİZ VERGİ ŞƏRTİNƏ BOYUN ƏYMƏK TƏLƏB OLUNUR

Azərbaycanda XVII-XVIII əsrlərdə xan-bəy dövründə vergiyığanlar həm dövlətə, həm də öz ciblərinə işləyirmişlər. O vaxt əlavə yığılan qeyri-rəsmi vergiyə “ŞILTAQAT” deyirmişlər. Deryaz.az xəbər portalının redaksiyasına müraciət edən ali təhsilli iqtisadçı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qocamanov Ayaz İlyas oğlunun şikayətləndiyi vergi siyasəti isə, “ŞILTAQAT”dan da betər addımdır. İş adamı bildirir ki, «Təmsilçisi olduğumMMC-lər— «AZQLOBAL-2016» MMC, «HELMES—AA» MMC, «M-İKS» MMC, «FİOLET—FA» MMC, «GROSS—ST» MMCidxalbiznesi üzrə fəaliyyətgöstərirlər. Qanunifəaliyyətgöstəribrüsumları vaxtlı-vaxtında ödəsəkdə, bir müddət bundan əvvəlTürkiyədəngətirdiyimmalları «Meyvəliterminalı”ndagömrük əməkdaşları saxladılar. Qarşı tərəfdənatılanaddımınsəbəbinisoruşduqda “Göstəriş VergilərNazirliyinin İdxal-İxrac İdarəsininrəismüaviniRəşidHəsənovdangəlib” deyə cavabverirlər. Bir qədər çəkçevirdən sonra onlarmənə VergilərNazirliyinə müraciətetməyimiməsləhətgördülər.Nazirlikdənisə mənə cavabverdilərki, «Səninkameralborcunvar, onagörə də mallarınsaxlanılıb». Olmayanborclabağlı rəhbərliketdiyim şirkətlərdənbiridə — «HELMES— AA» MMC-də az öncə eyni ədalətsizliklə üzləşmişdi. Buna görə də adicə kameral vergini düzgün hesablamağı bacarmayan Vergilər Nazirliyinin Bakı Lokal Vergi İdarəsini, hələ bir müddət bundan əvvəl Bakı İnzibati-İqtisad Məhkəməsinə vermişdim və haqlı olduğu üçün məhkəmədə qalib gəldim. Bununla bağlı məndə məhkəmə qətnaməsi var. Hazırda «AZQLOBAL—2016″ MMC-nin adı ilə gətirdiyim mallar da saxlanıldığından, bununla da bağlı məhkəməyə müraciət etmişəm. Haqlı olduğum üçün inanıram ki, bu məhkəmədə də qalib gələcəyəm. Onu da bildirim ki, zəhmətimin müqabilində ölkəmizə gətirdiyim malları heç bir əsas olmadan, birbaşa özbaşınalıqla, reketçilik yolu ilə saxlayırlar. Minbir haqsızlıqlarla üzləşməyimin müəyyən səbəbləri var. Yəni, onlar şifahi formada dövriyyədən 6%-lik vergi ödəmə şərtlərinə boyun əyməyimi tələb edirlər. Halbuki mövcud vergi qanunvericiliyininin tələblərinə görə, ticarətlə məşğul olan sahibkarın qarşısına heç bir halda belə tələb qoyula bilməz. Biz ölkədə məhsul bolluğunun, ucuzluğun yaranmasına, ödədiyimiz vergilərlə dövlətimizin büdcəsinin artırılmasına çalışırıq. Bu cür addımların qarşılığında da, olmazın özbaşınalıqlarla üz-üzə qalırıq. Amma bəzi sahibkarlar var ki, onlar Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin rəis müavini Rəşid Həsənovun göstərişi ilə hansısa maraqlar çərçivəsində özbaşına buraxılıblar. Yəni, həmin sahibkarlar qeyri-qanuni, yarımleqal fəaliyyət göstərirlər. Onların heç bir anbarı, heç bir kassası olmasa belə, heç zaman süni əngəllərlə üz-üzə qalmırlar. Amma, qanuni əsaslarla fəaliyyət göstərsək də, bizə azad ticarət aparmağa imkan vermirlər. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər zaman “Sahibkarlara imkanlar yaradın” deyə hər bir vəzifə sahibinə lazımi tapşırığını verir, amma bunlar ölkə rəhbərinin vermiş olduğu belə bir tapşırığa məhəl qoymurlar. Cənab Prezident onu da qeyd edir ki, “Bu gün biznesin inkişafına maneə olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Ölkəmizin inkişafı biznesin uğurlu inkişafından asılıdır. Dövlət siyasəti var, Prezidentin iradəsi göstərilir. Burada dövlət qurumları maneə törətməməlidir. Əksinə kömək etməlidirlər, şərait yaratmalıdırlar, imkanlar yaratmalıdırlar ki, biznes inkişaf etsin”. Verilmiş belə bir tapşırıqların varlığına baxmayaraq, bu gün İdxal-ixrac idarəsinin “Meyvəli terminalı”nda nümayəndələri otururlar ki, onlar da gətirdiyimiz malları edilmiş telefon zəngləri əsasında saxlayırlar. Hansı ki, qanuni əsaslarla belə bir addımları atmaq olmaz. Digər tərəfdən, yoxlamalar anbarlarda aparılmalı və nöqsanlar aşkara çıxarıldıqdan sonra mallar dayandırıla bilər.

Biz ölkəyə mal gətirib ədv-ni, gömrük rüsumlarını tam şəkildə ödəyirik. Bizim Vergilər Nazirliyi ilə çəkişməmiz olub. Yəni, qarşı tərəf olaraq onları məhkəməyə vermişdik və üç məhkəmə prosesində qalib gəldik. Hal-hazırda isə, iki şirkətimizlə bağlı məhkəmə çəkişmələrimiz davam etməkdədir. İnşallah bu məhkəmələrdə də qalib gələcəyik. Çünki, biz haqlıyıq və qanuni haqqımızı tələb edirik. Bizim heç bir dövlətə borcumuz yoxdur. Satdığımız mallara və qoyduğumuz ticarət əlavəsinə görə dövlət büdcəsinə pulumzu və mənfətimizi ödəyirik. Yəni, bütün bunlar qanunidir. Yaxşı olar ki, Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin rəhbərliyində olan şəxslər qanunsuz işləri araşdırsınlar. Bəzi şirkətlərin nə qeydiyyatı, nə də ki, hesabatları var. İdxal-ixrac idarəsinin rəis müavini Rəşid Həsənov məni ona görə sıxışdırır ki, qanunsuz fəaliyyət göstərən şirkətlərlə işləyə bilsinlər. Onlar məni 6%-ə keçməyə təhrik edirlər. Bu da ölkədə bahaçılığın əmələ gəlməsinə səbəb olan əsas amillərdən biri olar. Əvvəla onu qeyd edim ki, adı çəkilən qurum əməkdaşlarının məni belə bir şərtlərə vadar etməsi onların səlahiyyətinə aid olmayan məsələlərdir. Bu məmurlar xalqı dövlətə qarşı qaldırmaq istəyirlər, süni bahaçılığın əmələ gəlməsinə çalışırlar. Ona görə də sizdən xahiş edirəm ki, mənim problemimi ictimailəşdirin. Mən dövlət başçısı cənab İlham Əliyevdən və digər vəzifə sahiblərindən xahiş edirəm ki, atılan addımlarla bağlı lazımi tədbirlərini görsünlər. Bəlkə o halda Rəşid Həsənov və onun kimi olan əməl sahibləri belə bir çirkin işlərdən əl çəkə bildilər. Neçə müddətdir ki, İdxal-ixrac idarəsinin əməkdaşları bizi incidirlər, mallarımızı siyahıya alıb “skoç”layırlar, son anda da bizimlə bağlı əsaslı heç bir şey tapa bilmirlər.

Mən Türkiyədən ölkəmizə müxtəlif çeşidli mallar gətirirəm. İdxal-ixrac idarəsinin rəis müavini Rəşid Həsənov isə, gətirdiyimiz malların saxlanılması haqda gömrük əməkdaşlarına tapşırığını verir. Bu da hüquqi nöqteyi-nəzərdən heç cür yolverilməz haldır. Verilmiş şifahi tapşırıqlar əsasında da, mallarımızı lentləyib “skoç”layırlar. Bizim vergidən yayınmadığımızla bağlı, hətta onlarda olan protokollarda lazımi qeydiyyatlar da var. Düşünürəm ki, haqsız rəqabət, kimlərinsə öz rəqiblərini bazardan çıxarmaq sifarişi, məhz belə bir qeyri-rəsmi göstərişlərin verilməsi ilə nəticələnir. Biz ucuzluq yaratmaq istəyirik, onlar da bahalıq yaratmağa çalışırlar. Bir sözlə, nə İdxal-ixrac idarəsinin, nə də ki, gömrük əməkdaşları bizə azad şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa heç cür imkan vermirlər”.

Sahibkar Ayaz Qocamanov bizimlə söhbətində onu da qeyd etdi ki, “Vergilər Nazirliyi, İdxal-ixrac idarəsi rəhbərliyinin haqsız tələbləri nəticəsində üz-üzə qaldığım haqsızlıqlarla bağlı 6 avqust 2018-ci il tarixdə ölkə rəhbəri cənab İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya, vergilər naziri cənab Mikayıl Cabbarova teleqramlar vurmuşam. Əslində kameral vergi tətbiq olunarkən, vergi ödəyicisinin vergi borcu olması haqqında sahibkarın mobil telefonunun mesaj qutusuna bildiriş gəlməlidir. Əgər kiminsə narazılığı olarsa, o halda həmin şəxs məhkəməyə müraciət edə bilər. İndiki halda isə mənə heç bir mesaj-filan gəlməyib. Onlar açıq-aşkar şəkildə qoluzorluluq, çapolçuluq edərək mallarımızı əlimizdən alıblar. Bu gün tək mən yox, hətta idxal ticarəti ilə məşğul olan digər iş adamları da oxşar aqibətlə üz-üzə qalırlar. Vergilər Nazirliyi hər dəfə Habil adlı şəxsi Bakı Lokal Vergi İdarəsinə auditor göndərir. Çünki, bu şəxs sahibkarların boynuna kefi istədiyi qədər vergi borcu yükləyə bilir. O, bunu əsaslandırmaq üçün hansısa addımını atmağa da cəhd etmir. Sadəcə olaraq o, yazır və sanki belə olmalıymış kimi işini də bitmiş hesab edir. Mən və mənim kimi bir çox vicdanlı vergi ödəyiciləri əsassız tələblər üzündən, yuxarı ticarət əlavələri səbəbindən artıq təngə gəlmişik. Əziyyətimiz özümüzə qalır, haqqımızı-hüququmuzu bərpa etmək üçün, çox zaman vaxt və enerji itgisi ilə üz-üzə qalmalı oluruq. Bizə öz Vətənimizdə, öz dövlətimizdə azad şəkildə işləməyə, qanuni əsaslarla fəaliyyət göstərməyə imkan vermirlər. Əlacımız yalnız ona qalıb ki, şahın qanun olduğu ölkəyə deyil, qanunların şah olduğu ölkələrə üz tutaq. Əgər vəziyyət bundan sonra da belə bir formada davam edərsə, o halda şəxsən mən ailə üzvlərimlə birlikdə Azərbaycan vətəndaşlığından imtina etməyə məcbur olacağıq. Bu gün Azərbaycanda həyata keçirilən vergi siyasəti sahibkarlıq fəaliyyətini təşviq edir. Nümunəvi vergi ödəyicilərinin fəaliyyətləri stimullaşdırılır. Bunu şəxsən Vergilər naziri cənab Mikayıl Cabbarov çıxışlarında qeyd edib. Ümidvaram ki, mənim və digər vicdanlı vergi ödəyicilərinin incidilməsinə son qoyulacaq”.

Məsələnin daha düşündürücü tərəfi ondan ibarətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ayaz Qocamanov üz-üzə qaldığı haqsızlıqlarla bağlı hələ bir müddət bundan öncə, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə müraciət etməli olur. Adı çəkilən şəxs bizimlə söhbətində qeyd etdi ki, “keçirilən məhkəmə proseslərindən sonra mənim xeyrimə qərardad çıxarılsa da, hələ də qarşı tərəf özbaşınalıqlarını davam etdirməkdədir. Qərardadda qeyd olunub ki, “Borclunun borcu sübuta yetirilənə kimi icraat dayandırılmalıdır”. Onu da bildirim ki, mənim heç bir vergi borcum yoxdur. Çıxarılmış məhkəmə qərardadının varlığına baxmayaraq, bu gün qarşı tərəfin əndazəni aşması və “ağa nəzərəm, belə gəzərəm” yanaşmalarını ortaya qoymaları, artıq başqa mətləblərin varlığından xəbər verir.

Daha ətraflı növbəti açıqlamalarımızda. Problemlərin varlığını diqqətdə saxlayacağıq.
SAHIBKAR VERGILƏR NAZIRLIYI ILƏ GÖMRÜK KOMITƏSININ QURDUĞU «TƏLƏ»YƏ DÜŞÜB.VIDEO SAHIBKAR VERGILƏR NAZIRLIYI ILƏ GÖMRÜK KOMITƏSININ QURDUĞU «TƏLƏ»YƏ DÜŞÜB.VIDEO Sosial / Video Azərbaycanda iki nazirliyin birləşdirilməsi projesi niyə alınmır? Azərbaycanda iki nazirliyin birləşdirilməsi projesi niyə alınmır? Siyaset Azərbaycanda bu müəllimlərdən vergi alınacaq Azərbaycanda bu müəllimlərdən vergi alınacaq Sosial Vergilər Nazirliyində — DƏYİŞİKLİK Vergilər Nazirliyində — DƏYİŞİKLİK Iqtisadiyyat Azərbaycanda sahəsi 30 kvadratmetrdən çox olan evlərə görə – YENİ VERGİ Azərbaycanda sahəsi 30 kvadratmetrdən çox olan evlərə görə – YENİ VERGİ Iqtisadiyyat