170 saylı məktəbdə bayram pulu yığılır
Sosial
Oxunub: 2 760
17 mar 2015 | 15:47
 170 saylı məktəbdə bayram pulu yığılır

Cəmiyyətimizin rüşvət və korrupsiyadan təmizlənməsi ilk növbədə bu təzahürlərin ölkəmiz üçün necə bir bəla olduğunu aydın dərk edən və eyni zamanda özləri bu mərəzlərə hələ tutulmayan yeni, gənc nəslin formalaşmasını tələb edir. Əlbəttə ki, gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır. Belə olduğu halda isə bu tədris müəssisələrində şagirdlərdə hələ uşaq yaşlarından rüşvətə alışqanlıq yaradılması, korrupsiya mərəzinin onların şüuruna və qanına yeridilməsi, cəmiyyətimiz üçun məsum bir gəncin narkotik maddələrə alışdırılması qədər və bəlkə də daha çox təhlükəlidir. Təəssüflər olsun ki, bu gün bir çox orta məktəblərdə “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında hələ də rüşvət yığımı davam edir. Redaksiyamıza daxil olan məlumatlarda da vurğulanır ki, bu kimi yığımların xüsusi intensivliyi ilə seçilən tədris müəssisələrindən biri də Bakının Sabunçu rayonunda yerləşən 170 saylı orta məktəbdir. Qəzetimizin ötən saylarında biz 170 saylı məktəbdə müşahidə olunan bir çox neqativ hallara dair aldığımız məlumatlar əsasında hazırlanmış tənqidi materiallar dərc etmişik.Cəmiyyətimizin heç bir üzvü üçün sirr deyil ki, ölkədə fəaliyyət göstərən əksər orta məktəblərin direktorları rəhbərlik etdikləri müəssisələri tam avtoritar rejimdə idarə edərək özlərinin şəxsi kommersiya obyektləri səviyyəsinə çatdırmışlar. Bu baxımdan 170 saylı orta məktəbdə cərəyan edən hadisələr də bu tip müəssisələrdə yer almış özbaşnalıqlar və ciddi qanun pozuntuları haqda deyilənləri bir daha təsdiq edir. Ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz göstərmişdik ki, Nuranə Mirzəyevanın rəhbərlik etdiyi bu məktəbdə baş verən qanunsuzluqlar, şagird və valideynlərin hüquqlarının mütəmadi olaraq kobud şəkildə pozulması faktları bu müəssisənin fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Azerinfo.az Dia.az-a istinadən xəbər verir ki, direktor bu məktəbə qəbul edilən hər uşağa görə valideynlərdən 200-250 manat məbləğində pul tələb edir. Əgər bu ilkin mərhələdə valideynlər hər hansı narazılıq və ya güzəşt tələbləri irəli sürmürlərsə, deməli gələcəkdə də onların bütün “ödənişləri” dinməzcə həyata keçirəcəklərini gözləmək olar. Sonrakı yığımlara gəlincə isə, mənbələrin iddialarına görə 170 saylı məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 5 manat məbləğində aylıq yığım müəyyən edilmişdir. Yuxarı siniflər üçün bu məbləğ artaraq 8-10 manat civarında müəyyənləşir. Həmçinin burada məktəbin müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ təxminən 5-6 min manata çatdırılır.Qeyd olunduğu kimi, bu gün ölkənin təhsil sistemində müşahidə olunan geriləmələr orta təhsil sistemində yer almış bir çox özbaşınalıqlarda da öz təzahürünü aydın tapır. Təhsil sistemində dövlət tərəfindən həyata keçirilən əsaslı islahatlar müəyyən irəliləyişlərə zəmin yaratsa da, cəmiyyətdə gözlənilən nəticələr hələ də müşahidə olunmur. Təbii ki, bu vəziyyət heç də islahatlar paketinin effektsizliyi ilə şərtlənmir. Əksinə, bu istiqamətdə atılması nəzərdə tutulan addımlar az müddət ərzində Azərbaycanın təhsil sistemini ən qabaqcıl dünya standartlarına cavab verəcək səviyyəyə çatdırmağa sərrast hesablanmışdır. Lakin müəyyən subyektiv səbəblər bu prosesləri ləngidir. Eyni zamanda da, islahatların geniş tətbiqini əngəlləyən qüvvələr bununla məhz dövlət tədbirlərinin zəifliyini vurğulamaq istəyirlər. 170 saylı məktəbin fəaliyyətində müşahidə olunan nöqsanlar da məhz belə qüvvələrin müdaxiləsinin bariz nümunəsidir.Məktəbdə 8 martda kimlərin pul yığıb direktora çatdırmaları barədə redaksiyamıza yeni məlumatlar daxil olmuşdur. Eyni zamanda Novruz bayramında məktəbdə və rayonda keçiriləcək tədbirlər adıyla da pul yığılır. Ona görə də daha ətraflı növbəti sayımızda oxuya biləcəksiniz.
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar