Ədliyyə işçilərindən prezidentə şikayət... - "Evimizi zəbt etmiş qaçqınların evsiz qalmasında bizik günahkar?"
Sosial
Oxunub: 518
17 okt 2018 | 15:15
Ədliyyə işçilərindən prezidentə şikayət... - "Evimizi zəbt etmiş qaçqınların evsiz qalmasında bizik günahkar?"














İsmayıllı şəhəri H. Zərdabi küçəsi ev 10-da yaşayan Hacızadə Elvin Babaverdi oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! 2001-ci ildə Cəbrayıl rayonundan məcburi qaçqın olan Qasımov Barat Fərhad oğlu atam Hacıyev Babaverdi Piralı oğlunun tam mülkiyyətində olan M.Müşviq küçəsi 21 nömrəli ünvanda yerləşən evdə müvəqqəti yaşamasına icazə verməsini xahiş etmişdir. Atam Babaverdi Haçıyevdə əvəzsiz olaraq Barat Qasımova ailəsi ilə birlikdə bu evdə yaşamasına icazə vermişdir. Amma bir şərtlə ki, atam nə vaxt tələb etsə Barat Qasımov ailəsi ilə birlikdə bu evi boşaldacaq. 2015-ci ildə bu evin boşaldılmasını bu qaçqın ailəsindən tələb etdikdə isə onlar bundan imtina etdilər. Məhkəməyə müraciət etdikdən sonra Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(107)-1226/2016 nömrəli qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 02 mart 2107-ci il tarixli 2(102)-992/2017 nömrəli qərarı ilə atam Babaverdi Hacıyevin iddiası təmin olundu.Yəni hər iki məhkəmə cavabdehlər Qasımov Barat Fərhad oğlunun və onun ailə üzvüləri Novruzova Şükufə Telman qızının, Qasımlı Nərgiz Barat qızının və Qasımlı Fərhad Barat oğlunun bu evdə çıxarılması barədə qərar verdilər. Ali Məhkəmə qərarında göstərib ki, qərar qəbul edildiyi gündən quvvəyə minir. Amma il yarımdan çox vaxt keçsədə Ədliyyə Nazirliyinin Baş İcra idarəsi və İsmayıllı İcra şöbəsi bu günə kimi süründürməçilik edərək iki məhkəmə qərarlarını icra etməkdən boyun qaçırırlar. Atam Babaverdi Hacıyev bu ilin iyul ayının dördündə Göyçay rayonunda Ədliyyə Naziri Fikrət Məmmədovun qəbulunda olub və nazir bu məsələnin həll olunması üçün şəxsən Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinin rəisi Nürəddin Mustafayevə ciddi tapşırığnı verib. Amma Baş İcra İdarəsinin rəisi Nürəddin Müstafayev və İsmayıllı İcra İdarəsinin rəisi Taleh Quliyev Ədliyyə Nazirinin tapşırığına məhəl qoymadıqlarına görə müraciətimiz müsbət həllini tapmadı.Dəfələrlə Atam İsmayıllı İcra Şöbəsinin rəisi Taleh Quliyevin qəbulunda olub.Hər dəfədə o atama "cavabdehlərin yerləşdirilməsi üçün yer axtarırıq" deyərk yalan vədlər verir.

Atam Babaverdi Hacıyev Bu məsələ ilə bağlı Prezident aparatına, Baş Nazirə, Milli Məclisə,Ədliyyə Nazirliyinə, OMBUDSMANA dəfələrlə müraciət etsədə heç bir köməklik olunmayıb. Aidiyyatı orqanlara etdiyi müraciətlərin cavabsız qalması, bir Azərbaycan vətəndaşına olunan laqeyidlik onun infarkt keçirməsinə səbəb olub. Hal-hazırda atam Babaverdi Hacıyev reanimasiyadadır.Onun bu hala düşməsinin səbəbkarı Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinin rəisi Nürəddin Mustafayev və İsmayıllı İcra Şöbəsinin rəisi Taleh Quliyevdir. Çünki atamın aidiyyatı üzrə müraciət etdiyi orqanlar onun bütün müraciətlərini Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinə və İsmayıllı İcra şöbəsinə göndərilib ki, problem öz həllini tapsın. Nürəddin Müstafayev və Taleh Quliyev öz vəzifə borclarını yerinə yetirmək əvəzinə yuxarıda qeyd etdiyim kimi atama yalan vədlər veriblər.

Belə çıxır ki, evimizi zəbt etmiş qaçqınların evsiz qalmasında bizik günahkar? Onların evlərini erməni cəlladları zəbt etdiyinə görə onlarda bizim evimizi zəbt edib, atamı infarkt vəziyyətinə gətirib reanimasiyay salmaqları qanunauyğundur? Azərbaycanın hansı qanununda yazılıb ki, qaçqın digər vətəndasın mülkiyyət hüququnu poza bilər? Hanı Ulu Öndər Heydər Əliyev başda olmaqla komissiya tərəfindən işlənib hazırlanan və xalqın yekdilliklə qəbul etdiyi konstitusiya? Mülkiyətin toxunulmazlığı onun dövlət tərəfindən qorunması.

Cənab Prezident! Suallarımız çoxdur.Təssüf ki, bu suallarımızı cavablandıran yoxdur. İnanıram ki, bizə bu promlemləri yaradanları cəzalandıracaqsınız".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası