Mindən çox vətəndaşa "TAMAM" ZÜLMÜ - GİLEY
Sosial
Oxunub: 469
18 okt 2018 | 21:20
Mindən çox vətəndaşa "TAMAM" ZÜLMÜ - GİLEY














“Tamam” şirkəti tərəfindən inşa edilmiş 18 mərtəbəli yaşayış kompleksinin sakinləri çıxılmaz vəziyyətdədir.

Dia.az xəbər verir ki, bu barədə sakinlər “marja”ya müraciətlərində bildiriblər.

Onların sözlərinə görə, 2009-cu ildən başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Şəfəyət Mehtiyev küçəsi 1054 ünvanında, “Tamam” şirkəti tərəfindən inşa edilmiş 18 mərtəbəli yaşayış kompleksində yaşayış mövcuddur.

Hazırda yaşayış komleksində 320 mənzildən təxminən 300 də yaşayış vardır. Bu dövr ərzində mərhələli formada su, işıq, telefon və qaz xidmətləri müvafiq olaraq kodlaşdırılaraq vətəndaşların istifadəsinə verilibdir.

Lakin 9-cu ildir ki, mənzillərin Dövlət reyestrinə salınaraq özəlləşdirilməsi prosesi aparılmır. Bu isə öz növbəsində artıq ikinci Prezident seçkisi, referendumlar, qeydiyyata alınma, tibbi uçot, ərazi təhsil ocaqlarına qəbul və s. bu qəbldən olan məsələlərdə əsaslı əngəllər törədir. Yaşayış kompleksində müxtəlif təbəqədən insanlar yaşayır.

Yaşayanlar arasında alimlər, müəllimlər, həkimlər, hüquq muhafizə orqanları əməkdaşları, mühəndislər, hərbiçilər, sahibkarlar, tələbələr və təqaüddçülər var.

Dəfələrlə “Tamam” şirkətinin rəhbərliyinə müraciət etməyimizə baxmayaraq bu məsələ öz həllini tapmır. Problem qalmaqla yanaşı bu məsələyə şəffaf olaraq əsaslı aydınlıq gətirən də yoxdur!

Müxtəlif fikirlər irəli sürülür. Bunlar arasında Bakı Şəhər İcra Hakimiyyəti qarşısında Mənzil Fondu öhtəliyinin yerinə yetirilməməsi səbəbi xüsusi vurğulanır. Hər bir halda problemin açıq aşkar həll olunmamasından sayı 1000 (mindən) çox vətəndaş əməlli başlı əziyyət çəkir.

Sakinlər bildirir ki, yaranmış problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə 15 aprel 2018-ci il tarixdə müraciət ediblər.

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparat rəhbərinin 02.05.2018-ci il tarixli 1-304/2-091/2 saylı cavab məktubunda bildirmişdilər ki, Şəfayət Mehtiyev 1054 ünvanında inşa edilmiş 18-mərtəbəli yaşayış kompleksində mövcud sözügedən problemin həlli yalnız yaşayış kompleksinin sifarişçisinin (sahibkarının) vəzifə və öhdəliklərinə aiddir və bu prosedur AR-nın mövcud Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir.

Bununla yanaşı bu məsələ ilə bağlı tikinti sifarışçisinə (sahibkara) müraciət etməyi, əks təqdirdə isə qarşımızda müqavilə öhdəliklərini yerinə yetirilməməsi üçün tikinti sifarışçisinə (sahibkara) qarşı qanunvericiliyin tələblərinə uyğün məhkəmə iddiasının qaldırılması tövsiyə olunmuşdur.

Qeyd olunanlardan müəyyən olunur ki, tikinti sifarışçısi (sahibkar) öhdəliklərini tək Ş.Mehtiyev küç. 1054 ünvanında inşa edilmiş 18-mərtəbəli yaşayış kompleksinin sakinləri qarşısında yox, eyni zamanda BŞİH-ti qarşısında da yerinə yetirməmişdir.

Bununla yanaşı hazırkı vəziyyətdə tikinti (sifarışçisi) sahibkar öhdəliklərin yerinə yetirilməsi iqtidarında olmamasını açıq aydın ifadə edir. Eyni zamanda xüsusi qeyd etmək istərdik ki, öhdəliklərin yerinə yetirilməməsinin tikini normativlərinə, tikinti tamamlama işlərinə və yaxud hər hansısa bir texniki-təhlükəsizilik qaydalarının təmin olunmamasına aidiyyəti yoxdur.

Problem yalnız BŞİH qarşısında Mənzil Fondu öhdəliklərinin yerinə yetirilməməsindən irəli gəlir.

Yaranmış problemin “qapanmış dairə” prinsipi ilə uzadılması yuxarıda sadalanan sosial və həyat problemlərini getdikcə genişləndirir. Bununla yanaşı mənzillərin təkrar alqı-satqısı zamanı vergi ödəyicisi kimi, icbari sığorta, bank və bələdiyyə kimi hüquqi şəxslərlə münasibətləri və s. hərəkətləri iflic vəziyyətində saxlayır.

Qeyd edək ki, sakinlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevə, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini Eldar Əzizova,

Bakı şəhər, Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizova, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət hazırlayıblar. Sakinlər illər boyu uzanan bu problemin aradan qaldırılması üçün məsələni nəzarətə götürülməsini xahiş edirlər.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO