Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı... - İLGİNC FAKT
Sosial / Dunya
Oxunub: 3 851
20 okt 2018 | 21:18
Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı... - İLGİNC FAKT















Cəmiyyət və media bir nömrəli məhkumun həyat yoldaşı Zamirə Hacıyevanın London sərgüzəştlərinin təsirindən xilas olmamış Maliyyə Bazarlarına Nəzarət Palatasının artıq fəaliyyətinin fatihəsi oxunmuş Direktorlar Şurasının eks sədri Rüfət Aslanlı həzrətlərinin gözqamaşdırıcı hobbisinin, bahalı qol saatlarının, ecazkar avtomobil markalarının bihuşedici “qoxu”sundan diksinməyə başlayıb...

Xatırladaq ki, Rüfət Aslanlıdan hamı "bəh-bəh" deyəndə yalnız Moderator.az ilk dəfə ötən ilin yayında ifşaedici məlumatlar yaydı və 65 min manatlıq aylıq maaşından tutmuş, üzərində adı-soyadı olan bahalı fransız şərabınadək onun məmurluq görəvi ilə bir araya sığmayan görməmişliklərini ifşa etdi. Bu xəbər cəmiyyətdə və mediada şok effekti yaratsa da çoxları bunun doğruluğuna inamaq istəmədi. Çünki kimsənin ağlına gəlməzdi ki, ölkə prezidentinin aşkar təvazökarlığından hamının nümunə götürməli olduğu hər bir məmurun boyuna biçildiyi bir dönəmdə hansısa Palata rəhbəri özünü “burda mənəm, Bağdadda kor xəlifə” məntiqi ilə apararaq özünü dilə-dişə salacaq dünyagörüşə sahib ola bilər. Amma göründüyü kimi Rüfət Aslanlı cənabları kimsənin bacarmayacağı yanlışlıqları bir-birinin ardınca sıralayaraq özünü də bitirdi, ona olan ümidləri də...

Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı... - İLGİNC FAKT










Moderator.az ənənəsinə sadiq qalaraq mötəbərliyi şübhə doğurmayan mənbədən Rüfət Aslanlının daha bir gözqamaşdırıcı hobbisi barədə təkzibedilməz informasiya əldə edib. Sən demə, iştahı iddialarından geri qalmayan bu "gənc və perspektivli məmur"un təvazökarlıqdan zəndeyi-zəhləsi gedirmiş və hər addımda özünü "yuxarı təbəqə"nin ağa atlı oğlanı kimi təqdim etməkdən zövq alırmış.

Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı... - İLGİNC FAKT







Beləliklə, sən demə, onun saysız-hesabsız avtomobil və daşınmaz əmlak kolleksiyasının ürəyi paytaxtın ən bərkgedən ərazisində - Zooparkın yanındakı “Rose Ville Residences” dəbdəbəli yaşayış komleksinin tam bir mərtəbəsini əhatə edən 800 kvadratmetrlik mənzil imiş. Bəli, dəyərli oxucu, qətiyyən gözləriniz sizi aldatmır, az qala futbol meydançası böyüklüyündəki mənzili Rüfət Aslanlı adını çəkmək istəmədiyimiz bir əcənəbi iş adamından 3 milyon dollara alıbmış.

Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı... - İLGİNC FAKT







Hələ bu harasıdır, həmin “futbol meydançası”nın təmirinə də 2,5 milyon dollar əlavə pul sayaraq məkanı nağıllar aləminə çevirib. Bu gün müvafiq qurumlar onun qeyri-qanuni yolla ələ keçirdiyi daşınar-daşınmaz əmlak axtarışındadırsa, o zaman Bakı Zooloji Parkının yanından keçmələri xeyli qaranlıq məqamlara işıq sala bilər...

Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı... - İLGİNC FAKT

Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı... - İLGİNC FAKT

























Bir məqamı da xüsusi olaraq vurğulamaq yerinə düşər. Nə qədər özündən müştəbeh və sərvət ovçusu olmuş olsa belə onun qısa zamanda bu qədər irəli getdiyi şübhə doğurur. Yəni o MBNP rəhbəri olmamışdan öncəki fəaliyyəti dövründə də əliəyri olması haqqında şübhələnməyimiz üçün ciddi əsaslar verir. Nəzərə alsaq ki, o bir müddət öncə Mərkəzi Bankın sədr müavini kimi ən gəlirli sahə hesab olunan valyutadəyişmə məntəqlərinə nəzarət edib (bu adamın taleyinə hər zaman nəyəsə, kiməsə nəzarət etmək yazılıbmış, amma fələyin bu şansını doğru qiymətləndirə bilmədiyindən indi özü çox pis nəzarət altına düşüb...). Ona görə də Mərkəzi Bankdakı fəaliyyət dövrünün də ciddi şəkildə təftişinə ehtiyac olduğunu iddia etmək olar.

Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı... - İLGİNC FAKT










Gəlin razılaşaq ki, Mərkəzi Bankın əbədiyaşar sədri Elman Rüstəmovun da qəbahəti yox deyil və Rüfət Aslanlı kimi bir müavini ölkənin bank sisteminin qəbirqazanı kimi yetişməsində onun da "xidmətləri" danılmazdır. Bundan sonrakı dönəmdə Rüfət Aslanlının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindəki fəaliyyətində də “kağız-kuğuz”a allergiyasının olduğunu və bu üzdən ciddi boşluqlara rəvac verdiyini söyləmək mümkündür. Hər halda bizdən demək, əlaqədar qurumlardan hərəkətə keçmək...

Sonda qeyd edək ki, tezliklə oxucularımızı Rüfət Aslanlının bağ evləri barədə maraqlı məlumatlarla təəccübləndirməyə söz veririk. Necə deyərlər, papaq altda oğlanlar varmış, kimsənin xəbəri olmayıb...
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...