Uşaq dərdlərinin əlacı çöpçülər?..
Sosial
Oxunub: 1 826
21 iy 2014 | 13:23
Çöpçülük və bu işin peşəkarları... Yəqin ki, hər biriniz həm bu el arasında ixtisaslaşan peşə, həm də bu peşənin peşəkarlarından xəbərdarsınız. Uşağımın dərdinə əlacı çöpçü tapdı kimi fikirləri söyləyən valideynlərə də az rast gəlmirik. Bəs əslində necədir -balacalarda yad cism hissiyatı yaranarkən ilk müraciət ünvanı çöpçü, yoxsa mütəxəssis- həkim olmalıdır?! Mövzunu əməkdaşımız Zülfiyyə Telmanqızı araşdırıb.
Uşaq dərdlərinin əlacı çöpçülər?..
Çöp çıxarma fəaliyyəti ilə məşğul olan insanları yəqin ki, hamımız tanıyırıq və çox güman ki, ömründə bir dəfə də olsa hər bir uşağın burnu onların nəfəsindən keçib. Çox maraqlıdır, görəsən səhiyyənin inkişaf etdiyi bir dövrdə çöpçünün bacardığı işi görmək o qədərmi çətindir?! Əslində sualın cavabını bu işlə məşğul olanların özlərindən öyrənməyə cəhd göstərsək də, heç bir çöpçü özündə cəsarət tapıb kamera önünə keçmək istəmədi.
İsti havada uşaqlar daha da aktivləşir. Bu aktivlik isə balacalara bəzən baha başa gəlir. Uşaq hərəkətli olduqda müəyyən cisimlər onların burun udlağı və qırtlaq udlağında ilişib qalır və nəticədə valideynlər çöpçülərə müraciət etməli olurlar. Əslində isə mütəxəssislər bu zaman çöpçülərə müraciəti yolverilməz hesab edir. Amma bu hal nə qədər yolverilməz hesab edilsə də, həkim məsləhətinə qulaq asan valideynlərlə yanaşı, qadağalara məhəl qoymayaraq pənahı çöpçüdə axtaranlar da az deyil.

Valideyn: Bir də görürük ki, qızdırması var aparırıq çöpçüyə. Həm inanıram, həm də inanmıram. Amma çöpçüdən gələndən sonra uşaq özünü yaxşı hiss edir.

Valideyn: Heç aparmamışam. Ehtiyac olmayıb. Boğazlarında bir şey qalsa belə, gözləyirəm ki, özü çıxsın.

Valideyn: Görürəm bir gün, iki gün iştahası pozulub, qonşuda çöpçü var aparıram onun yanına. Burnundan üfürür çıxır. Sonra uşaq yaxşılaşır.

Valideyn: Mən heç çöpçü tanımıram. Nəvələrimi də heç vaxt aparmamışam. Hamısı da sağlamdırlar.

Valideyn: Bu çöpçülər uşaqlara çox kömək edirlər. Çöpü qalanda aparırıq yanlarına, ondan sonra qızdırması düşür və uşaq yaxşılaşır.

Valideyn: İnamımız yoxdur. Biz daha çox həkimə müraciət edirik. Tibbdə elə bir şey yoxdur.

Keçirilən sorğudan da görünür ki, fikirlər fərqli, düşüncələr müxtəlifdir. Amma əsas olan mütəxəssis rəyidir. Necə deyərlər, hər işin öz peşəkarı...

Leyla Hüseynova- 1 saylı Uşaq Xəstəxanasının loru: "Üfürməklə yad cismi çıxarmağa çalışırlar. Bu isə əksinə böyük fəsadlara gətirib çıxara bilər. Həmin cismlər tənəffüs yollarının daha aşağı hissələrinə düşə bilərlər. Bu da boğulmaya, nəfəs çatışmazlığına gətirib çıxara bilər. İnsanın ağız boşluğu müxtəlif mikroblarla zəngindir. Bəlkə üfürən adam xəstədir, nəfəs yolu ilə uşaq yoluxa bilər".

Əvvəldə də qeyd etdiyimiz kimi müraciət etdiyimiz çöpçülər işi ilə bağlı müsahibə verməkdən yayındılar. Məqsədimiz asan yolla pul qazananların bazarına bais olmaq deyildi. Sadəcə etdikləri işi əyani şəkildə göstərmələri lazım idi ki, tamaşaçılar da bundan bir nəticə çıxarsın. Hər halda arifə bir işarə də kifayətdir. Nəticə çıxarmaq üçün isə bir yox bir neçə nişanə verdik... İndi son qərar valideynlərindir, çöpçü yoxsa, həkim?!

kepeztv.az
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...