“AAAF Park” ətrafında gizli oyunlar - İLGİNC
Sosial / Dunya
Oxunub: 614
24 okt 2018 | 17:48
“AAAF Park” ətrafında gizli oyunlar - İLGİNC














“AAAF Holdinq” MMC-nin ətrafında yenə də problemlər yaranıb.Xatırladaq ki, bu yaşayış kompleksi ətrafında qalmaqallar ötən ildən başlayıb.

Dünən “AAAF Holdiniq” MMC-nin təsisçisi Tofiq Heydərov öz sosial şəbəkə profilindən kompleksdə yaşayan sakinlərə müraciət edib.AAAF-da vəziyyətin acınacaqlı olduğunu bildirən sahibkar müraciətində bəzi məmurları hədəfə alaraq, adını çəkmədiyi qüvvələr tərəfindən təzyiqə məruz qaldığını bildirib. Tofiq Heydərov binaları inşa edən podratçıların işləri dayandıraraq, AAAF Parkdan getdiyini bildirib:

“Bu gün təxribatlar nəticəsində bəzi podradçılar parkda inşa etdiyi binaları yarımçıq buraxaraq bizə böyük çətinliklər yaradıblar.Onların işlərini tamamlamaq və bəzilərin yerinə vergi borclarını ödəmək dözülməz dərəcədə ağır olsa da biz bunun öhdəsindən gəlməyi Allahın köməyi ilə bacarırıq”.

Tofiq Heydərov bir ay əvvəl “Azərişıq” tərəfindən Parkın ərazisində olan binaların elektrik xətlərinin kəsilməsini də qeyri-qanuni adlandırıb:

“Elektriki kəsməklə, vergi yoxlamaları ilə, obyektlərin qabağının asfaltını yalandan qazmaqla belə gizli oyunları artıq bağça uşaqları da başa düşə bilir. Mənim, əlbəttə, bu adamlara yazığım gəlir.Sakinlərimizə isə yenə xəbərdarlıq edirəm.Təxribata uymasınlar, kommunal ödənişlərini artıq ödəməyə başlasınlar, sayğaclara və mənzilə görə borclarını ödəsinlər.Balaca bir şey olan kimi evimə hücum etməsinlər, çünkü artıq parkda yaşamıram.Bütün sakinlərimiz başa düşməlidirlər ki, bu təxribatçıların ocağına benzin tökməklə bu odda özləri yanacaqlar.Övladlarımızın sağlam gələcəyi üçün inşa edilən bu gözəl məkanımızın inkişafı və bitməsinə hamı bir nəfər kimi dəstək olmalıdır.Qarşıdan qış gəlir, bununla bağlı Abşeron rayon İcra Hakimiyyəti, “Azəriqaz” və “Azərışığ”ın rəhbərliyindən son dəfə yaradılan problemləri aradan qaldırmağı tələb edəcəyəm”.

Maraqlıdır, AAAF Parkın ətrafında hansı problemlər yaşanır?

Qeyd edək ki, bir müddət öncə Prezident Administrasiyası barəsində ən çox şikayət edilən tikinti şirkətlərinin adlarını açıqlamışdı. Onların arasında AAAF Parkın da adı var idi:

"Bir sıra müraciətlərdə artıq tikintini başa çatdırmış, lakin yaşayış üçün normal şərait yaratmamış "AAAF Park”, "Bağçalı evlər” yaşayış komplekslərində problemlərin illərdən bəri həll olunmadığını yazırlar”.

Qeyd edək ki, Prezident Administrasiyasının məlumatında konkret olaraq, adları açıqlanmasa da, bildirilib ki, adı çəkilən bəzi MMC və MTK-ların vəzifəli şəxsləri barəsində artıq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, vətəndaşların etibarından sui-istifadə edərək, əlbir olduqları şəxslərlə birlikdə tikdikləri yaşayış binalarında bir mənzili bir neçə şəxsə satdıqlarına, vətəndaşların külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirdiklərinə görə onlar məsuliyyətə cəlb ediliblər. Tikinti sektorunda baş vermiş korrupsiya, hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhz vətəndaş müraciətləri əsasında 13 cinayət işinin istintaqı tamamlanaraq, məhkəmələrə göndərilib, 300-dək şəxs zərərçəkmiş qismində tanınıb. Bu cinayət işlərindən "AAAF Park” və "Xalq City” MTK-ları, "Xudafərin” və "Fateh-N” MMC-ləri göstərmək olar.

Ötən ilin payızında “AAAF Holdinq” MMC-nin təsisiçisi Tofiq Heydərovun həbs olunması, MMC-nin əmlakına həbs qoyulduğu barədə xəbərlər yayılsa da, MMC tərəfindən bunlar təkzib edilmişdi.Qeyd olunmuşdu ki, aparılan yoxlamalara gəlincə, bu, cari inventarizasiyadır.

Həmçinin Vergilər Nazirliyində "AAAF Park"ın digər həmtəsisçisi Ruslan Xanverdiyev barəsində cinayət işi açılması haqqında xəbər yayıldı, qeyd olundu ki, o, vergi borclarını hissə-hissə ödəməyi öhdəsinə götürdüyü üçün iş dayandırılıb. Növbəti problemlərin mahiyyətinin nədən ibarət olması, podratçı şirkətlərin AAAF Parkdan çəkilmə səbəbləri və qeyd olunan digər məsələlərə aydınlıq gətirmək məqsədilə MMC-nin mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyevlə əlaqə saxladıq. O, suallarımızı MMC-nin rəhbəri Tofiq Heydərova çatdıracağını bildirdi. Sonradan isə şirkətin rəhbərinin indiki mərhələdə açıqlama vermək istəmədiyini dedi. Kənan Məstəliyev da yaşayış kompleksi ətrafında nələr baş verməsi haqqında danışmaq istəmədiyini dedi.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər