Səfər Mehdiyev bacısı oğlunu niyə işdən qovub? - İDDİA
Sosial / Dunya
Oxunub: 696
24 okt 2018 | 18:15
Səfər Mehdiyev bacısı oğlunu niyə işdən qovub? - İDDİA














Bu ilin aprel ayının 23-də Prezident İlham Əliyev "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzaladı. Həmin sərəncamla 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışan Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edildi.

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olunmasına ictimaiyyət arasında, müxtəlif media qurumlarında fərqli yanaşmalar oldu. Bəziləri onun islahatçı kadr olacağını düşünərək gömrük sisteminə yeni nəfəs gətirəcəyini desələr də, digərləri uzun illərdən bəri gömrük sistemində kök atmış korrupsiyanın daha da dərinləşəcəyini, bürokratik əngəllərin daha da çoxalacağını qeyd edirdi.

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə sədr təyin edilməsindən altı ay ötməsinə baxmayaraq hələ də yeni sədr haqqında olan düşüncələr öz fərqliliyini saxlamaqdadır. S.Mehdiyevin ötən aylar ərzində Gömrük Komitəsində etdiyi kadr dəyişiklikləri ictimaiyyətə Komitədə aparılan islahatın əsas hissəsi kimi təqdim olunsa da, bəzi iqtisadi ekspertlər və iş adamları bunu qəbul etmir, əksinə gömrük sistemində aparılan kadr dəyişikliklərində əsas məqsədin yüksək və strateji vəzifələrin müəyyən bir qrupun əlində cəmləşdirilməsinə hesablandığını qeyd edirlər.

Qlobal.az olaraq qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev kimisə vəzifədən azad etməsi və yaxud vəzifəyə təyin etməsi barədə olan rəsmi qərarı əksər media qurumları tərəfindən də operativ olaraq işıqlandırılır. Dövlət Gömrük Komitəsinin sədrinin altı aylıq fəaliyyətinə diqqət yetirəndə də hiss olunur ki, o, mediayla çalışmaq istəyindədir.

Yuxarıda da qeyd etdiyimiz kimi, S.Mehdiyev qəbul etdiyi hər bir qərara görə Dövlət Gömrük Komitəsinin sədri kimi ictimaiyyət arasında, mediada və eləcə də sosial şəbəkələrdə ciddi müzakirə olunmaqdadır.

S.Mehdiyev haqqında sosial şəbəkələrdə aparılan bir müzakirə isə maraqlı olduğu üçün Qlobal.az-ın diqqətini çəkib.

Oktyabrın 19-da Dövlət Gömrük Komitəsində iş adamları ilə "Gömrük prosedurlarının sadələşdirilməsi üzrə təşəbbüslər" mövzusunda keçirilən görüş sosial şəbəkədə müzakirə olunarkən forum iştirakçılarından biri ilginc məqama toxunub. Həmin şəxsin yazdığına görə Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin olunandan sonra gömrük sistemindəki korrupsiyaya uğramış şəxsləri vəzifədən uzaqlaşdırmağa başlayıb. Korrupsiyaya uğramış gömrük işçilərini vəzifədən uzaqlaşdıran Səfər Mehdiyev hətta bacısı oğlu Sahib Əmrəliyevi də işdən azad edib.

Maraqlıdır ki, 12 il Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini işləyən Səfər Mehdiyev bu illər ərzində bacısı oğlu Sahib Əmrəliyevin korrupsioner fəaliyyətlə məşğul olduğunu görə bilməyib...

Xəbərə Dövlət Gömrük Komitəsindən münasibət öyrənməyə çalışsaq da, qurumdan münasibət bildirilmədi.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...