Kəbirə Məmmədova İTTİHAM OLUNUR - Müraciət
Sosial
Oxunub: 457
29 okt 2018 | 21:20
Kəbirə Məmmədova İTTİHAM OLUNUR - Müraciət















Vətəndaş Əliyev Şahin Əli oğlu tərəfindən Moderator.az-a "Arazavia" firmasının rəhbəri, məşhur iş adamı Kəbirə Məmmədova barəsində şikayət məktubu daxil olub.

Məktub müəllifi iddia edir ki, Qaradağ rayonu ərazisindəki məşhur "Binə" Ticarət Mərkəzində, konkret olaraq "Yeni bazar" ticarət kompleksində 40 kvadrat metr anbarı icarəyə verəcəyi müqabilində K. Məmmədova onun 31700 dollar pulunu alsa da bu günədək öhdəliyini yerinə yetirməkdən boyun qaçırır, nəticədə ona külli miqdarda ziyan dəyib.

Şikayətçi iddia edir ki, pulu K. Məmmədovaya ödəyərkən ona adıçəkilən ticarət komplüksinin 21-ci sırasında anbar veriləcəyi razılaşdırılıb. Ancaq üstündən illər keçsə də 21 - ci sıra ümumiyyətlə tikilməyib. Aldadıldığını görən Ş Əliyev bundan sonra israrla pulunu tələb edib, bu zaman şikayətçiyə növbəti dəfə vəd verilib və ona mövcud olmayan 21 - ci sıranın əvəzinə 12-ci sırada müvafiq yer ayrılacağı bildirlib. Amma bu dəfə də Ş. Əliyevin əli ətəyindən uzun gəlib və bu sevinci də çox sürməyib.

Beləcə illər bir - birini əvəz etsə də Ş Əliyev, necə deyərlər, Əli aşından da olub, Vəli aşından da. Keçirdiyi əsəb sarsıntılarından şəkərli diabetin ağır formasından əziyyət çəkən Ş. Əliyevin pozulmuş hüququnun bərpası üçün döymədiyi qapı qalmayıb.

Şikayətçi redaksiyaya prokurorluq və polis orqanlarına yazdığı çoxsaylı şikayət məktublarının da surətini təqdim edib. Həmin məktubların qısa xülasəsi bundan ibarətdir ki, bəzilərində şikayətin "tam, obyektiv və hərtərəfli" araşdırılması üçün ərazi aidiyyatı üzrə aşağı orqanlara göndərildiyi bildirilib, bəzilərində isə mübahisənin cinayət tərkibi olmadığı vurğulanaraq şikayətçinin pozulmuş hüquqlarının bərpası üçün məhkəmə orqanlarına baş vurması tövsiyyə olunub. Amma Ş. Əliyev bu günədək məhkəməyə müracitə etməkdən imtina edib. Deyir ki, hər şeyin gün kimi ortada olmasına baxmayaraq hüquq-mühafizə orqanlarının hərəkətsizliyini gördükdən sonra ədalətin məhkəmələrdə zəfər çalacağına zərrə qədər ümidi qalmayıb.

Redaksiyadan: Biz də şikayətçiyə son çarə kimi heç olmasa faktın təsdiqini tapması üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişik. Ancaq onun israrlı xahişini nəzərə alaraq problemin işıqlandırılmasında da bir problem görmürük. Eyni zamanda şikayət məktubunda adıçəkilən K. Məmmədovanın və ya "Arazavia" firmasının hər hansı səlahiyyətli nümayəndəsinin mövqeyini də olduğu kimi işıqlandırmağa hazır olduğumuzu da bəyan edirik. Arzu edirik ki, heç olmasa illər sonra "Qordi düyünü"nə çevrilmiş bu problem həllini tapsın.
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub