Veteran: Zəngilandan olan onlarla uşaq Arazı keçmək istəyərkən boğulub
Sosial
Oxunub: 365
30 okt 2018 | 11:50
 Veteran: Zəngilandan olan onlarla uşaq Arazı keçmək istəyərkən boğulub















Azərbaycan xalqı ideoloji cəhətdən Qarabağ müharibəsinə hazır deyildi. Ordu da daxil olmaqla hər şey müharibə vaxtı yaradıldı.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Qarabağ müharibəsi veteranı, bloqer Kamal Əli deyib.

Müsahibimiz bildirib ki, onun yaşıdlarının əksəriyyəti həqiqi Qarabağ tarixini yalnız SSRİ dağılandan sonra öyrəniblər.

25 il əvvəl, 1993-cü il oktyabrın 29-da Azərbaycanın Zəngilan rayonu tamamilə işğal edilib və dağıdılıb. İşğal olunmuş Zəngilan rayonu ərazisində çoxlu sayda tarixi abidələr yerləşirdi: Hacallı kəndində – Dairəvi bürc, Məmmədbəyli kəndində – Səkkizgüşəli günbəz (1304-1304) və başqaları.

Kamal Əlinin sözlərinə görə, erməni birləşmələri Qubadlı və Cəbrayıl rayonlarını ələ keçirdikdən sonra Zəngilanı mühasirəyə alıb.

“67 gün mühasirə altında olan Zəngilanda döyüşlər gedib, 325 yerli sakin və hərbçi şəhid olub. Sakinlər və qalan hərbçilər rayonu Araz çayından keçərək, İran vasitəsilə tərk edə bildilər. Əgər İran sərhədi vaxtında açılmasaydı, burada ikinci Xocalı soyqırımı baş verə bilərdi”, – veteran bildirib.

Onun sözlərinə görə, uzaq tarixdə səbəbləri axtarsaq, məlum olur ki, ermənilərin “qələbəsi”nə Zəngilanla qonşuluqda yerləşən (XX əsrin əvvəllərinədək – red.) Zəngəzur rayonunda 33 Azərbaycan kəndinin məhvinə rəhbərlik edən Njde tərəfindən yaradılmış zorakı ideologiyanın davam etdirilməsi gətirib çıxarıb.

“İndi Yerevanda Zəngəzur soyqırımına “haqq qazandırırlar” ki, 33 kənddə kütləvi qətllər Ermənistana İranla sərhəd olmaq üçün lazım idi. 1990-cı illərdə isə Dağlıq Qarabağı Ermənistana birləşdirmək asan olsun deyə Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər işğal edildi və dağıdıldı. Onlar o zaman kütləvi qətlləri rahat yaşamaqları üçün həyata keçirirdilər. Ermənilər rahat həyat tərzi əldə etmək üçün başqa yol tanımırlar”, – Kamal Əli bildirib.

Veteran qeyd edib ki, Zəngilan sakinləri olan qadınlar, uşaqlar və qocalar yurdlarından qaçan zaman Araz çayını keçməli olurdular.

“Şahidlərin sözlərinə görə, bu zaman onlarla uşaq və qoca çayda boğuldu. Qalanları isə digər sərhədə yük avtomobillərində və traktorlarda keçə bildilər”, – Kamal Əli əlavə edib.
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO
Dünən, 10:20
Ermənistan 4 kəndi bu tarixə qədər qaytara bilər - Bakının PLANI
Dünən, 10:14
Azərbaycanın quru sərhədləri açılmayacaq